Urosolis
Urosolis uroseptik, diuretik, litolitik, iltihab əleyhinə vasitədir

Urosolis haqqında məlumat
- Urosolis tərkibi
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- Urosolis nə üçündür?
- İstifadəsinə göstərişləri
- Urosolis dozalanması və istifadə qaydası
- Əlavə təsirləri
- Urosolis əks göstərişləri
- Digər dərman preparatları ilə yanaşı istifadəsi
- Hamiləlik və laktasiya zamanı istifadəsi
- Buraxılış forması
- Urosolis qiyməti
- İstehsalçı ölkə
- Aid olduğu kateqoriyalar
Urosolis tərkibi
1 tabletdə:
- D-mannoza (D-mannose)......................................300 mq
- Quşüzümü - Cranberry (Vaccinium oxycoccos)....100 mq
- Ortosifon (Ortosiphon stamineus)..........................100 mq
- Ayıqulağı (Arctostaphylos uva-ursi).......................100 mq
- Qarğıdalı saçağı (Zea mays silk).............................60 mq
- Qaragilə (Vaccinium myrtillus)..................................60 mq
- İtburnu (Rosa canina)...............................................60 mq
- Çöl qatırquyruğu (Equisetum arvense).....................60 mq
- Maqnezium sitrat (Magnesium citrate)....................100 mq
- Kalium sitrat (Potassium citrate)..............................100 mq
Farmakoterapevtik qrupu
Uroseptik, diuretik, litolitik, iltihab əleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri
Urosolis nə üçündür?
D-mannoza (D-mannose) – prebiotikdir, bəzi meyvə növlərində çox az miqdarda olan qeyri-tipik konfiqurasiyalı monosaxariddir. Daxilə qəbul olunduqda həzm sisteminin yuxarı hissəsindən sorularaq birbaşa qan dövranına düşür və sidik yolları vasitəsilə orqanizmdən xaric olur. Karbohidratların son parçalanma məhsulu olduğundan metabolizmə uğramır, sidik vasitəsilə eliminasiya olunarkən burada xəstəlik törədən bakteriyaların (həmçinin E.coli) adgezinlərini bürüyərək selikli qişadan ayırır və onların sidik vasitəsi ilə yuyulub çıxarılmasını təmin edir.
Quşüzümü - Cranberry (Vaccinium oxycoccos) - üzvi turşular, pektin, flavonoidlər, antosianinlər, C vitamini, kalium və dəmirlə zəngindir. Quşüzümü stafilokoklar, streptokoklar, eşerixiya koli (E.coli) və proteylərə qarşı güclü antimikrob təsirlərə malikdir. Tərkibindəki proantosianidinlər (PAS) urobakteriyaların P-fimbriyalarını inhibə edərək bakteriyaların, əsas da E. coli-nin sidik yollarının epitelisinə yapışmasının qarşısını alır, antiadgeziv təsir göstərir. Quşüzümünün antifunqal təsiri müşahidə olunur. Bundan əlavə quşüzümü pielonefrit və ginekoloji iltihabi xəstəliklərin müalicəsində antibakterial preparatların təsirini gücləndirmə xüsusiyyətinə malikdir. Quşüzümü bakteriyaların sidik-cinsiyyət sisteminin selikli qişasına yapışmasının qarşısını alaraq onların selikli qişaya nüfuz edib yaşaması və koloniyalar yaratmasını mümkünsüz edir.
Ortosifon (Ortosiphon stamineus) - kaliumla zəngin bitkidir. Yarpaqlarının tərkibində olan ortosifonin, alkaloidlər, efir yağları, saponinlər orqanizmdə alfa-amirin, beta-sitosterin və taninin miqdarını sürətlə artıraraq iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına parçalayıcı təsir göstərir. Ortosifon ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərir, onları tez bir zamnda aradan qaldırır. Güclü sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridləri xaric edir. Ortosifonun II və III tip ürək-damar çatışmazlığı zamanı kompleks müalicənin tərkibində təyini tövsiyyə edilir.
Ayıqulağı (Arctostaphylos uva-ursi) - yarpağının tərkibi flavonoidlər, üzvü turşular (alma, qarışqa) və qlikozidlərlə (arbutin, metilarbutin) zəngindir. Ayıqulağı iltihab əleyhinə, antimikrob və sidikqovucu təsirlərə malikdir. Tərkibindəki arbutin və metilarbutin qlikozidlərinin arbutaza fermentinin təsiri ilə parçalanmasından əmələ gələn hidroxinon güclü antimikrob və antibakterial təsirə səbəb olur və hidroxinon böyrəklərdən süzülərkən yerli qıcıqlandırıcı təsir göstərərək böyrəklərin filtrasiyasını sürətləndirir və sidikqovucu effekt verir.
Qarğıdalı saçağı (Zea mays silk) - tərkibində acı qlikozid maddələr, saponin, efir yağları vardır. Bunların sayəsində qarğıdalı saçağı sidikqovucu, iltihab əleyhinə və hemostatik xüsusiyyətlərə malikdir. Həmçinin, qarğıdalı saçağı öd ifrazını sürətləndirərək, onun yapışqanlığını və sıxlığını azaldır.
