GİNESTRİL tabletlər
Ginestril sintetik steroid antiprogestagen vasitədir (reseptorlar səviyyəsində progesteronun təsirini blokada edir), gestagen aktivliyə malik deyil.

GİNESTRİL tabletlər Eyniləşdirmə və təsnifat
Dərman forması
Tabletlər
- GİNESTRİL tabletlər Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- GİNESTRİL tabletlər Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- GİNESTRİL tabletlər Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- GİNESTRİL tabletlər İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
Tabletlər 50 mq.
10 tablet polivinilxlorid örtüklü və çap edilmiş laklı alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1, 2, 3, 4 və ya 6 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
GİNESTRİL tabletlər Tərkibi
Təsiredici maddə:1 tabletin tərkibində 50 mq mifepriston vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium karboksimetilnişasta, talk, kalsium stearat.
Təsviri
Açıq sarı rəngdən yaşılımtıl çalarlı açıq sarı rəngə qədər yastı silindrik formalı, iti kənarlı tabletlərdir.
Farmakoterapevtik qrupu
Antigestagenlər
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Ginestril sintetik steroid antiprogestagen vasitədir (reseptorlar səviyyəsində progesteronun təsirini blokada edir), gestagen aktivliyə malik deyil. Uşaqlığın leyomiomasının patogenezində açar rolu cinsiyyət hormonları oynayır, xüsusilə progesteron. Progesteron reseptorlarının blokatoru kimi mifepristonun istifadəsi şişin böyüməsinin tormozlanmasına səbəb ola bildiyi kimi, eləcə də miomatoz düyünlərin və uşaqlığın ölçüsünün azalmasına gətirib çıxara bilər.
Reseptorlarla əlaqəsi səviyyəsində rəqiblik hesabına mifepristonun qlükokortikosteroidlərlə (QKS) antaqonizmi qeyd edilmişdir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- Daxilə qəbulundan sonra 1,3 saatdan sonra maksimal konsentrasiyaya çatır. Biomənimsənilməsi 69% təşkil edir.
- Plazmada mifepriston 98% zülallarla birləşir: albuminlə və turş alfa1-qlikoproteinlə. CYP3A4 izofermentinin iştirakı ilə demetilləşmə və hidroksilləşmə yolu 3 aktiv metabolitin yaranması ilə metabolizmə uğrayır.
- Paylanma fazasından sonra xaric olması ləng baş verir, konsentrasiyası 12-72 saat arasında 2 dəfə azalır, sonra 18 saat yarımxaricolma dövrü ilə tez xaric olur. Terminal yarımxaricolma dövrü (o cümlədən bütün aktiv metabolitləri üçün) 90 saata çatır. Əsasən bağırsaq vasitəsilə xaric olur (təqribən 90%).
İstifadəsinə göstərişlər
Uşaqlığın leyomiomasının (12 həftəlik hamiləlik ölçüsündə) müalicəsi.
GİNESTRİL tabletlər Əks göstərişlər
- Hamiləlik, laktasiya dövrü;
- uşaqlıqdankənar hamiləliyə şübhə varsa;
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- böyrəküstü vəzi çatışmazlığı, qlükokortikosteroidlərlə uzunmüddətli terapiya;
- kəskin və xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı, müalicəyə tabe olmayan bronxial astma, porfiriya, hemostazın pozulması (o cümlədən, antikoaqulyantlarla əvvəlki müalicə), qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, ağır ekstragenital patologiya, miomatoz düyünlərin sumbukoz yerləşməsi;
- 12 həftəlik hamiləlik ölçüsünü aşan uşaqlığın leyomioması;
- yumurtalıqların şişi, endometriyanın hiperplaziyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, bronxial astma, ağır arterial hipertenziya, ürək ritminin pozulması, xroniki ürək çatışmazlığı.
Süni ürək klapanları və ya infeksion endokarditi olan qadın pasiyentlərdə Ginestril® preparatının istifadəsi zamanı antibiotiklərlə profilaktik müalicə aparmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ginestril preparatının istifadəsi hamiləlik və laktasiya dövründə əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat və digər mexanizmləri idarə etmək qabiliyyətinə təsiri barədə məlumat yoxdur. Lakin mifepristonun istifadəsi zamanı başgicəllənmə mümkündür. Bu əlavə təsirin yarandığı halda nəqliyyat vasitəsini və mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
GİNESTRİL tabletlər İstifadə qaydası və dozası
Ginestril preparatı sutkada 1 dəfə 1 tablet (50 mq) daxilə qəbul edilir.
Müalicə kursu 3 aydır.
Əlavə təsirləri
Ümumdünya səhiyyə təşkilatının əlavə təsirlərin tezliyi qradasiyasına müvafiq “məlum deyil”-əldə olan məlumatlara əsasən əlavə təsirlərin rastgəlmə tezliyini müəyyən etmək mümkün deyil: menstrual siklin pozulması, amenoreya, oliqomenoreya, qarın nahiyəsinin aşağı hissəsində diskomfort və ağrı, başağrı, ürəkbulanma, qusma, diareya, başgicəllənmə, hipertermiya, zəiflik, allergik reaksiyalar (qaşınma, övrə); endometriyanın sadə hiperplaziyası (preparatın ləğv edilməsindən sonra geridönən).
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Obninskaya kimya-əczaçılıq şirkəti” QSC, Rusiya.
249036, Kalujskaya vilayəti, Obninsk ş., Korolyov k., ev 4.
Tel.:/Faks: (48439) 6-47-41.
İstehsal ünvanı
Kalujskaya vilayəti, Obninsk ş., Kiyevskoye şossesi, bina 103, bina 107.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






