Proginat sirop nə üçündür? istifadə qaydası necədir?

Proginat sirop dərman vasitəsi mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiyaya girərək xüsusi geləbənzər maddə yaranır ki, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır.

Nov 21, 2024 - 11:39
 0
Proginat sirop nə üçündür? istifadə qaydası necədir?
Proginat sirop

Proginat sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Proginat sirop qiyməti

Proginat şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Proginat sirop qiyməti 13 azn - 16 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Proginat qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Proginat nədir?

PROGINAT dərman vasitəsi mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiyaya girərək xüsusi geləbənzər maddə yaranır ki, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patogen mikroorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Həmçinin, regenerativ xüsusiyyətə malik olduğu üçün mədə-bağırsaq sistemində yarasağaldıcı təsirə malikdir. Bunun üçün də həm reflüks-ezofaqitin, həm də xora xəstəliyinin müalicəsində geniş istifadə olunur. Gəyirmə zamanı mədə möhtəviyyatı yenidən qida borusuna geri qayıdarsa, bu zaman gel şəklində olduğu üçün qida borusundakı qıcıqlanmanı aradan qaldıraraq selikli qişanı qoruyur və iltihabi prosesin inkişaf etməsinin qarşısını alır. PROGİNAT mədə turşusu və ödün qida borusuna  doğru reflüksu nəticəsində meydana gələn ağrıları aradan qaldırır. Hətta qida borusu və mədədə baş verən diskomfort, preparat qəbulundan 3-4 dəqiqə sonra tam aradan qalxır. 

Tərkibi

10 ml məhlulun tərkibində:
Natrium alginat           500 mq 
Natrium bikarbonat    267 mq
Kalsium karbonat        160 mq 

Istifadəsinə göstərişlər:

• Qastroezofaqeal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi;
• Qastroezofaqeal reflüks (mədə qıcqırması və requrgitasiya zamanı);
• Yemək qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən, hamiləlik zamanı);
• Diafraqmanın qida borusu dəliyinin yırtığı və ya Hiatus yırtığı;
• Səbəbi reflüks olan bütün epiqastrik və retrosternal vəziyyətlər.

İstifadə qaydası

6-12 yaş uşaqlarda: 5 – 10 ml, qidadan sonra, yatmazdan əvvəl qəbul edilir. Maksimal sutkalıq doza 40 ml-dir.

 

12 yaş və böyüklərdə: 10 – 20 ml qidadan sonra, yatmazdan əvvəl qəbul edilir. Maksimal sutkalıq doza 80 ml-dir.

Proginat sirop nə üçündür?

  1. Qastrit zamanı istifadə olunan vasitələr
  2. Ezofagit zamanı istifadə olunan vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow