Paresol amino 4%
Paresol amino 4% ferment çatmamazlığı zamanı, kolit zamanı, digər həzm pozğunluqları zamanı, zəhərlənmələr zamanı istifadə olunan preparatdır.

Paresol amino 4% haqqında məlumat
Paresol amino qiyməti
Paresol amino qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Paresol amino qiyməti 32 azn - 34 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Paresol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Tərkibi: Hər 500 ml məhlulun tərkibində vardır:
Təsiredici maddələr:
- L‐ izoleysin: – 6,430 q
- L‐ leysin: – 7,855 q
- L‐ valin: – 6 q
Köməkçi maddələr:
- Distillə olunmuş su: – 500 ml
- Amin turşuların ümumi miqdarı: – 40,6 q/l
- Azotun ümumi miqdarı: – 4,49 q/l
- Teoretik osmolyarlıq: – 320 mosmol/l
Ümumi xüsusiyyətləri
Təsir mexanizmləri:
Alimentar zülal çatışmamazlığını aradan qaldırır, azot balansını təmin edir;
Energetik biokimyəvi reaksiyalar üçün substrakt rolunu oynayır, hüceyrələrin və toxumaların enerji təminatını yaxşılaşdırır, metabolizm proseslərini sürətləndirir və hüceyrələrin artıb çoxalmasını stimulə edir;
Əzələ zülalının katabolizmini ləngidir, əzələ zəifliyini aradan qaldırır, əzələ kütləsini bərpa edir, fiziki və psixi gərginliyə qarşı orqanizmin davamlılığını artırır;
Bir çox hormonların və fermentlərin biosintezində iştirak edir;
Travmadan və cərrahi əməliyyatdan sonrakı dövrdə yaranın sağalmasını tezləşdirir, sümüklərin bitişməsini və əzələlərin qısa zamanda bərpasını sürətləndirir;
Mərkəzi və periferik sinir sisteminin fəaliyyətini yaxşılaşdırır: Beyində serotoninin artıq miqdarda sintez olunmasının qarşısını alır (triptofanın MSS-nə keçməsini məhdudlaşdırması hesabına), həyacanı, qorxunu, yüksək qıcıq hissiyyatını, depressiyanı aradan qaldırır, həmçininneyromediator rolunu oynayaraq sinir impulslarının ötürülməsini təmin edir;
Qanda şəkərin və xolesterinin səviyyəsinin artmasının qarşısını alır:İnsulinin sekresiyasını tənzimləyir, qlükozanın hüceyrələr tərəfindən utilizasiyasını yaxşılaşdırır, artıq xolesterini orqanizmdən xaric edir, arterial təzyiqi normada saxlayır;
İmmun sistemin işinin effektivliyini artırır – antitellərin sintezində əsas aparıcı rol oynayır;
Boy hormonunun sekresiyasında iştirak edir;
Sümük iliyində gedən eritropoez prosesini sürətləndirir (qırmızı qan hüceyrələrinin zülalının sintezində iştirak edir), qanda eritrositlərin sayını artırır və dolayı olaraq toxumaların trofikasını yaxşılaşdırır;
Hemoqlobinə daha çox sayda oksigen birləşməsini təmin edir, toxumaların oksigenlə və lazımi maddələrlə təminatını yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
- Parenteral qidalanma məqsədilə (komatoz və prekomatoz vəziyyətlərdə);
- Septik və uremik ensefalopatiya;
- III – IV dərəcəli qaraciyər koması;
- Qaraciyər ensefalopatiyası;
- Uzun sürən xroniki xəstəliklərdən, cərrahi əməliyyatdan və travmadan sonrakı reabilitasiya dövrü;
- Müxtəlif mənşəli əzələ distrofiyaları;
- Anoreksiya;
- Hiperkatabolizm;
- Xroniki xəstəliklər və aclıq fonunda baş vermiş asteniya;
- Bağırsağın kəskin və xroniki xəstəlikləri , həmçinin enterokolit, malabsorbsiya sindromu;
- MBT-nın keçiriciliyinin pozulması (rezeksiya, anastomozlar, spazm, şiş, inkişaf qüsurları və s. səbəblərdən);
- Vegeterianlılarda amin turşu çatışmamazlığının profilaktikası və müalicəsi;
- Uşaqlarda bədən çəkisinin və böyun inkişafdan qalması;
- Anemiya;
- Qan xəstəlikləri və ürək qan damar sisteminin patologiyası zamanı kompleks terapiyada və ya profilaktik məqsədlə;
- Fiziki və psixi yorğunluq (xroniki yorğunluq sindromu).
İstifadə qaydası və dozalanması
- Paresol amino 4% vena daxilinə tədricən yeridilir.
- Ancaq şəffaf məhlul istifadə olunmalıdır
- Hər flakon yalnız bir dəfə istifadə olunmalıdır.
- Əgər flakondan bir hissə istifadə olunacaqsa, qalan hissəsi atılmalıdır.
- Müalicənin birinci günü 2 flakon, sonrakı günlər isə 3 flakon (20‐30 damcı/dəq) təyin olunmalıdır.
- Bu müalicə fonunda gün ərzində 300-400 qram qlükoza məhlulu infuziya şəklində təyin olunmalıdır.
Xüsusi göstərişlər
Paresol amino 4% təyin olunan zaman turşu – qələvi və su – elektrolit balansına nəzarət olunmalıdır. Paresol amino 4% hamiləlik dövründə və süd verən qadınlarda, həmçinin allergiyalı xəstələrə ehtiyatla təyin olunmalıdır.
Əks göstərişlər
Aminturşu mübadiləsinin irsi pozğunluqları, böyrək çatışmamazlığı.
Əlavə təsirləri
Paresol amino 4% sürətli yeridilərsə ürəkbulanma, qusma, baş ağrısı, damar boyu ağrılar, vazodilatasiya, abdominal ağrılar müşahidə oluna bilər. Bu şikayətlər olarsa, preparatla müalicə dayandırılmalıdır və mövcüd simptomların aradan qaldırılmasına doğru yönəldilmiş müalicə aparılmalıdır. İnyeksiya yerində flebit və tromboflebit əmələ gələrsə digər inyeksiya yeri seçilməlidir.
Buraxılış forması
Paresol amino 4%- 500ml məhlul, flakonda N1.
İstehsalçı: BIOINDUSTRIA / İTALIYA
Paresol amino nə üçündür?
- Ferment çatmamazlığı zamanı istifadə olunan dərmanlar
- Kolit zamanı istifadə olunan dərmanlar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
- Zəhərlənmələr zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