Qaragilə meyvələri (Vaccinium myrtillus) - inulin, flavonoidlər və antosianinlər, üzvi turşular, manqan, dəmir, C, B1, B2, PP vitaminlərilə zəngindir. Qaragilə orqanizmin immunitetini artırır, stressə qarşı müqavimətini gücləndirir, iltihab əleyhinə, hemostatik, vazodilatator, ödqovucu və sidikqovucu təsirlər göstərir.
İtburnu meyvələri (Rosa canina) – vitamin və minerallarla zəngindir, əsasən də C vitamininin miqdarı yüksəkdir. İtburnu ürək-damar sistemi xəstəlikləri zamanı arterial təzyiqi normallaşdırır. Sidikqovucu və iltihab əleyhinə təsiri hesabına sidik kisəsi və sidik yollarının iltihabını effektiv şəkildə aradan qaldırır. Həmçinin zəngin vitamin-mineral kompleksi sayəsində sidikqovucuların təyini fonunda yaranan vitamin-mineral itkisini bərpa edir. İtburnu meyvəsinin tərkibindəki aktiv komponentlər böyrək daşlarını parçalayır, qum halına salaraq orqanizmdən xaric olunmasını təmin edir.
Çöl qatırquyruğu (Equisetum arvense) – tərkibindəki qlükozid, alkaloid, saponin, flavonoid, karotinoid hesabına sidikqovucu, litolitik, iltihab əleyhinə, hemostatik xüsusiyyətlərə malikdir. Çöl qatırquyruğu zəngin olduğu 5-qlükozid lüteolin hesabına böyrək və sidikçıxarıcı orqanların xəstəliklərində antibakterial və iltihab əleyhinə təsir göstərir. Çöl qatırquyruğu sidikqovucu, litolitik xüsusiyyətləri hesabına orqanizmdə su-duz mübadiləsini tənzimləyir, kalsiumun böyrək toxumalarında toplanmasının qarşısını alaraq kirəcləşməni və daşların yaranmasını ləngidir, həmçinin böyrək və sidikçıxarıcı sistemin daş xəstəliklərinin, xüsusilə urat və oksalat daşlarının müalicə effektivliyini artırır. Böyrəklərlə yanaşı oynaqlarda duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır.
Maqnezium sitrat (Magnesium citrate) - sidikdə duzların həll olunmuş halda qalmasını təmin edərək böyrəklərdə kristalların və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Mg sidikdə 40% oksalat turşusu ilə biləşərək oksalat daşlarının yaranmasına imkan vermir.
Kalium sitrat (Potassium citrate) - maqnezium sitratla birlikdə sidikdə PH-ı artırır, yəni qələviliyə doğru dəyişərək turş mühitdə yaranmış urat, oksalat kristallarını və daşlarını tədricən həll edib yox edir, bununla da sidikdə duz kristallarının əmələ gəlməsinin qarşısını alır.
K sitrat və Mg sitrat spazmolitik təsir göstərərək ölçüləri kiçilmiş daşların orqanizmdən ağrısız xaric olmasını təmin edir. Həmçinin, sidikdə olan sidik və oksalat turşusunun özünə birləşdirir, böyrəklərdə kalsium ilə sidik və oksalat turşusunun birləşməsinin, Ca-urat və Ca-oksalat kristallarının, daşlarının yaranmasının qarşısını alır.
İstifadəsinə göstərişləri
- Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri: Uretrit , sistit, pielonefrit, prostatit
- Nefrotik sindrom
- Hamiləlik zamanı nefropatiyalar, proteinuriya, AT yüksəlməsi, periferik ödemlər
- Arterial hipertoniya. II-III dərəcə ürək-damar çatışmazlığı (ürək qlikozidləri ilə birgə)
- Böyrək daşı xəstəliyi - Nefrolitiaz
- Podaqra xəstəliyi
- Diabetik nefropatiya
- Bakterial prostatit, prostat vəzin adenomasının kompleks müalicəsində
- Xolesistit, qaraciyər sirrozu, qurd invaziyaları, assit.
- Qlaukomanın kompleks müalicəsində
Urosolis dozalanması və istifadə qaydası
1 tablet gündə 2 dəfə, səhər və axşam yeməkdən sonra daxilə bol maye ilə qəbul edilir.
Müalicə müddəti 2-8 həftədir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar, halsızlıq, dispeptik hallar.
Urosolis əks göstərişləri
Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, mədə xorası, yüksək laxtalanma faktoru.
Digər dərman preparatları ilə yanaşı istifadəsi
Antibiotiklərin təsir effektinin güclənməsini təmin edir.
Hamiləlik və laktasiya zamanı istifadəsi
Hamiləlik (II və III trimestrdə) və laktasiya zamanı istifadəsi mümkündür.
Buraxılış forması
30 qastro-rezistent tabletlər.
Urosolis qiyməti
Urosolis qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Urosolis qiyməti -ni öyrənərək əldə edəsiniz.
İstehsalçı ölkə
Türkiyə.
Aid olduğu kateqoriyalar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Böyrək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
- Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






