Dolex 25 mg
Dolex travmatik ağrılarda, baş, diş və qulaq ağrılarında, nevralgiyalarda, menstrual ağrılarda istifadə olunan dərman vasitəsidir.

Dolex haqqında məlumat
Dolex qiyməti
Dolex qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dolex qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Dolex qiyməti -ni öyrənərək əldə edəsiniz.
Dolex tərkibi
Deksketoprofen
Farmakoloji təsiri
Dolex nə üçündür?
- Analgetik
- İltihab əleyhinə
DOLEKS 25 mq örtüklü tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 36,9 mq deksketoprofen trometamol (25 mq deksketoprofenə ekvivalent) vardır.
Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 101, natrum nişasta qlikolyatı Tip A, qliseril distearat, ağ opadri II Ağ 85F18422: polivinil spirti, titan dioksid, polietilenqlikol, talk.
İstifadəsinə göstərişləri
DOLEX – QSİƏP qrupundan olan ağrıkəsici vasitədir.
Osteoartrit (oynaqlarda zədələnmə və kalsifikasiya), revmatoid artrit (oynaqların iltihabi xəstəliyi) və ankilozlaşdırıcı spondilit (daha çox onurğa oynaqlarında rigidliklə müşayiət olunan ağrılı inkişaf edən revmatizm) əlamətlərinin və simptomlarının müalicəsi ilə kəskin podaqra artriti (podaqra xəstəliyinə görə oynaqların ağrılı iltihabı), skelet-əzələ sisteminin kəskin ağrılarının (məsələn, bel ağrısı), postoperativ ağrının (əməliyyatdan sonrakı ağrının) və dismenoreyanın (ağrılı aybaşı dövrlərinin) və diş ağrısının müalicəsi üçün istifadə olunur.
Əks göstərişləri
Əgər,
- Deksketoprofen trometamola və ya DOLEKS-in köməkçi maddələrindən hər hansı birinə qarşı allergiyanız varsa (yüksək həssaslıq);
- Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiyanız varsa;
- Əgər astmanız varsa, ya da keçmişdə aspirin və ya digər QSİƏP-dən istifadə etdikdən sonra astma tutması, kəskin allergik rinit (allergiya nəticəsində burunda qısa müddətli iltihab), burunda poliplər (burun boşluğunda allergiya nəticəsində yaranan kütlələr), övrə (dəridə səpgi), allergiya nəticəsində üz və boğazın şişməsi (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi, nəfəs almaqda çətinlik) və ya sinədə xırıltı baş vermişdirsə;
- Ketoprofen (QSİƏP) və ya fibratdan (qanda aterogen lipoproteinləri azaltmaq üçün istifadə olunan dərman) istifadə zamanı fotoallergik və ya fototoksik reaksiyalardan (günəşə məruz qalan dərinin qızarması və/və ya suluqlanması kimi əlamətlər) şikayətlənirsinizsə;
- Mədə xorası (mədə-bağırsaq yarası), mədə və ya bağırsaq qanaxması və ya davam edən həzm problemləri (məsələn, mədə pozğunluğu, sinədə yanma hissi) varsa və ya əvvəllər mədə və ya bağırsaq qanaxması, xoralar (mədə-bağırsaq yaraları) və ya perforasiya olmuşdursa;
- Həzm sisteminizdə davamlı problemləriniz varsa (məsələn, mədə pozğunluğu, qıcqırma);
- Əvvəllər QSİƏP-dən ağrıkəsici kimi istifadə zamanı mədə və ya bağırsaq qanaması və ya perforasiya keçirmisinizsə;
- Davamlı iltihabi bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit);
- Ağır ürək çatışmazlığı, orta və ya ağır böyrək və ya ağır qaraciyər probleminiz varsa;
- Qanaxma pozğunluğunuz və ya qanınızın laxtalanma pozğunluğu varsa;
- Qusma, ishal və ya qeyri-kafi maye qəbulu (bədəndə çox miqdarda maye itkisi) nəticəsində ağır dehidratasiyanız (orqanizmin susuzlaşması) varsa;
- Hamiləliyin üçüncü trimestrindəsiniz və ya südəmər uşağınız varsa;
- Koronar arteriya əməliyyatı keçirmisinizsə (koronar arteriyanın şuntlanması), preparatı əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsində istifadə etməyin.
Dolex istifadə qaydası və dozası
Tabletləri kifayət qədər su ilə qəbul edin. Ağrınız güclüdürsə və ağrını daha sürətlə aradan qaldırmaq lazımdırsa, tabletin sorulması daha asan olacağı üçün onu acqarına qəbul edin – yeməkdən ən azı 30 dəqiqə əvvəl. DOLEX-in lazım olan dozası ağrınızın növündən, şiddətindən və müddətindən asılıdır. Tövsiyə olunan doza adətən gündə 3 tabletdən (75 mq) çox olmamaqla, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir.
Uşaq və yeniyetmələrdə DOLEKS istifadə edilməməlidir.Yaşlısınızsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. DOLEX-ə dözümlülüyünüz yaxşıdırsa, yaşlı xəstələrdə bu başlanğıc doza adi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər.
Buraxılış forması
5 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti:
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İstehsalçı ölkə
Türkiyə
Aid olduğu kateqoriyalar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
- Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
- Nevralgiyalarda istifadə olunan dərmanlar
- Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






