Vaylopin nə üçündür? istifadə qaydası necədir?

Vaylopin istifadə qaydası, tərkibi, əks göstərişləri, farmakoloji xüsusiyyətləri və s. məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Oct 5, 2024 - 19:18
 0
Vaylopin nə üçündür? istifadə qaydası necədir?
Vaylopin

Vaylopin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vaylopin qiyməti

Vaylopin tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vaylopin qiyməti 22 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vaylopin dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ:

1 tabletin tərkibinə 10 mq olanzapin daxildir.

FARMAKOTERAPEVTİK QRUPU:

Antipsixotik preparat (neyroleptik).

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Farmakodinamikası: Olanzapin – geniş farmakoloji təsir spektrinə malik antipsixotik preparatdır (neyroleptik). Antipsixotik təsiri – mezolimbik və mezokortikal sistemdə dofamin D2-reseptorlarını blokada etməsinə; sedativ təsiri – baş beyin kötüyündə retikulyar formasiya adrenoreseptorlarının blokadasına; qusma əleyhinə təsiri – qusma mərkəzinin trigger zonasında dofamin D2-reseptorlarını blokada etməsinə; hipotermik təsiri – hipotalamusda dofamin reseptorlarını blokada etməsinə əsaslanır. Bundan başqa, muskarin, adrenergik, H1-histamin və serotonin reseptorlarının bəzi subsiniflərinə təsir göstərir. Olanzapin əhəmiyyətli dərəcədə psixozların məhsuldar və neqativ simptomatikasını aşağı salır. Nadir hallarda ekstrapiramid pozulmalar yaradır.
Farmakokinetikası: Olanzapinin absorbsiyası yüksəkdir və qida qəbulundan asılı deyil. Peroral qəbuldan sonra Tmax – 5-8 saat təşkil edir. Plazma zülalları ilə birləşməsi 93%-dir. Əsasən albumin və alfa1-qlikoproteinlərlə birləşir. Histohematik baryerlərdən, HEB-dən keçir. Qaraciyərdə metabolizmə uğrayır, aktiv metabolitlər əmələ gəlmir. Əsas sirkulə edən metabolit – qlükuronid HEB-dən keçmir. Siqaret çəkmə, cins və yaş T1/2-ə və plazma klirensinə təsir edir. 65 yaşdan yuxarı şəxslərdə T1/2 51,8 saat, plazma klirensi – 17,5 l/saat; 65 yaşdan aşağı şəxslərdə – 33,8 saat, plazma klirensi – 18,2 l/saat təşkil edir. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə, qadınlarda və siqaret çəkməyən xəstələrdə müvafiq şəxslərin qrupları ilə müqayisədə plazma klirensi aşağıdır. Əsasən metabolitlər şəklində (60%) böyrəklərlə xaric edilir.

GÖSTƏRİŞLƏRİ:

Vaylopin nə üçündür?

  • Orta və ağır dərəcəli ağır maniakal epizodların müalicəsi
  • Olanzapin müalicəsinə cavab verən maniakal epizodla müşayiət olunan bipolyar pozğunluğu olan xəstələrdə bu simptomların təkrarlanmasının qarşısını almaq məqsədilə
  • Terapevtik rezistent depressiya (anamnezində antidepressantların qeyri-effektiv istifadəsindən sonra yaranan böyük depressiv epizodlar)
  • Baş beynin orqanik xəstəlikləri fonunda yaranan psixiki pozulmalar, Xarakterin psixiki pozulmaları, İnsultdan sonrakı psixiki pozulmalar
  • 13-17 yaşlı yeniyetmə xəstələrdə oxşar əlamətlərin müalicəsində.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Olanzapinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; Qapalıbucaqlı qlaukoma;13 yaşdan aşağı uşaqlar; laktasiya dövrü.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ VƏ EHTİYAT TƏDBİRLƏRİ:

Demensiya olan yaşlı xəstələrdə Vaylopin preparatının istifadəsi ciddi əlavə təsirlərə səbəb ola biləcəyi üçün tövsiyə edilmir.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Trankvilizatorlar və antidepresantlar ilə birgə istifadəsi zamanı yuxululuq müşahidə edilə bilər. Karbamazepinlə yanaşı istifadəsi olanzapinin qan plazmasında konsetrasiyasını aşağı salır. Fluvoksamin və ya siprofloksasinlə birgə istifadəsi zamanı olanzapinin klirensi aşağı düşür. Aktiv kömür olanzapinin absorbsiyasını aşağı salır. Fluoksetin, birdəfəlik doza qəbulu zamanı simetidin və aliminium və ya  maqnezium tərkibli antasidlər olanzapinin farmakokinetikasına təsir etmir. Dofaminin aqonistlərinin təsirini azalda bilir. Alkoqolla yanaşı istifadəsi depresiv təsirlərin artmasına səbəb ola bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparatın gündəlik dozası 5 və 20 mq arasındadır. Standart doza 1 tablet gündə 1 dəfə yeməkdən sonra qəbul edilir. 13-17 yaş arası yeniyetmələr üçün tövsiyə olunan başlanğıc dozası 2,5-5 mq təşkil edir. Şızofreniya zamanı 10 mq sutkada 1 dəfə, manik epizodlarda monoterapiya zamanı başlanğıc doza 15 mq, kombinə terapiyada isə 10 mq gündə 1 dəfədir. Bipolyar pozğunluğu olan xəstələrdə 10 mq, 65 yaşdan yuxarı şəxslərdə isə 5mq gündə 1 dəfə. Böyrək və qaraciyər xəstələrində, qaraciyər çatışmazlığı olan xəstələrdə başlanğıc doza 5 mq təşkil edir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Çox tez-tez rast gəlinən əlavə təsirlər (10 insandan 1-də): çəkinin artması; yuxululuq, qanda prolaktinin səviyyəsinin artması, başgicəllənmə və ya zəiflik. Ümumi əlavə təsirlər (10 insandan 1-də): qaraciyər fermentlərinin səviyyəsində müvəqqəti artımlar; hiperqlikemiya, qanda sidik turşusu və kreatinin, fosfokinaza səviyyələrinin artması; başgicəllənmə; tremor; qeyri-adi hərəkətlər; qəbizlik; ağızda quruluq; hiperemiya; yorğunluq; periferik ödemlər; qızdırma; oynaq ağrısı; kişilərdə və qadınlarda libidonun azalması və kişilərdə erektil disfunksiya. Bəzən rast gəlinən əlavə təsirlər (100 insandan 1-də): allergiya, bəzən diabetik ağırlaşma; epileptik tutmalar; əzələ gərginliyi və ya spazmlar; afaziya; braxikardiya; günəş işığına həssaslıq; mədə ağrısı; yaddaşın zəifləməsi; oliqouriya; oliqomenoreya; mastopatiyalar; və venoz tromboemboliya riski. Nadir rast gəlinən əlavə təsirlər (1000 insandan 1-də): hipotermiya; mədə ağrısı, qızdırma, qusma; dəridə və selikli qişalarda saralma. Demensiyalı xəstələrdə bu əlamətlər daha kəskin formada özünü biruzə verə bilər. Parkinson xəstələrində olanzapinin istifadəsi simptomları kəskinləşdirə bilər.

BURAXILIŞ FORMASI: 

28 tablet.

APTEKDƏN BURAXILIŞ ŞƏRTİ: 

Resept əsasında buraxılır.

İSTEHSALÇI: 

Recordati İlaç San. ve Tic. A.Ş.Ç.O.S.B. Karaağaç Mah. Atatürk Cad. No: 36 Kapaklı / TEKIRDAĞ
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “ORNADO MEDICINE”, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow