Karniton tablet istifadə qaydası necədir?

Karniton stenokardiya zamanı, hipertoniya zamanı, aritmiya zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı, ateroskleroz zamanı istifadə olunan preparatdır.

Aug 15, 2024 - 07:05
Aug 15, 2024 - 07:22
 0
Karniton tablet istifadə qaydası necədir?
Karniton tablet

Karniton tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Karniton tablet qiyməti

Karniton tabletka qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Karniton qiyməti 27 azn - 30 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Karniton tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Hər tabletin tərkibində:

  • L-arginin 500 mq
  • L-karnitin 250 mq
  • Koenzim Q10 30 mq

Təsir mexanizmi

Karniton ürəyi qorumağa kömək edən və orqanizmi həyat fəaliyyəti üçün lazım olan enerji ilə təmin edən unikal birləşmələrdən ibarət preparatdır.
L-arginin - əvəzolunmaz aminturşularına aiddir. L-arginin azotun donoru və daşıyıcısıdır. L-arginin damarların genişlənməsinə səbəb olur, bunun nəticəsində ürək-damar sisteminə müsbət təsir göstərir və aterosklerotik pulcuqların əmələ gəlməsinin qarşısını alır. L-arginin arteriyaların saya əzələlərinin gərginliyini azaltmaqla diastolik təzyiqi azaldır, damarların daxili divarlarında trombların və aterosklerotik pulcuqların əmələ gəlməsinin qarşısını alır. Azot oksidi trombositlərin birləşməsinin və onların damarların divarlarına yapışmasının qarşısını alır, qanı durulaşdırır. Bunun nəticəsində varikoz genişlənmələrdə venaların ölçüləri azalır, hemorroidal düyünlər əriyir, trofik xoraların sağalması sürətlənir. Qanda olan sidik cövhərinin səviyyəsini azaldır. L-arginin qaraciyərin sirrozunda, piy infiltrasiyasının müalicəsində və qarşısının alınmasında mühüm rol oynayır, qaraciyərdə dezintoksikasiya proseslərinə səbəb olur (ilk növbədə ammonyakın ləğv olunması). L- arginin şişlərin, o cümlədən bədxassəli şişlərin böyüməsini ləngidir.
L-arginin prostat vəzisinə müsbət təsir göstərir, spermanın yaranmasını çoxaldır (kişi sonsuzluğunda) və cinsi üzvlərə qan axınını gücləndirir, kişilərdə daha sabit və uzunmüddətli ereksiyaya və qadınlarda orqazma şərait yaradır. L-arginin somatotrop hormonun (STH), endorfin və enkefalinlərin səviyyəsini artırır. Bunun nəticəsində insanın əhval-ruhiyyəsi yaxşılaşır, daha fəal və möhkəm olur. Bu hormonların çatışmazlığı isə depressiyaya və yorğunluğa səbəb olur. L-arginin immun sistemini möhkəmləndirdiyi üçün QİÇS-in müalicəsi və profilaktikası proqramına daxldir. L-arginin əzələ toxumasının sintezində lazım olan azotun donoru və daşıyıcısıdır. Eyni zamanda zədələnmiş toxumaların, vətər gərilmələrinin, sümük sınıqlarının bərpasını sürətləndirir. L-arginin insulinin əmələ gəlməsini gücləndirir və qanda qlükozanın miqdarını normallaşdırır.
L-karnitin - B qrup vitaminlərinə aid olan təbii aminturşudur. Vitaminlərdən fərqli olaraq L-karnitin orqanizmdə sintez olunur. Karnitin iki vəziyyətdə olur: L- və D- formasında. L-karnitin heyvanların hüceyrələrində mövcüddur və bioloji fəallığa malikdir. D-karnitin isə sintetikdir və bioloji aktivliyi yoxdur.
Mübadilə prosesləri və enerji mübadiləsini fəallaşdıran, metabolik, lipid və karbohidratların mübadiləsini normallaşdıran, antihipoksik, reparativ və detoksikasiyaedici təsirə malikdir. Asetil–KoA–nın əmələ gəlməsinə təsir göstərir. Oksigen çatışmazlığı vəziyyətlərində, kritik vəziyyətlərdə mübadilə proseslərinə kömək edir. Neyrotrofik təsir göstərir, apoptozu dayandırır, sinir toxumasının quruluşunu bərpa edir və zədələnmə sahəsini azaldır. Zülal və piy mübadiləsini normallaşdırır. Qanda olan qələvi ehtiyatını bərpa edir.
Ketoturşuların əmələ gəlməsini azaldır, toxumaların parçalanması nəticəsində yaranan toksiki məhsulların təsirinə qarşı toxumaların davamlılığını artırır, anaerob qlikolizi aktivləşdirir, reparativ prosesləri sürətləndirir və fəallaşdırır.
Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, laktat-asidozun səviyyəsini azaldır və uzunmüddətli fiziki gərginlikdən sonra işgörmə qabiliyyətini bərpa edir. Qlikogenin ehtiyatla istifadəsinə və onun qaraciyər və əzələlərdə yığılmasının çoxalmasına kömək edir.
Qanın laxtalanma sisteminə təsir etmir.
Koenzim Q10 - kofermentdir və müxtəlif reaksiyalarda iştirak edir, yaşlı adamlarda onun miqdarı azalır.
İnsult, ürək tutmaları və pis qan dövranının nəticəsində oksigen çatışmazlığından toxumalarda yaranan zədələnmələri azaldır.
Yüksəlmiş AT-ni nizamlayır və aşağı salır, ürək əzələsində və koronar damarların divarlarında enerji mübadiləsini bərpa edir, ürəyin işemik xəstəliyinin və miokard infarktının yaranmasının qarşısını alır.
Aterosklerozun qarşısının alınması üçün ən vacib antioksidantdır. Şizofreniya və Alsheymer xəstəlikləri ilə bağlı psixi pozğunluqlarda istifadə olunur. Qanda olan şəkərin miqdarını aşağı salmağa kömək etməklə diabetin müalicəsində mühüm rol oynayır. Onkoloji xəstəliklərin müalicəsi zamanı istifadəsi mütləqdir. 

İstifadəsinə göstərişlər

  • Ürək–damar xəstəlikləri (hipertoniya, stenokardiya, ateroskleroz, aritmiyalar, insult)
  • Böyrək xəstəlikləri (sistit, böyrək çatışmazlığı, pielonefrit)
  • Mədə-bağırsaq traktının xəstəlikləri: qaraciyər sirrozu, babasil və s.
  • Autoimmun xəstəliklər
  • Beyin–qan dövranı pozğunluqları
  • Kişi və qadın sonsuzluğu

Əks göstərişlər

  • Hamiləlik və laktasiya dövrü
  • Şizofreniya
  • Astma
  • Miokard infarktı (kəskin fazada)

Karniton istifadə qaydası və dozası

1 tabletdən gündə 2 dəfə yeməkdən əvvəl qəbul olunur.

Əlavə təsirləri

Allergik reaksiyalar.

Buraxılış forması

10 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Sərin, quru, günəş şuası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.

İstehsalçı

BION CORPORATION LTD.
London, Böyük Britaniya
www.bioncorporation.com

Karniton tablet nə üçündür?

  1. Stenokardiya zamanı istifadə olunan dərmanlar
  2. Hipertoniya zamanı istifadə olunan dərmanlar
  3. Aritmiya zamanı istifadə olunan dərmanlar
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  5. Ateroskleroz zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow