Prokto 03 (Proct03) krem nə üçündür?

Prokto 03 (Proct03) - Təbii ekstraktlardan hazırlanıb, qoruyucu, yumşaldıcı və sakitləşdirici təsir göstərərək qıcıqlanma, ağrı, yanğı hissiyyatı və qaşınmanı sürətlə aradan qaldırır.

Nov 21, 2024 - 11:28
 0
Prokto 03 (Proct03) krem nə üçündür?
Prokto 03 (Proct03)

Prokto 03 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prokto 03 qiyməti

Prokto 03 krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prokto 03 qiyməti 18 azn - 21 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Proct03 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Prokto 03 nədir?

PROCTO3 Təbii ekstraktlardan hazırlanıb, qoruyucu, yumşaldıcı və sakitləşdirici təsir göstərərək qıcıqlanma, ağrı, yanğı hissiyyatı və qaşınmanı sürətlə aradan qaldırır.
EVO3 COMPLEX Ozonlaşdırılmış zeytun yağı. Ozon, sabit bir ozonid şəklində, hüceyrə metabolizmini stimullaşdıraraq dəriyə oksigeni ötürür və sərbəst radikalları neytrallaşdırır, antiseptik və toxuma bərpaedici təsirə də malikdir.
ALLANTOIN ilbizin seliyindən alınır. O, yara sağaldici təsir göstərərək dəri regenerasiyasını sürətləndirir; eyni zamanda büzücü (hər hansı bir şişkinliyi azaldır) və iltihabəleyhinə təsir göstərir.
GAULTERIA PROKUMBENSİN efir yağı. Metilsalisilatla, "təbii keyidici", zəngin olan bitki mənşəli yağdır, ağrıları aradan qaldırır və qismən keyləşdirir.
ASO5 COMPLEX - şirin badam yağı ilə dəstəklənmiş qırmızı üzümün quru ekstraktı, at şabalıdı, sentella ekstraktı, ponti bigavarı ekstraktı, palıd ekstraktı. Şirin badam yağı ilə dəstəklənmiş bu quru ekstraktların xüsusi formulası, yağın hüceyrə membranına lipofilik təsiri nəticəsində dəridən digər komponentlərin mənimsənilməsini təmin edir. 

Tərkibi

  • EVO3 Kompleks® (ozonlaşdırılmış zeytun yağı)
  • Allantoin
  • Gaulteriya efir yağı
  • ASOS kompleks (qırmızı üzümün quru ekstraktı, at şabalıdı, sentella ekstraktı, ponti bigavarı ekstraktı, palıd ekstraktı, şirin badam yağı ilə dəstəklənmiş)

Göstərişlər:

• Daxili və xarici babasil;
• Anal və perianal ekzema;
• Düz bağırsağın çatları;
• Proktit və paraproktit;
• Babasil əməliyyatından sonra;
• Doğuşdan sonra yaranan babasil.
Xaricə istifadə üçün: krem perianal və anal nahiyələrinə yumşaq bir şəkildə masaj hərəkəti ilə yeridilir. Daxilə istifadə üçün: kannülanı yumşaq bir şəkildə daxil edin və tübikin tərkibini bütövlüklə istifadə edin.

Birdəfəlik istifadə üçün tübik.
EVO3 Kompleks (ozonlaşdırılmış zeytun yağı), Allantoin, Gaulteriya efir yağı, ASOS kompleks (şirin badam yağı ilə dəstəklənmiş qırmızı üzümün quru ekstraktı, at şabalıdı, sentella ekstraktı, ponti bigavarı ekstraktı, palıd ekstraktı )

İstifadə qaydası

Xaricə istifadə üçün: krem perianal və anal nahiyələrinə yumşaq bir şəkildə masaj hərəkəti ilə yeridilir. 

Daxilə istifadə üçün: kannülanı yumşaq bir şəkildə daxil edin və tübikin tərkibini bütövlüklə istifadə edin.
Birdəfəlik istifadə üçün tübik.

Prokto 03 nə üçündür?

Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow