Tricortin istifadə qaydası
Tricortin (Trikortin) - Beyin qan dövranı pozğunluğunda, epilepsiyada, parkinson xəstəliyində, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Tricortin haqqında məlumat
Tricortin qiyməti
Tricortin 1000 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tricortin qiyməti 25 azn - 27 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Trikortin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Baş beyin qabıgının fosfolipidləri – 12 mq Sianokobalamin – 1000 mkq
Ümumi xüsusiyyətləri
Fosfolipidlər – huceyrə membranının strukturunu təşkil edir. Huceyrə orqanellalarının və huceyrədaxili matriksin əsas hissəsidir, orqanellalararası boşlugu doldurur. Baş beyin qabıgınin ekzogen fosfolipidləri sinir huceyrələrində endogen fosfolipidlərin sintezini stimullaşdırır.
Sianokobalamin (Vitamin В12) maddələr mubadiləsini yaxşılaşdırır, sinir huceyrələrinin bərpasında iştirak edir, yaddaşı yaxşılaşdırır, antinevrotik təsirə malikdir. Tricortin 1000 – HEB- dən yaxşı keçir, baş beyin qabıgına spesiik təsir gostərir, beyin toxuması tərəindən asanlıqla mənimsənilir, membran zulallarının funksiyasını tənzimləyir, bioreseptorları aktivləşdirir. Fosfolipidlər və sianokobalamin arasında sinergizm vardır, nəticədə sinir huceyrələrinin troikasını (qidalanmasını) gucləndirir, maddələr mubadiləsini aktivləşdirir. Baş beyin huceyrələrinin membran elastikliyini təmin edir. Qlutamatın blokatoru olaraq, antioksidant təsir edir və muxtəlif toksinlərin huceyrələrə zərər verməsinin qarşısını alır. Antiaterosklerotik, hipoxolestere- nemik təsirə malikdir.
Göstərişlər
- İnsult, kəllə-beyin travması
- Poliradikuloneyropatiya, nevrit, neyroinfeksiya
- Muxtəlif genezli ensefalopatiyalar(aterosklerotik, diabetik, travmatik, toksiki və s.)
- Diabetik retinopatiya, neyropatiya
- Yaddaş zəiliyi, muxtəlif genezli demensiya
- Uşaqlarda psixomotor gerilik, nitq ləngiməsi
- USI
- UIX
Əks göstərişləri
Preparatın komponentlərinə qarşı individual həssaslıq.
Aptekdən buraxılma şərti
Reseptli
İstifadə qaydası və dozası
Böyüklərdə: 2 ml preparat gündə 1 dəfə əzələ daxilinə yeridilir.
Uşaqlarda: 0-3 yaş – ampulanın 1/3 gündə 1 dəfə; 3-5 yaş – ampulanın ½ gündə 1 dəfə; 5-12 yaş – 1 ampula gündə 1 dəfə
Buraxılış forması
2 ml ampul №5
Tricortin nə üçündür?
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Epilepsiyada istifadə olunan dərmanlar
- Parkinson xəstəliyində istifadə olunan dərmanlar
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






