Solferot

Solferot müxtəlif etiologiyalı anemiyaların (dəmir defisitli, posthemorragik, qastroentorogen) müalicə və profilaktikası üçün kombinə olunmuş antianemik preparatdır.

Jul 4, 2024 - 17:39
Jul 4, 2024 - 17:56
 0
Solferot
Solferot

Solferot haqqında məlumatlar

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solferot tərkibi

1 tabletdə:                          

  • Dəmir bisqlisinat (Iron bisglycinate).....120,7 mq  
  • C vitamini (Ascorbic acid)..........................60 mq
  • Fol turşusu (Folic acid)..........................400 mkq 
  • B12 vitamini (Cynacobalamine)................3 mkq                                                                     

Farmakoterapevtik qrupu

Antianemik

Farmakoloji xüsusiyyətləri

Solferot nə üçündür?

Solferot müxtəlif etiologiyalı anemiyaların (dəmir defisitli, posthemorragik, qastroentorogen) müalicə və profilaktikası üçün kombinə olunmuş antianemik preparatdır.

Dəmir bisqlisinat – xelat kompleksli dəmirdir, yəni dəmirin amin turşusu ilə kompleks birləşməsidir.

Dəmir bisqlisinat 1 molekul iki valentli dəmirdən və 2 molekul qlisin amin turşusundan ibarətdir. İki qlisin molekulu dəmirin iki valentliyini möhkəm şəkildə bağlayır və onu hidrolizdən qoruyur. Bunun sayəsində dəmir bisqlisinat xelat tranzit olaraq mədədən keçir və nazik bağırsağın selikli qişası tərəfindən dəyişmədən sorulur. Peroral qəbuldan sonra birləşmə dəyişməmiş şəkildə enterositlərə daxil olur, burada dəmir və qlisinə hidroliz olunur. Və yalnız bağırsaq hüceyrələrinin sitoplazmik fermentlərinin təsiri altında sorulduqdan sonra dəmir sərbəst buraxılır və qana daxil olur. Xelat kompleksi bağırsaq divarına daha asan keçir və hüceyrənin ion və mineral balansını pozmadan daha yaxşı sorulur. Həmçinin aşağı molekulyar çəkisinin olması isə peroral qəbul zamanı dəmirin maksimum dərəcədə sorulmasına imkan verir.

Fe duzlarından fərqli olaraq, dəmir bisqlisinat birləşməsi müxtəlif pH dəyərlərində hidroliz olunmur və aşağı molekulyar çəkisi hesabına peroral qəbul zamanı dəmir maksimum sorulur. Dəmir bisqlisinat - bağırsaqlardan aminturşu kimi sorulur. Digər dəmir duzlarından fərqli olaraq 4 dəfə çox biomənimsənilməyə malikdir və asan mənimsənildiyi üçün tez bir zamanda hemoqlobinin normal miqdarını bərpa edir və nəticədə yüksək terapevtik effektivlik əldə olunur. Xelat kompleks olduğu üçün heç bir əlavə təsir (toksiklik, qəbizlik, ishal, qarında ağrılar və s.) yaratmır. Dəmir bisqlisinat hemin struktur komponenti olaraq, eritropoezdə iştirak edir. Orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır.

Fol turşusu (B9 vitamini) - qanyaradıcı orqanların fəaliyyətini artırır, eritropoezi gücləndirir, həzm orqanlarının funksiyalarını yaxşılaşdırır, dəmirin həzm sistemindən sorulmasını sürətləndirir. Fol turşusu hemopoezdə, hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT-nin sintezində iştirak edir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir, bu da meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının metabolizmində və xolin sintezində iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası, qan yaranma prosesində və s. iştirak edir. Fol turşusu damara sərtlik verən homosisteini azaltmaqla yanaşı, iflic və  demensiya riskini də azaldır. Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Bu vitamin dölün sinir borusunun (daha sonra sinir borusundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir. Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya, beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər. 

B12 vitamini - eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, B12 vitamini hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir. 

C vitamini metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşəmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılğını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. C vitamini dəmirin bağırsaqlardan sorulmasını artıraraq qanda qısa müddətdə yüksək konsentrasiya toplamasına səbəb olur. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

İstifadəsinə göstərişləri

  • Dəmir defisitli anemiya
  • Müxtəlif etiologiyalı anemiyalar
  • Fol turşusu defisiti. Eyni vaxtda müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası.
  • B12 vitamini defisiti. Eyni vaxtda müşahidə olunan dəmir və B12 vitamini defisitinin profilaktikası.
  • Hamiləliyin II və III trimestrində, doğuşdan sonra və laktasiya dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası və müalicəsi.
  • Uşaqlıq qanaxmaları, endometrioz, uşaqlığın mioması, menustrasiyanın pozulması zamanı qanaxmalardan yaranan anemiyalar
  • Cərrahi müdaxiləyə qədər və ondan sonrakı dövürdə, şualanma, üzunmüddətli hemodializ
  • Qanaxmalar və yaxud digər qan itkiləri zamanı
  • Həzm orqanlarının eroziv və xora xəstəlikləri (mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, xoralı kolit və s), açıq hemorroy, bağırsaq çatları zamanı yaranan anemiyalar
  • Qaraciyər xəstəlikləri zamanı yaranan anemiyalar (B12 vit və fol turşusunun metabolizminin və qaraciyərdə depolanmasının pozulması)
  • Parazitar xəstəliklər (qurd invaziyaları) zamanı yaranan anemiyalar
  • Disbakterioz, malabsorbsiya simptomu
  • Qalxanabənzər vəzi xəstəlikləri (hipotireoz, hipertireoz, Haşimoto) zamanı yaranan anemiyalar
  • Böyrək xəstəlikləri zamanı yaranan anemiyalar (eritropoetin hasilinin azalması)
  • Xroniki ürək çatışmazlığında anemiyalara bağlı ürəyin qan dövranının və oksigenlə təchizatının pozulması
  • Anemiya ilə əlaqəli dəridə quruluq, qabıqlanma, saç tökülməsi zamanı

Solferot dozalanması və istifadə qaydası

  • 1 tablet gündə 1-3 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra daxilə qəbul edilir.
  • Qəbul qaydası həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
  • Kəskin Fe defisitində doza və müalicə müddəti anemiyanın ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən fərdi olaraq müəyyən edilir.

Hamiləlik və laktasiya zamanı istifadəsi

Mümkündür.

Solferot əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Hemolitik anemiya, hemoxromotoz, hemosideroz, aplastik anemiya

Əlavə təsirləri

Çox nadir hallarda yüngül allergik reaksiyalar müşahidə oluna bilər

Buraxılış forması

30 tablet. 

Solferot qiyməti

Solferot qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solferot qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  • Vitamin və mineral çatışmamazlığı
  • Anemiya zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow