Dekomb krem nə üşündür? istifadə qaydası necədir?

Dekomb krem - Dəmrov zamanı, psoriaz zamanı, dermatit və ekzema zamanı istifadə olunan preparatdır.

Sep 3, 2024 - 06:30
Sep 3, 2024 - 06:41
 0
Dekomb krem nə üşündür? istifadə qaydası necədir?
Dekomb krem

Dekomb krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dekomb krem qiyməti

Dekomb qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dekomb krem qiyməti 12 azn - 14 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Decomb krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddələr: Nistatin -10 000 BV, Neomisin-sulfat -2,5mq, Qramisidin - 0,25 mq, Triamsinolon asetonid-1,0 mq

Köməkçi maddələr: alüminium-hidroksid, etil spirti, digidaq O qətranı, qliserin monostearat, lavanda yağı, duru parafin, propilenqlikol, distillə olunmuş su, simetikon, natrium metabisulfat. natrium hidroksid, sorbit, titan 4-oksid, tvin 40, tvin 60.

Farmakoterapevtik qrupu

Göbələk əleyhinə, yerli iltihab əleyhinə, allergiya əleyhinə, antibakterial təsirə malik kombinəolunmuş preparat.

İstifadəsinə göstərişlər

Preparat kortikosteroidlərə həssas səthi dermatozlarda, həmçinin bakteriya və göbələklərlə II-li infeksiyalaşma zamanı, genital üzvlərin bakteriya və göbələklərlə qarışıq zədələnməsi zamanı istifadə olunur.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq, dərinin virus zədələnməsi, yanıqlar.

Xüsusi göstərişlər

Çalışmaq lazımdır ki, preparat gözə düşməsin. Uşaqlarda və böyrək çatışmazlığı olan xəstələrdə kremi oklyuziv sarğı altında istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.

İstifadə qaydası va dozası

Preparatın dozasını və müddətini müalicə həkimi xəstəliyin ağırlığından və gedişatından asılı olaraq təyin edir. Krem zədələnmiş dəri nahiyəsinə nazik qatla gündə 2-3 dəfə çəkilir. Müalicə kursu 7-14 gündür

Əlavə təsirləri

Preparatın istifadəsi zamanı dəri səpgiləri və allergik reaksiyalar müşahidə oluna bilər. Belə hallar dozanı düzgün seçdikdə aradan qalxır. Bu zaman sizin müalicə həkiminizlə məsləhətləşməniz vacibdir.

Zəhərlənmədən qorunun!

Doza həddinin aşılması

Əgər siz preparatı artıq dozada istifadə etmişsiniz və ya uşaq təsadüfən udubsa, təcili tibbi yardım xidmətinə müraciət edin və özünüzlə dərmanın qutusunu götürün.

Buraxılış forması

10 qr. krem tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

4-25 oC-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti        

Resept əsasında buraxılır.       

İstehsalçı:

Pharmacare İnt. Co. Germany

Dekomb krem nə üçündür?

  1. Dəmrov zamanı istifadə olunan dərmanlar
  2. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  3. Psoriaz zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow