Majezik tablet nədir? nə üçündür? istifadə qaydası necədir?

Majezik tablet nədir? nə üçündür? istifadə qaydası necədir? - enstrual ağrılar zamanı, baş, diş və qulaq ağrıları zamanı, travmatik ağrılar zamanı istifadə olunur. Majezik qiyməti, əks təsirləri, instruksiya və tərkibi haqqında məlumatlar.

Oct 11, 2024 - 19:43
Oct 11, 2024 - 19:45
 0
Majezik tablet nədir? nə üçündür? istifadə qaydası necədir?
Majezik tablet nədir? nə üçündür? istifadə qaydası necədir?

Majezik tablet , aktiv tərkib hissəsi flurbiprofen olan bir dərmandır. Flurbiprofen, qeyri-steroid antiinflamatuar preparatlar (NSAID) qrupuna aiddir. Bu dərman iltihabın azaldılması, ağrının aradan qaldırılması və hərarətin aşağı salınması üçün istifadə olunur.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Majezik qiyməti

Majezik qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Majezik qiyməti 3 azn - 5 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Majezik tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Flurbiprofen

Tərkibi :

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq flurbiprofen vardır.
Köməkçi maddə: mikrokristallik sellüloza, laktoza monohidrat, natrium kroskarmeloza, hidroksipropil sellüloza, maqnezium stearat, kolloidal silisium 4-oksid, opadry II Blue OY-L-20906.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparatlar

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Flurbiprofen fenilpropion turşusunun törəmələrindən güclü QSİƏPolub, analgeziyaedici, iltihab əleyhinə təsirlərə malikdir. Təsir mexanizmi siklooksiqenaza fermentinin blokladaya alınmasınəticəsində prostaqlandin sintezinin tormozlanması və periferik ağrı mediatorlarının hüceyrə qıcıqlandırıcı təsirinəmane olmaqla əlaqədərdır.
Əlavə təsirlərinin əmələ gəlməsi cüzidir, yüngül və müvəqqətidir. Qaraciyər, böyrəklərə və qan-yaradıcı sistemlərə xoşagəlməz təsiri haqqında məlumat yoxdur.
Farmakokinetikası
Sorulma. Flurbiprofen daxilə qəbul edildikdən sonra həzm sistemindən tez sorulur. Plazmada maksimal konsentrasiyası 1,5saatdan sonra qeyd olunur. Qidanın qəbulu preparatın biomənimsənilməsinə təsir göstərmir. Yarımxaricolma dövrü təxminən 6saat təşkil edir.
Yayılma, metabolizm və xaricolma. Flurbiprofen praktiki olaraq tam metabolizə olunur; azad və birləşmiş dərman (20%) və hidroksil metabolitlər (50%) şəklində əsasən sidiklə xaric olur. Plazma zülalları ilə birləşməsi 99% təşkil edir.

İstifadəsinə göstərişlər

- baş ağrısı, diş ağrısı, nevralgiya;
- dismenoreya;
- revmatoidli artrit, osteoartrit, ankilozedici spondilit, kəskin podaqrik artrit, artralgiya, artroz, lümbaqo, kəskin radikulit zamanı təxirəsalınmaz və uzunmüddətli simptomatik müalicə kimi;
- otolarinqologiya və stomatologiyada cərrahi əməliyyatdan və yumşaq toxumalarının travmasından sonra ağrı simptomlarının və iltihabı vəziyyətləri yüngülləşdirilməsi üçün

Əks göstərişlər

- flurbiprofena qarşı hiperhəssaslıq;
- anamnezdə flurbiprofenin, aspirinin ya digər QSİƏP qəbuluna qarşı hiperhəssaslıq reaksiyaları (bronxial astma, rinit, örə)

Xüsusi göstərişlər

- həzm sistemi tərəfindən əlavə effektlərdən qaçmaq üçün QSİƏP-ı uzunmüddətli qəbul edən pasiyentlər ciddi müayinə olunmalıdır;
- digər QSİƏP kimi flurbiprofen qaraciyər, böyrək və MBTxəstəlikləri olan pasiyentlərə ehtiyatla təyin edilir;
- ürək çatışmazlığı, arterial hipertenziya və digər xəstəlikləri olan pasiyentlərə ödemlərin və orqanizmdə mayenin ləngiməsi ilə əlaqədər laraq preparat ehtiyatla təyin edilir;
- 12 ay ərzində klinik müayinələr göstərdi ki, flurbiprofen 200mq/sut. dozada qanaxmanın müddətini uzadır, buna görə qanaxmariski ilə olan pasiyentlərə preparat ehtiyatla təyin edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Flurbiprofenin furosemid tipli diuretik preparatları ilə birgə istifadə edildikdə onların diuretik effekti azalır.
Digər QSİƏP kimi flurbiprofen antikoaqulyant preparatqəbul edən xəstələrə ehtiyatla təyin edilir (qanaxmaların əmələ gəlməsinin riski ilə əlaqədər).
Flurbiprofenin və aspirinin eyni zamanda istifadəsi zamanı flurbiprofenin zərdab konsentrasiyası 50% azalır. Bu səbəbdən bu iki preparatları kombinasiya etmək məsləhət deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dəqiq məlumatlar olmadığı üçün preparatı hamiləlik dövründə istifadə etmək məsləhət görünmür.
Flurbiprofeni laktasiya zamanı təyin etmək məsləhət deyil, çünki prostaqlandin ingibitorları təzə doğulan körpələrə əlavə təsir göstərə bilər

İstifadə qaydası və dozası

Tövsiyə olunan sutkalıq dozalar: 150-200mq/sut. təşkil edir.
Kəskin simptomlar olduqda və ya xəstəliyin şiddətlənməsi zaman gündəlik doza 300mq-a qədər artırıla bilər.
Dismenoreya: başlanğıc doza – 100mq, sonra isə - hər 4 və ya 6 saatdan bir 50 və ya 100mq.
Preparatın maksimal gündəlik dozası 300mq-dan çox olmamalıdır.

Əlavə təsirləri

Müalicəvi dozaların qəbulu zamanı əmələ gələn əlavə effektlər yüngül və müvəqqətidir. Bəzi hallarda dispepsiya, ürəkbulanma, qusma, qarın nahiyyəsində ağrı, diareya, qəbizlik, örə, qulaqlarda küy, görmə qabiliyyətinin pozğunluqları, rinit, bədən kütləsinin dəyişməsi.
Arzuolunmaz təsirlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır!

Doza həddinin aşılması

Simptomlar: tənəffüsün zəifləməsi, ürəkbulanma, epiqastral nahiyyədə ağrılar, başağrısı, başgicəllənmə.
Müalicə: mədə yuyulmalı və simpromatik müalicə təyin olunmalıdır.
Flurbiprofenə qarşı spesifik antidot yoxdur.

Buraxılış forması

Blisterdə 15 və ya 30 örtüklü tablet içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Majezik tablet nə üçündür?

  1. Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
  2. Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
  3. Nevralgiyalarda istifadə olunan dərmanlar
  4. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  5. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  6. Travmatik ağrılarda istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow