FUNQOTERBİN krem
FUNQOTERBİN krem Geniş spektrli göbələk əleyhinə aktivliyə malik xaricə istifadə üçün göbələk əleyhinə preparatdır.

FUNQOTERBİN krem Eyniləşdirmə və təsnifat
Dərman forması
Xarici istifadə üçün krem
- FUNQOTERBİN krem Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- FUNQOTERBİN krem Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- FUNQOTERBİN krem Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Hamiləlik
- Laktasiya dövrü
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- FUNQOTERBİN krem İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
Buraxılış forması
Xarici istifadə üçün 1%-li krem.
15 q krem polimer materialdan olan burulan qapaqlı alüminium və ya polimer materialdan hazırlanmış burulan qapaqlı polietilen laminatlı tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
FUNQOTERBİN krem Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq terbinafin hidroxlorid vardır.
Köməkçi maddələr: butilhidroksitoluol, sidik cövhəri, makroqol setostearat, setostearil spirti (setil spirti 60%-dən çox, stearil spirti 40%-dən az olmamaqla), poloksamer, imidosidik cövhəri, propilenqlikol, duru parafin, vazelin, təmizlənmiş su.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli, zəif xarakterik qoxulu kremdir.
Farmakoterapevtik qrupu
Göbələkəleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Geniş spektrli göbələk əleyhinə aktivliyə malik xaricə istifadə üçün göbələk əleyhinə preparatdır. Kiçik konsentrasiyada terbinafin dermatofitlərə (Trichophyton rubrum, T.mentagrophytes, T.verrucosum, T.violaceum, T.tonsurans, Microsporum canis, Epidermophyton floccosum), maya göbələklərinə (əsasən С.albicans) və müəyyən dimorf göbələklərə (Pityrosporum orbicularе və ya Mallassezia Furfur) fungisid təsir göstərir. Maya göbələklərinə qarşı aktivliyi onların növündən asılıdır, fungisid və ya fungistatik ola bilər.
Terbinafin spesifik yolla sterolların göbələklərdə baş verən biosintezinin erkən mərhələsini dəyişir. Bu erqosterolun defisitinə və skvalenin hüceyrədaxili toplanmasına səbəb olur ki, bu da göbələk hüceyrəsinin məhvinə gətirib çıxarır. Terbinafinin təsiri göbələyin hüceyrə membranında yerləşən skvalenepoksidaza fermentinin inhibə olması yolu ilə həyata keçir.
Terbinafin insanda P450- sitoxrom sisteminə və müvafiq olaraq, hormonların və ya digər dərman vasitələrinin metabolizminə təsir etmir.
Funqoterbin®, eləcə də iltihab əleyhinə, qaşınma əleyhinə, keratolitik təsir göstərir. Kremin tərkibində sidik cövhərinin olması ilə əlaqədar terbinafin dəriyə daha dərin nüfuz edərək nəmləndirici təsir göstərir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Xarici istifadə zamanı absorbsiya 5%-dən azdır, əhəmiyyətsiz dərəcədə sistem təsir göstərir.
İstifadəsinə göstərişlər
Göbələk infeksiyalarının, o cümlədən, pəncənin mikozunun (pəncə “göbələyi”), qasıq epidermofitiyası (tinea cruris), Trichophyton (o cümlədən, Т. rubrum, Т. mentagrophytes, Т. verrucosum, T. violaceum), Microsporum canis və Epidermophyton floccosum kimi dermatofitlərlə törənən bədənin hamar dərisinin göbələk zədələnməsinin (tinea corporis) müalicəsi. Dərinin maya göbələklərilə infeksiyası, əsasən, Candida nəslindən olan göbələklərin səbəb olduğu (məsələn, Candida albicans), əsasən, bişməcə.
Pityrosporum orbiculare (eləcə də Malassezia furfur adı ilə məlum olan) ilə törənən əlvan dəmrov (Pityriasis versicolor).
FUNQOTERBİN krem Əks göstərişlər
Terbinafinə və/və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmaması ilə əlaqədar 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Aşağıda sadalanan xəstəliklərdən/vəziyyətdən/risk faktorlarından birinin olması zamanı preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır:
- qaraciyər və/və ya böyrək çatışmazlığı;
- alkoqolizm;
- sümük iliyində qanyaranmanın zəifləməsi;
- şişlər;
- maddələr mübadiləsinin xəstəlikləri;
- ətraf damarlarının okklüzion xəstəlikləri;
- hamiləlik.
Klinik təzahürlərin ifadəliliyi, adətən, müalicənin ilk günlərində azalır. Qeyri-müntəzəm müalicə və ya onun vaxtından əvvəl dayandırılması zamanı infeksiyanın residivi riski mövcuddur.
Funqoterbin® kremi, yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Onun gözlərə düşməsindən çəkinmək lazımdır, belə ki, o qıcıqlanmaya səbəb ola bilər. Preparatın gözlərə təsadüfən düşməsi zamanı gözləri dərhal axar su ilə yumaq lazımdır, davamlı qıcıqlanma təzahürünün inkişafı zamanı isə həkimlə məsləhətləşmək lazımdır. Allergik reaksiyaların inkişafı zamanı preparatı ləğv etmək lazımdır. Südəmər körpələrin dərinin preparatla işlənmiş nahiyəsilə kontaktından çəkinmək lazımdır, süd vəziləri daxil olmaqla.
Preparatın tərkibində setil və stearin spirti vardır ki, bu da yerli allergik reaksiyalara (kontakt dermatit) səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Eksperimental tədqiqatlarda terbinafinin teratogen xüsusiyyətləri aşkar edilməmişdir. Hazırkı dövrə qədər terbinafinin istifadəsi zamanı hər hansı qüsurun inkişafı barədə məlumat verilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliyin gedişinə və dölün sağlamlığına arzuolunmayan təsiri aşkar edilməmişdir. Lakin hamilə qadınlarda Funqoterbin® kreminin istifadəsinin klinik təcrübəsi məhdud olduğu üçün onu həddindən artıq vacib hallar istisna olmaqla, istifadə etmək olmaz. Hamiləlik dövründə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Həkimlə məsləhətləşmək vacibdir.
Laktasiya dövrü
Terbinafin ana südü ilə xaric olur, bu səbəbə görə preparatı süd verən analarda istifadə etmək olmaz. Körpənin Funqoterbin® kremi ilə işlənmiş istənilən dəri səthilə kontaktına yol vermək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Terbinafin dəri üzərində istifadəsi zamanı nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.
FUNQOTERBİN krem İstifadə qaydası və dozası
Xaricə istifadə edilir.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Kremi istifadə etməzdən əvvəl zədələnmiş nahiyəni təmizləmək və qurutmaq vacibdir. Krem sutkada 1 və ya 2 dəfə dərinin zədələnmiş sahəsinə və ətraf nahiyəyə çəkilir və yüngül hopdurulur. Bişməcə (süd vəzilərinin altı, barmaqların arası, sağrı əzələsinin arası, qasıq nahiyəsi) ilə müşayiət olunan infeksiyalar zamanı kremin çəkildiyi sahəni tənziflə örtmək olar, xüsusilə gecə vaxtı.
Müalicənin orta davametmə müddəti
Bədənin, baldırın dermatomikozu: 1 həftə ərzində gündə 1 dəfə.
Pəncənin dermatomikozu: 1 həftə ərzində gündə 1 dəfə.
Dəri kandidozu: 1-2 həftə ərzində gündə 1-2 dəfə.
Əlvan dəmrov: 2 həftə ərzində 1 və ya 2 dəfə.
Klinik təzahürlərin ifadəliliyinin azalması, adətən, müalicənin ilk günlərində qeyd edilir. Qeyri-müntəzəm müalicə və ya onun vaxtından əvvəl dayandırılması zamanı infeksiyanın bərpası riski mövcuddur. Müalicədən 1-2 həftə sonra yaxşılaşma əlamətləri qeyd edilmədikdə, diaqnozun verifikasiyasını aparmaq lazımdır.
Yaşlı pasiyentlərdə Funqoterbin® kreminin dozalanma rejimi yuxarıda qeyd edilənlərdən fərqlənmir.
Preparatın uşaqlarda istifadəsi
Bu preparatı 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür.
Əlavə təsirləri
Əlavə təsirlər sistem-orqan sinfinə və yaranma tezliyinə müvafiq aşağıdakı kimi sadalanmışdır. Əlavə təsirlərin inkişafı tezliyi bu cür müəyyən edilir: çox tez-tez(≥ 1/10), tez-tez (≥ 1/100, < 1/10), bəzən (≥ 1/1000, < 1/100), nadir (≥ 1/10 000, < 1/1000), çox nadir (< 1/10 000), məlum deyil (mövcüd məlumatlar əsasında dəyərləndirilməsi mümkün deyil).
- İmmun sistemdə baş verən pozuntular
- Məlum deyil: hiperhəssaslıq reaksiyaları (səpgi).
- Görmə orqanında baş verən pozuntular
- Nadir: gözlərin qıcıqlanması.
- Dəridə və dərialtı toxumada baş verən pozuntular
- Tez-tez: dərinin qabıq verməsi, qaşınma.
- Bəzən: dəri zədələnməsi, qaysağın yaranması, dəri pozuntusu, piqmentasiya pozuntusu, eritema, dəridə yanma hissi.
- Nadir: quru dəri hissiyyatı, kontakt dermatit, ekzema.
- Məlum deyil: səpgi.
- Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular
- Bəzən: ağrı, yeridilmə nahiyəsində ağrı, yeridilmə nahiyəsində qıcıqlanma.
- Nadir: xəstəliyin simptomlarının kəskinləşməsi.
- Preparatın istifadə edildiyi nahiyədə qaşınma, dərinin qabıq verməsi, ağrı hissiyyatı, qıcıqlanma, dəri piqmentasiyasının dəyişməsi, yanma hissi, eritema, qaysaq müşahidə edilə bilər. Nadir hallarda baş verən və terapiyanın ləğv edilməsini tələb etməyən bu əhəmiyyətsiz simptomları səpgi kimi hiperhəssaslıq reaksiyalarından fərqləndirmək lazımdır. Nadir hallarda göbələk infeksiyasının gedişi kəskinləşə bilər.
- İçlik vərəqə qeyd edilən itənilən əlavə təsir ağırlaşdıqda və ya pasiyent istənilən digər əlavə effekt aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Saxlanma şəraiti
10-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






