Restalpin sirop haqqında məlumat
Restalpin sirop - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, bronxit, pnevmoniya zamanı istifadə olunan preparatdır.

Restalpin sirop haqqında məlumat
Restalpin sirop qiyməti
Restalpin sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Restalpin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
RESTALPİN.
Tərkibi:
180 ml siropun tərkibinə daxildir:
Şam ağacı iynəyarpaqlarının duru ekstraktı (Pinus mugo Turra).........................6 ml;
İri bağayarpağı yarpaqlarının duru ekstraktı (Plantago major L.)...……........…...6 ml;
Adi sığırquyruğu çiçəklərinin duru ekstraktı (Verbascum thapsus L.)................6 ml;
Adi kəklikotu yarpaqlarının duru ekstraktı (Thymus vulgaris L.)….....................6 ml.
Məhsul haqqında məlumat:
RESTALPİN öskürək və iltihab əleyhinə, bəlğəmgətirici, spazmolitik, antiseptik, sakitləşdirici və immunmodulyator xüsusiyyətlərinə malik bitki tərkibli kombinəolunmuş vasitədir. Yuxarı tənəffüs yollarının allergik xəstəlikləri zamanı bronxların selikli qişasının ödemini azaldır, yaranan bronxospazmı aradan qaldırır. Quru spastik öskürək zamanı selikli qişaya bürüyücü təsir göstərir. Tənəffüs yollarında olan infeksiyaları - bakteriya, virus və göbələkləri məhv edir. İltihabı, öskürəyi, qıcıqlanmanı aradan qaldırır, bronx vəzilərinin sekretor fəaliyyətini artırmaqla, qatı bəlğəmi duruldur, parçalayır, bronx divarına yapışmasının qarşısını alır və selikli qişanın kirpikli epitel hüceyrələrinin hərəkətliliyini artıraraq parçalanmış bəlğəmin xaric olmasını təmin edir. Tənəffüsü asanlaşdıraraq xəstənin vəziyyətini yüngülləşdirir və sağalmanı sürətləndirir.
İstifadəsinə göstərişlər:
v Kəskin və xroniki bronxit, o cümlədən obstruktiv bronxit;
v Bronxoektatik xəstəlik;
v Traxeit; Traxeobronxit;
v Faringit, Laringit;
v Pnevmoniya;
v Ağciyər vərəmi;
v Bronxial astma;
v Mukovissidoz (ağciyər forması);
v Qıcıqlandırıcı, quru və spastik öskürək.
İstifadə qaydası və dozası:
Böyüklərə gündəlik məsləhət görülən doza 10-15 ml (1 çay qaşığı 2-3 dəfə) təşkil edir və yeməkdən sonra təyin edilir.
İstehsalçı ölkə
İtaliya
Restalpin sirop nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






