Lebel 500 mg
Lebel 500 mg yuxarı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik yollarının iltihabında, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün preparatdır.

Lebel 500 mg haqqında məlumat
- Lebel 500 mg qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Lebel nə üçündür?
- Əks göstərişlər
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Lebel 500 mg istifadə qaydası və dozası
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
Lebel 500 mg qiyməti
Lebel 500 mg qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Lebel qiyməti 12 azn - 14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lebel 500 qiyməti -ni öyrənərək əldə edəsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Levofloxacin
Tərkibi
Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda levofloksasin hemihidrat vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza PH 102, hipromelloza (Farmakoat 603 W), krospovidon (Kollidon CL-F), natrium stearil fumarat,
Örtük: hidroksipropilmetilsellüloza 5 cP-Metosel E5-LV, titan dioksid (E171), polietilenqlikol 400.
Təsviri
Ağ rəngli, uzunsov, bir tərəfdən bölünən örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Xinolon törəmələrinə aid antibakterial preparat, flüorxinolon.
ATC kodu: J01MA12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Levofloksasin sintetik flüorxinolon törəməsi olub, ofloksasinin L-izomeridir.
Təsir mexanizmi
Levofloksasin digər flüorxinolonlarda olduğu kimi bakteriyaların DNT-DNT-giraza kompleksinə (bakterial topoizomeraza II) və topoizomeraza IV təsir edərək bakterisid təsir göstərir.
Çox Həssas növlər
Aerob qrammüsbət bakteriyalar
Bacillus anthracis, Staphylococcus aureus metisillinə həssas, Staphylococcus saprophyticus,
Streptococci, qrup C və G, Streptococcus agalactiae, Streptococcus pneumoniae, Streptococcus pyogenes.
Aerob qrammənfi bakteriyalar
Eikenella corrodens, Haemophilus influenzae, Haemophilus para-influenzae, Klebsiella oxytoca,
Moraxella catarrhalis, Pasteurella multocida, Proteus vulgaris, Providencia rettgeri.
Anaerob bakteriyalar
Peptostreptococcus.
Digər
Chlamydophila pneumoniae, Chlamydophila psittaci, Chlamydia trachomatis, Legionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Ureaplasma urealyticum.
Qazanılmış rezistentlik problem ola biləcək növlər
Aerob qrammüsbət bakteriyalar
Enterococcus faecalis, Staphylococcus aureus metisillinə rezistent кoaqulaza neqativ
Staphylococcus spp.
Aerob qrammənfi bakteriyalar
Acinetobacter baumannii, Citrobacter freundii, Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Klebsiella pneumoniae, Morganella morganii, Proteus mirabilis, Providencia stuartii, Pseudomonas aeruginosa, Serratia marcescens.
Anaerob bakteriyalar
Bacteroides fragilis.
Təbii olaraq rezistent ştammlar
Aerob qrammüsbət bakteriyalar
Enterococcus faecium.
#Metisillinə rezistent S. aureus çox guman ki, flüorxinolonlara, həmçinin levofloksasinə də dayanıqlıdır
İstifadəsinə göstərişlər
Lebel nə üçündür?
- Xəstəxanadankənar pnevmoniya
- Kəskin bakterial sinusit
- Xroniki bronxitin kəskin bakterial şiddətlənməsi
- Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları
LEBEL® yuxarıda qeyd olunan yoluxucu xəstəliklərin müalicəsi zamanı qəbulu məsləhət görülən preparatlar təyin edilə bilmədiyi halda istifadə olunmalıdır.
- Xroniki bakterial prostatit
- Pielonefrit və sidikqovucu yolların ağırlaşmış infeksiyaları
- Ağırlaşmamış sistit
- Qarayaranın ağciyər forması: kontaktdan sonra profilaktika və müvafiq müalicədən sonra
LEBEL® levofloksasinlə başlanğıc venadaxili müalicə zamanı yaxşılaşma müşahidə olunan xəstələrdə müalicə kursunu tamamlamaq üçün də istifadə edilə bilər.
Antibakterial vasitələrin müvafiq istifadəsi üzrə rəsmi təlimata baxmaq məsləhət görülür.
Əks göstərişlər
LEBEL
- levofloksasinə və ya başqa xinolonlara, həmçinin köməkçi maddələrə həssaslığı olan insanlarda,
- epilepsiyalı xəstələrdə,
- anamnezində flüorxinolon qəbuluna bağlı vətər pozuntuları olan xəstələrdə,
- uşaqlar və böyüyən yeniyetmələrdə,
- hamiləlik dövründə,
- laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bəzi arzuolunmaz təsirlər (məs. başgicəllənmə/vertiqo, yuxululuq, görmə pozuntuları) xəstənin reaksiya vermə və konsentrasiya qabiliyyətini poza biləcəyi üçün bu xüsusiyyətlərə xüsusi ehtiyac olduğu hallarda (məs. avtomobil və ya mexanizm idarə edərkən) ciddi problemlər yarada bilər.
Lebel 500 mg istifadə qaydası və dozası
- LEBEL® çeynəmədən, bütöv şəkildə kifayət qədər su ilə udulmalıdır. Doza uyğunlaşdırılması üçün bölünə bilər. Tabletlər yemək vaxtı və ya yemək arası qəbul edilə bilər.
- LEBEL® dəmir duzları, sink duzları, maqnezium və ya alüminium tərkibli antasidlər və ya didanozin (təkcə didanozinlə birlikdə maqnezium və ya alüminium tərkibli bufer agent birləşmələri) və sukralfat təyinindən 2 saat əvvəl və ya sonra qəbul edilməlidir, çünki absorbsiyanın azalması müşahidə oluna bilər.
- LEBEL® gündə bir və ya iki dəfə təyin edilir. Doza ehtimal olunan törədicinin həssaslığından və infeksiyanın tipi və ağırlığından asılıdır.
- LEBEL® həmçinin, venadaxili levofloksasinlə başlanğıc müalicə zamanı yaxşılaşma müşahidə olunan xəstələrdə müalicə kursunu tamamlamaq üçün istifadə edilə bilər; peroral və venadaxili dərman formasının biomənimsənilməsini nəzərə alaraq, hər ikisi üçün eyni dozalanma istifadə edilə bilər.
Buraxılış forması
500 mq örtüklü tabletlər. 7 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Düzce/Türkiye
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
İstanbul/Türkiye
Aid olduğu kateqoriyalar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- COVID-19 ilə mübarizə
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






