Novalopin nə üçündür?

Novalopin nə üçündür? - Xroniki yorğunluq sindromu və asteniya zamanı, qidalanma pozğunluğu zamanı, dəmrov zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Jul 23, 2024 - 17:09
Jul 23, 2024 - 17:26
 0
Novalopin nə üçündür?
Novalopin nə üçündür?

Novalopin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Novalopin qiyməti

Novalopin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Novalopin qiyməti 27 azn - 30 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Novalopin tablet qiyməti -ni öyrənərək əldə edəsiniz.

Tərkibi

  • Balıq yağı       1000 mq
  • EPA                 350 mq
  • DHA                250 mq
  • Vitamin E        7.5 mq

FARMAKOTERAPEVTİK QRUPU : Balıq yağı və vitamin preparatı

Farmakoloji xüsusiyyətləri

Balıq yağı (Omeqa3) – güclü antioksidantdır. Omega-3 dokasaheksan (DHT) və eykosapentain (EPT) turşuları hüceyrə membranının əsas struktur vahidlərindən hesab olunur. Ürək-damar xəstəliklərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır. Qanın aqreqasiyasını yaxşılaşdırır və qan təzyiqini normaya salır. İnsult və infakt kimi ağır pozulmaların qarşısını alır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gün ərzində 1000 mq balıq yağı qəbul edən şəxslərdə  koronar ürək xəstəliyinin ümumi göstəricisi 16%, bu xəstəliyin risk qrupuna daxil olanların sayı isə 47% azalmışdır. Həmçinin omega-3 antikanserogen və immunostimulyator təsir effektinə malikdir. Eyni zamanda Omeqa-3 beyinin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edən enerjinin qısa müddət ərzində yaranmasina səbəb olur. Tərkibindəki doymamış yağlar (EPA və DHA) hamilə ana orqanizmində dölün formalaşmasını və inkişafını təmin edərək vaxtından qabaq doğuş və düşük riskini aradan qaldırır.
Vitamin E – orqanizm üçün əhəmiyyətli antioksidantdır. E vitamini zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma tənəffüsü kimi hüceyrələrdə gedən son dərəcə mühüm proseslərdə iştirak edir. Vitamin E orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir, eyni zamanda hüceyrəvi və humoral immuniteti stimulə etməklə immunomodulyator təsir göstərir. Damar divarı tonusunu və keçiriciliyini normallaşdırır,  angioprotektiv təsir göstərir. Qanı durulaşdırmaqla laxtalanmanın qarşısını alir və periferik qan dövranını yaxşılaşdırır. Vitamin E bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. Vitamin E-nin çatışmazlığı ağır hallarda damar tonusunun aşağı düşməsi, hipotoniya, skelet və ürək əzələlərinin  və miokardın distrofiyası, fotoreseptorların degenerasiyasının artması fonunda görmənın pozulması kimi patologiyalara səbəb olur.

İstifadəsinə göstərişləri

  • Ürəyin işemik xəstəlikləri (ateroskleroz, hipertoniya, xroniki ürək çatışmazlığı, stenokardiya)
  • Ürək əməliyyatından sonrakı bərpa dövründə
  • Orqanizmin ümumi bərpası və idman təbabətində
  • İmmunitetin gücləndirilməsi və müqaviməti artırmaq məqsədilə
  • Artıq çəki və piylənmə
  • Şəkərli diabet
  • Revmatizm və revmatoid artrit
  • İltihabi və degenerativ xəstəliklər
  • Yaddaş gücləndirici və diqqət nizamlayıcı kimi
  • Xroniki yorğunluq zamanı
  • Anemiyalarda
  • Çəki defisiti və boy inkişafından qalma zamanı
  • Həzm pozğunluğu və fermentativ çatışmazlıqda
  • Uzun müddətli antibiotik terapiya
  • Hamiləlik zamanı, ana və gələcək körpənin sağlamlığını qorumaq məqsədilə

Əks göstərişləri

Balıq yağına qarşı fərdi dözumsüzlük, hemorragik sindrom 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabetli xəstələr istifadə edə bilərlər.
Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda xəstələrin vəziyyətini diqqətlə öyrənmək lazımdır. Bu halda “Novalopin” təyin olunmur

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antikoaqulyantlarla müalicə alan xəstələrə “Novalopin” təyin olunarkən qanaxma müddətinin bir qədər uzana bilmə ehtimalını  nəzərə alaraq xəstələri müşahidə altında saxlamaq, ehtiyac olarsa – antikoaqulyant preparatın dozasını korreksiya etmək lazımdır.

Novalopin istifadə qaydası və dozası

1 kapsul gündə 1 dəfə yeməkdən əvvəl. 

Əlavə təsirləri

Nadir hallarda dəridə qızartı və səpkilər

Buraxılış forması

№30 kapsul

Saxlama şəraiti

Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır. 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır

Məhsulun və əmtəə nişanının sahibi

NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.

İstehsalçı

Gricar Chemical S.R.L, Via S. Giuseppe, 18/20, 20861 Brugherio MB, İtaliya.

Aid olduğu kateqoriyalar

  1. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  5. Miokard infarktı zamanı istifadə olunan dərmanlar
  6. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  7. İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow