Vitagood tablet qiyməti və istifadə qaydası necədir?

Vitagood tablet - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan preparatdır.

Nov 10, 2024 - 18:40
 0
Vitagood tablet qiyməti və istifadə qaydası necədir?
Vitagood tablet

Vitagood tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vitagood tablet qiyməti

Vitagood qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vitagood tablet qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vitagood tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 1 tabletin tərkibi

  • Betta Qlükan (Betta Glucanum)-------------150 mq
  • C vitamini ( Acidum Ascorbinici)------------100mq
  • A vitamini (Retinolum)-----------------------1000 BV
  • B1 vitamini (Thiaminum)----------------------1.5 mq
  • B2 vitamini (Riboflavinum) ---------------------3 mq
  • B3 vitamini(Nicotinamidum)-------------------30 mq
  • B4 vitamini (Cholinum)--------------------------2 mq
  • B5 vitamini (Acidum Pantothenici )----------7.5 mq
  • B6 vitamini (Pyridoxinum) ----------------------3 mq
  • B12 vitamini (Cyanocobalaminum) -----------3 mkq
  • D3 vitamini (Colecalciferolum)--------------200 TV
  • E vitamini (Tocopherolum) ------------------200 TV
  • Biotin (Biotinum) -----------------------------70 mkq
  • Fol turşusu (Acidum Folici) ---------------200 mkq
  • Yod (Iodum)----------------------------------100 mkq
  • Sink (Zincum)-----------------------------------12 mq
  • Kalsium (Calcium)-----------------------------50 mq
  • Maqnezium (Magnesium)---------------------10 mq
  • Mis (Cuprum) -----------------------------------1 mq

Farmakoloji xüsusiyyətləri:

Vitagood tabletin tərkibində Betta Qlükan, vitamin və minerallardan ibarət bioloji fəallığa malik qida əlavəsidir. Orqaizmin vitamin-mineral ehtiyatının və infeksion-ilthabi proseslərə qarşı dözümlülüyünün artırılmasında istifadə olunur.

Betta qlükan –immun hüceyrələrinin (xüsusən T limfositlərin) formalaşmasında, makrofaqların aktivliyinin artırılmasında, sekretor immunoqlobulinlərin sintezində köməkçi vasitə olaraq istifadə olur.

C vitamini askorbin turşusu olub immunitetin formalaşmasında, infeksiyalara qarşı mübarizədə iştirak edir.

A vitamini göz xəstəlikləri zamanı, akkomodasiya və immunitet pozuntusunda geniş istifadə olunur. Dərinin, dırnaqların və saçların sağlam qalmasını üçün lazımlıdır.

B1vitamini maddələr mübadiləsinin bir sıra proseslərində, orqanizmdə sinir sisteminin normal fəaliyyətində iştirak edir.

B2 vitamini flavinlər qrupundan olan bu maddə ürək-damar sistemində, tənəffüs və endokrin sisteminin fəaliyyətində, görmədə. sinir sisteminin işində müsbət rol oynayır. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir.

B3 vitamini zülalların biosintezində, amin tutşuların və karbonihidratların qana sorulmasında iştirak edir. Peristaltikanın normallaşmasına kömək edir.

B4 vitamini karbohidrat və yağların parçalanmasında, enerji mubadiləsində iştirak edir.

B5 vitamini pantoten turşusudur, bağırsaqlarda daima müəyyən miqdarda olur amma çatşmazlığı əzələlərdə titrəmələrinə səbəb olur.

B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında, sağlam sinir keçiriciliyində mühüm rol oynayır.

B9 vitamini qanyaranmada və mielinizasiya prosesində yaxından iştirak edir. Çatışmazlığı anemiyaya və sinir ötürücülüyünün pozulmasına səbəb olur.

B12 vitamini orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

Biotinin əsas bioloji rolu onun qlükoza metabolizmasında iştirak edən fermentlərin bir hissəsi olması ilə əlaqələndirilir: piruvat dehidroqenaz və transketolaz. Biotin yağ turşularının əmələ gəlməsini, amin turşuları və karbohidratların mübadiləsini, tər vəzilərinin, sinir toxumasının, sümük iliyinin, kişi toxum vezilərinin, dəri və saç hüceyrələrinin normal fəaliyyətini dəstəkləyir.

D vitaminin sümüklərin, əzələlərin və sinirlərin sağlam inkişafı üçün əsas vitamin sayılır. Boy artımını, sümüklərin möhkəmlənməsini, dişlərin sağlamlığını dəstəkləyir.

E vitamini yağda həll olunan vitamindir, A, C vitamin ilə birgə antioksidant olaraq hüceyrələri zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri və cinsiyət sisteminin sağlığında böyük rol oynayır.

Yodun bioloji əhəmiyyəti tiroid hormonlarının ayrılmaz bir hissəsi olmasıdır. Yod çatışmazlığı zamanı tez-tez süstlük, halsızlıq, yorğunluq, baş ağrısı, pis əhval-ruhiyyə, iştahanın azalması kimi şikayətlər olur. Öyrənmə qabiliyyəti, akademik performans azalır və idrak oyunlarına maraq itir.

Sink bağırsaq hüceyrələrinin formalaşmasında, boy artımında və immun sistemi üçün vacib olan mikroelementdir.

Kalsium və Maqnezium dayaq-hərəkət sistemi, sinir sisteminin sağlamlığı üçün önəmlidilər. Kalsium sümüklərin, dişlərin tərkib hissəsidir. Maqnezium sinir sisteminin işinə kömək edir.

Mis- ürəkdə, beyində, böyrəklərdə , əzələ və sümük toxumalarında toplanır, sümük beyninin qan əmələgətirmə funksiyasına, xolisterinin miqdarına nəzarət edir. Misin kiçik dozaları karbohidratlar, mineral maddələrin mübadiləsinə kömək edir. Əlavə olaraq o, sümükləri möhkəmləndirilməsində, qanın qırmızı və ağ hüceyrələrinin əmələ gəlməsində iştirak edir.

Beləliklə Vitagood vitamin mineral defisitində, immunitet azlığında, çəki və boy artımınında yaxından iştirak edir.

İstifadəsinə göstərişlər: 

asteniya, zəif qidalanma, immun sisteminin zəifləməsi, kütləvi virus və bakterial infeksiyaların yayılması , intensiv çəki və boy artımı zamanı, qidanın mineral-vitaminlər ilə zənginləşdirilməsi məqsədi ilə köməkçi vasitə kimi istifadə oluna bilər.

Əks göstərişlər: 

Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq və ya doza həddinin aşılması.

İstifadə qaydası və dozası:

14 yaşdan yuxarı yeniyetmələrə və böyüklərdə 1 tablet gündə 1-2 dəfə tövsiyə olunur.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: 

30 (3*10) tablet.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı həkim ilə məsləhətləşin. Digər hallarda həkim məsləhəti ilə təyin olunur. BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 

otaq temperaturda, birbaşa istilik, günəş şüaları düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlayın.

Yararlılıq müddəti: 

Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

İstehsalçı: 

ENSA - Türkiyə

Vitagood tablet nə üçündür?

  1. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Vitamin və mineral çatışmamazlığı
  3. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
  4. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow