Refkon Double Action suspenziya nə üçündür?
Refkon Double Action - Köp zamanı, ezofagit zamanı, qastrit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan preparatdır.

Refkon Double Action haqqında məlumat
Refkon Double Action qiyməti
Refcon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Refkon Double Action qiyməti 8 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Refkon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
10 ml dozanın tərkibində:
- Natrium alginat 500 mq
- Natrium bikarbonat 213 mq
- Kalsium karbonat 325 mq
Farmakoloji xüsusiyyətləri:
Preparat tərkibcə iki antasid maddə ilə bir alginatın kombinasiyasından ibarətdir. Dərmanın təsiri tamamilə fiziki təsirdir. REFKON DABL AKŞN qəbul edildikdən sonra mədə turşusu ilə reaksiyaya girir. Bu reaksiya nəticəsində mədə turşusunun neytrallaşması baş verir, neytral pH-a malik gel yaranır. Beləliklə, bu gel mexaniki baryer funksiyasını yerinə yetirərək mədə reflüksunu azaldır.Ciddi vəziyyətlərdə (requrgitasiya zamanı) gel qida borusuna keçir və qıcıqlanmış selikli qişanı qoruyaraq iltihabın kəskinləşməsinin qarşısını alır. REFKON DABL AKŞN mədə turşuluğunu azaltmaqla reflüksün qarşısını alır.
İstifadəsinə göstərişlər:
- qastroezofageal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi.
- diafraqmanın qida borusu yırtıği(hiatal yırtıq).
- səbəbi reklüks olan bütün epiqastrik və retrostenal vəziyyətlərdə.
- qida qəbulundan sonra mədədə ağırlıq hissi zamanı.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə REFKON DABL AKŞN istifadə edilə bilər.
İstifadə qaydası və dozası:
Refcon Double action daxilə, yeməkdən sonra və gecə yatmazdan əvvəl qəbul olunur.
- 12 yaşdan böyük uşaqlar və böyüklər: 5-10 ml-dən gündə 3-4 dəfə, yeməkdən 30 dəq sonra və yatmazdan 30 dəq əvvəl qəbul olunur.
- 12 yaşdan kiçik uşaqlar həkim məsləhəti ilə qəbul etməlidirlər.
- Yaşlılarda doza korreksiyasına ehtiyac yoxdur.
- Qəbul olunacaq doza eyni miqdarda (artıq olmamalıdır) su ilə qarışdırlıb içilə bilər.
Buraxılış forması
200 ml preparat, şüşə flakonda.
İstehsalçı
Vefa İlac San. ve Tic. Ltd. Sti., Türkiyə.
Refkon Double Action nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Köp əleyhinə dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






