HEKSİKON suppozitoriyalar
Heksikon yerli istifadə üçün antiseptik preparat olub, birhüceyrəlilər, qrammüsbət və qrammənfi bakteriyalara, viruslara münasibətdə aktivdir.

HEKSİKON Eyniləşdirmə və təsnifat
Dərman forması
Vaginal suppozitoriyalar
- HEKSİKON Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- HEKSİKON Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- HEKSİKON Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- HEKSİKON İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
Vaginal suppozitoriyalar 16 mq.
1 və ya 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada.1 suppozitoriya və 2 barmaqlıq olan, 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, 5 suppozitoriya olan 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
HEKSİKON Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 20%-li 85,2 mq (16 mq xlorheksidin biqlükonat hesabı ilə) xlorheksidin biqlükonat məhlul vardır.
Köməkçi maddələr: makroqol qarışığı (makroqol 1500, makroqol 400).
Təsviri
Torpedoyabənzər ağ və ya ağımtıl sarı çaıarlı suppozitoriyadır. Səthin mərmərə oxşaması və qıfşəkilli dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Heksikon yerli istifadə üçün antiseptik preparat olub, birhüceyrəlilər, qrammüsbət və qrammənfi bakteriyalara, viruslara, o cümlədən: Treponema pallidum, Chlamidia spp., Ureaplasma spp., Neisseria gonorrhoeae, Trichomonas vaginalis, Gardnerella vaginalis, Bacteroides fragilis, Herpes-viruslarına münasibətdə aktivdir. Bəzi Pseudomonas spp., Proteus spp. ştamları preparata qarşı az həssasdır, eləcə də bakteriyaların, bakteriya sporlarının turşuyadavamlı formaları, göbələklər preparata qarşı davamlıdır. Heksikon laktobasillərin funksional aktivliyini pozmur. Qanın, irinin olduğu halda aktivliyini (bir qədər zəif olsa da) saxlayır.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
İntravaginal istifadə zamanı praktik olaraq sorulmur, sistem təsir göstərmir.
İstifadəsinə göstərişlər
- Cinsi yolla ötürülən infeksiyaların (xlamidoz, ureaplazmoz, trixomoniaz, süzənək, sifilis, genital herpes və s.) profilaktikası.
- Mama-ginekologiyada infeksion-iltihabi ağırlaşmaların profilaktikası (ginekoloji xəstəliklərin cərrahi müalicəsindən əvvəl, doğuş və abortdan əvvəl, uşaqlıqdaxili spiralın (UDS) qoyulmasından əvvəl və sonra, uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra, uşaqlıqdaxili tədqiqatlardan əvvəl).
- Bakterial vaginozun, kolpitlərin (o cümlədən qeyri-spesifik, qarışıq, trixomonad) müalicəsi.
HEKSİKON Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Suppozitoriyanın yeridilməsindən sonra xoşagəlməyən hissiyyat (qaşınma, yanma) yarandııqda, preparatın istifadəsini dayandırmaq lazımdır.
- Preparatın istifadəsi zamanı uşaqlıq yolundan ifrazatın miqdarının artması mümkündür. Bir qayda olaraq, az miqdarda şəffaf ifrazat zamanı preparatla müalicəni dayandırmamaq olar. Zərdaba bənzər ifrazatın təzahürü zamanı preparatın istifadəsini dayandırmaq və həkimlə məsləhətləşmək tövsiyə edilir.
- Preparatla kontaktdan sonra xlorheksidinin gözlərə mümkün düşməsinin qarşısını almaq məqsədilə əlləri yumaq lazımdır.
- Xarici cinsiyyət orqanlarının geyimi (tualeti) suppozitoriyanın effektivliyinə və pasiyent tərəfindən keçirilməsinə təsir etmir, belə ki, preparat intravaginal istifadə edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
HEKSİKON İstifadə qaydası və dozası
- İntravaginal istifadə edilir.
- Suppozitoriyanı istifadədən əvvəl konturlu-yuvalı qablaşdırmadan azad edilir.
- Müalicə üçün: 7-10 gün ərzində sutkada 2 dəfə 1 suppozitoriya.
- Cinsi yolla ötürülən infeksiyaların profilaktikası üçün: qorunmayan cinsi aktdan sonra 2 saatdan gec olmayaraq 1 suppozitoriya.
Əlavə təsirləri
Allergik reaksiyalar (səpgi, qaşınma), yanma mümkündür. Xlorheksidin çox nadir hallarda (<0,0001%) ağır reaksiyalar və anafilaksiya daxil olmaqla, yüksək həssaslıq reaksiyalarına səbəb ola bilər.
Ayrı-ayrı hallarda uşaqlıq yolundan zərdaba bənzər ifrazatın gəlməsi mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax.
Qeyd edilən əlavə təsirlərdən istənilən biri ağırlaşdırda və ya pasiyent təlimatda qeyd edilməyən istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat verməlidir.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






