Bronxomaks sirop nə üçündür?

Bronxomaks sirop haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Sep 25, 2024 - 17:52
 0
Bronxomaks sirop nə üçündür?
Bronxomaks sirop

Bronxomaks sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bronxomaks sirop qiyməti

Bronxomaks şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bronxomaks sirop qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bronxomaks qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 5 ml siropun tərkibində:

  • Glycyrrhiza glabra extract (çılpaq biyan ekstraktı)                  125 mq
  • Adhatoda vasica extract (adotoda ekstraktı)                             75 mq
  • Ocimum sanctum extract (reyhan ekstraktı)                              25 mq
  • Zingiber officinale extract (zəncəfil ekstraktı)                             5 mq
  • Piper longum extract (uzun bibər ekstraktı)                               10 mq
  • Mentha arvensis extract (nanə ekstraktı)                                     5 mq
  • Albizia lebbeck extract (akasiya ekstraktı)                                 15 mq
  • Curcuma longa extract (kurkuma ekstraktı)                               15 mq
  • Solanum xanthocarmum extract (quşüzümü ekstraktı)              25 mq
  • Təbii şam balı                                                                           125 mq

 

Farmakoloji təsiri:

Bronkhomax sirop bəlğəmgətirici, mukolitik, bronxgenişləndirici, həmçinin iltihab və allergiya əleyhinə təsirlərə malik 9 müalicəvi bitkinin sulu ekstraktından ibarət fitofarmakoloji preparatdır. Bronkhomax siropu yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, bronxit, bronxial astma və allergik mənşəli respirator xəstəliklər zamanı öskürəyi yumşaltmaq məqsədi ilə təyin olunur. Bronkhomax müxtəlif farmakoloji xüsusiyyətlərə malik olub öskürəyin ağırlığını və intensivliyini azaldaraq, bəlğəmi durulaşdırır və çıxmasını asanlaşdırır.

Glycyrrhiza glabra extract -mukolitik, allergiya və iltihab əleyhinə  təsir göstərir.

Adhatoda vasica extract - mukolitik, bəlğəmgətirici və bronxgenişləndirici təsir göstərir.

Ocimum sanctum extract - iltihabəleyhinə, öskürəkəleyhinə, immunmodulyator təsir göstərir.

Zingiber officinale extract - allergiya əleyhinə, iltihabəleyhinə  təsir göstərir.

Piper longum extract - allergiya əleyhinə və iltihabəleyhinə  təsir göstərir

Mentha arvensis extract - sərinləşdirici, yumşaldıcı, soyuqdəymə əleyhinə və spazmolitik təsir göstərir.

Albizia lebbeck extract - bəlğəmgətirici, antiasmatik, bronxgenişləndirici, iltihab və allergiya əleyhinə təsir göstərir.

Curcuma longa extract - soyuqdəymə əleyhinə, mukolitik, astma əlethinə, spazmolitik, iltihab və allergiya əleyhinə təsir göstərir.

Solanum xanthocarmum extract - bronxgenişləndirici, iltihabəleyhinə və bəlğəmgətirici təsir göstərir.

 

Göstərişləri:

  • Tənəffüs yollarının quru və nəm öskürəklə müşahidə olunan xəstəlikləri;
  • Bronxial astma;
  • Allergik mənşəli respirator xəstəliklər.

 

Dozalanması:    

Uşaqlar: 1-2 yaş         1.25 ml gündə 3 dəfə

               2-5 yaş          2.5ml gündə 3 dəfə

              5-12 yaş            5ml gündə 3 dəfə

 

Böyüklər: 10 ml gündə 3 dəfə

 

Xüsusi göstərişlər:

Bronkhomax siropunun qəbulu zamanı başqa öskürək əleyhinə sirop qəbul etmək olmaz.

 

Əlavə təsirləri:

Əlavə təsirləri təyin olunmayıb.

 

Buraxılış forması:

Flakon 100 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Bronxomaks sirop nə üçündür?

Öskürək əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow