Fessetam kapsul haqqında məlumat

Fessetam kapsul - Beyin qan dövranı pozğunluğunda, insult zamanı, hipertoniya zamanı, yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında istifadə olunan preparatdır.

Aug 15, 2024 - 07:45
Aug 15, 2024 - 08:07
 0
Fessetam kapsul haqqında məlumat
Fessetam kapsul

Fessetam kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Fessetam kapsul qiyməti

Fessetam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fessetam kapsul qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fessetam kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam + Cinnarizine 

Tərkibi

Təsiredici maddələr: hər kapsulun tərkibində 400 mq pirasetam, 25 mq sinnarizin vardır. 

Köməkçi maddələr: starlak (laktoza monohidrat 85%, qarğıdalı nişastası 15%), susuz kolloidal silisium 4-oksid, maqnezium stearat. Bərk jelatin kapsula: titan dioksid (Е171), jelatin.

Təsviri

Ağ rəngli bərk, jelatin kapsullar. Kapsulun möhtəviyyatı: ağımtıl rəngdən ağ rəngə kimi tozabənzər qarışıq. Şüşə çubuqla əzdikdə toza çevrilən konqlomeratların olması mümkündür

Farmakoterapevtik qrupu

Digər psixostimulyator və nootroplar.

ATC kodu: N06BX

İstifadəsinə göstərişlər

  • ateroskleroz və arterial hipertoniya zamanı
  • xroniki və latent beyin qan dövranı çatışmazlığı;
    beyin insultundan sonra bərpa dövrü;
  • posttravmatik serebrasteniya;
  • müxtəlif mənşəli ensefalopatiya;
  • yaddaş və digər koqnitiv funksiyalarınpozulması və ya emosional-iradi sfera pozğunluqları ilə müşahidə olunan psixoorqanik sindrom;
  • labirintopatiyalar – başgicəllənmə, qulaqlarda küy, ürəkbulanma, qusma, nistaqm;
  • Menyer sindromu;
  • kinetozların profilaktikası. 

Əks göstərişlər

Fessetam aşağıdakı hallarda istifadə olunmur:

  • pirasetam və sinnarizinə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
  • ağır böyrək çatışmazlığı;
  • hemorragik insult. 

İstifadə qaydası və dozası

Fessetamı həmişə həkiminiz təyin etdiyi şəkildə qəbul edin.

Böyüklərə: xəstəliyin ağırlığından asılı olaraq 1-2 kapsuldan gündə 3 dəfə 1-3 ay müddətində.
5 yaşdan böyük uşaqlara: 1-2 kapsuldan gündə 1-2 dəfə
Preparatı fasiləsiz, 3 aydan artıq qəbul etmək olmaz!
Əgər Fessetamın təsirinin çox zəif və ya çox güclü olması barədə təəssürat yaranarsa, o zaman müalicə həkimi və ya əczaçıyla məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərman vasitəsinin qəbulundan öncə müalicə həkiminizlə və ya əczaçıyla məsləhətləşin.
Fessetamın hamiləlik zamanı (xüsusilə birincitrimestrdə) qəbulu məsləhət görülmür.
Pirasetam ana südünə keçir, buna görə də onun ana südü ilə qidalandırma dövründə istifadəsi
məsləhət görülmür. 

Fessetam kapsul nə üçündür?

  1. Neyrosirkulyator distoniya  (NSD)
  2. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  3. İnsult zamanı istifadə olunan dərmanlar
  4. Hipertoniya zamanı istifadə olunan dərmanlar
  5. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  6. Sinir oyanıqlığında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow