Genkort 10 mg nə üçündür?

Genkort gözün allergik xəstəliklərində, dəmrov zamanı, ürək revmatizmi zamanı, digər hormonal xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oct 10, 2024 - 13:25
Oct 10, 2024 - 13:24
 0
Genkort 10 mg nə üçündür?
Genkort

Genkort haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Genkort qiyməti

Genkort qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Genkort qiyməti 19 azn - 22 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Genkort qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Genkort tərkibi

Hidrokortizon

GENKORT 10 mq daxilə qəbul üçün tabletlər

Təsiredici maddə:hər bir örtüksüz tabletin tərkibində 10 mq hidrokortizon vardır
Köməkçi maddələr: laktoza (inək südündən əldə edilir), mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı, povidon (K-25), polisorbat 80, maqnezium stearat, eritrozin E127.

İstifadəsinə göstərişləri

Hidrokortizon orqanizmdə bir çox funksiyanı tənzimləmək və aşağıdakı xəstəlikləri müalicə
etmək üçün istifadə olunur:

  • böyrəküstü vəzilərin qeyri-qənaətbəxş fəaliyyət göstərməsi nəticəsində orqanizmdə hidro kortizon hormonunun çatışmazlığı (adrenokortikal çatışmazlıq) hallarında birinci xətt müalicəsi kimi və ya mineralokortikoid qrupu dərmanları ilə kombinəolunmuş müalicə kimi;
  • böyrəküstü vəzilərin anadangəlmə həddindən artıq inkişaf edərək böyüməsi (böyrəküstü vəzilərin anadangəlmə hiperplaziyası),
  • orqanizmdə qalxanabənzər vəzinin qeyri-irinli iltihabı,
  • xərçənglə bərabər meydana çıxan hiperkalsemiya,
  • qısamüddətli istifadə zamanı kəskinləşən və proqressivləşən aşağıdakı revmatik xəstəliklə- rin müalicəsi üçün: oynaqların psoriaz xəstəliyi ilə bərabər meydana çıxan iltihabı, oynaqlarda ağrı və deformasiya şəklində meydana çıxan davamlı bir xəstəlik (revmatoid artrit), bel oynaqlarında rigidliklə müşayiət olunan ağrılı, proqressivləşən revmatizm xəstəliyi (ankilozlaşdırıcı spondilit), oynaqətrafı kisələrin kəskin iltihabı, əzələnin iltihabı, podaqra xəstəliyi ilə bağlı oynaqlarda iltihabın inkişaf etməsi, kirəclənmə, kirəclənmə ilə birlikdə oynaq mayesinin iltihabları (sinovit), oynaq üzərindəki strukturların iltihabı (epikondilit),
  • dəridə soyulma (qabıqlanma) ilə meydana çıxan bir xəstəlik (sistem qırmızı qurdeşənəyi),
  • dərinin və əzələnin ödem və əzələ zəifliyi ilə özünü göstərən iltihabı (sistem dermato- miozit),
  • Revmatizm (kəskin revmatoid kardit) nəticəsində ürəkdə inkişaf edən iltihablar,
  • Dəridə inkişaf edən aşağıdakı iltihabi xəstəliklərin müalicəsində: dərinin iltihabi xəstəliyi (pemfiqus), dərinin qlütenə həssaslıqla birlikdə müşahidə edilən, maye dolu qabarlarla meydana çıxan iltihabi xəstəliyi (herpetiformalı bullyoz dermatit), dəridə və göz ətrafında qançır, ödem və qızartı ilə müşayiət olunan iltihabi xəstəlik (Stivens-Conson sindromu), dəridə qabıqlanma ilə meydana çıxan iltihabi vəziyyətlər (eksfoliativ dermatit), üzdə, əllərdə və bədəndə dərinin limfoması (mikoz fungoides), ağır psoriaz, bədənin tüklü nahiyəələrində ağır iltihablar (seboreyalı dermatit),
  • müvafiq standart müalicəyə cavab verməyən ağır allergik xəstəliklərin, ot qızdırmasının (pollinoz) və ya il boyu allergik soyuqdəymənin, allergik zərdab xəstəliyinin, ağciyərlərdə bronxial astmanın, təmasla meydana çıxan dəri xəstəliyinin, atopik dermatitin, dərmana qarşı inkişaf edən yüksək həssaslıq hallarının müalicəsi;
  • gözdə və ya gözün hissələrində inkişaf edən ağır allergik və iltihabi vəziyyətlərin müalicəsində: gözün allergik iltihabı (allergik konyunktivit), gözün buynuz qişasının iltihabı, gözün şəffaf cismində inkişaf edən allergik yaralar (buynuz qişanın allergik xoraları), gözün virusla bağlı iltihabı (herpes zoster oftalmicus), gözün rəngli hissəsinin iltihabı, gözün torlu qişasının və gözün digər hissələrinin birlikdə iltihabı, gözün ön hissəsində iltihablar, gözün damar təbəqəsinin iltihabı, gözün sinirlərində iltihablar, gözün sinirli iltihabı,
  • ağciyərin və ya tənəffüs yollarının müxtəlif ağır və proqressivləşmiş xəstəliklərinin müalicəsində: ağciyərdə düyünlərlə və zədələrlə inkişaf edən ağciyər xəstəliyi (simptomatik sarkoidoz), ağciyər xəstəliyi (Löffler sindromu), ağ ciyərlərin sürətlə iltihablaşmış və kəskinləşmiş və ya geniş yayılmış vərəmi, ağciyərin mədə möhtəviyyatının tənəffüs yollarına çıxması nəticəsində yaranan iltihabı. (aspirasion pnevmoniya),
  • qızdırma, iynə ucu şəklində qırmızı qançırlar, şüurun qarışması, baş ağrısı və trombositlərin sayının azalması (idiopatik trombositopenik purpura) ilə meydana çıxan xəstəlik, ikincil inkişaf edən trombosit-qan laxtası sayında azalma, autoimmün (bədəndə öz hüceyrələrinə qarşı anticisimlərin meydana gəlməsi) xəstəlik, anemiya, eritroblast adlı qan hüceyrələrinin azalması, anadangəlmə anemiya (anadangəlmə hipoplastik anemiya),
  • yetkinlərdə qan hüceyrələrinin və limfa düyünlərinin xərçəngi,
  • uşaqlıqdakı qan hüceyrələrinin kəskin xərçəngi,
  • sistemqırmızı qurdeşənəyinəticəsindəyaranan böyrək xəstəliyi ilə bağlısidikdə zülal aşkar edilməsi və ya sidik ifrazının stimullaşdırılması,
  • yoğun bağırsaqda iltihabi yaralar, regional bağırsaq iltihabı (xoralı kolit və regional enterit);
  • baş beyində və onurğa beynində sinir keçiriciliyinin azalması və ya pisləşməsi nəticəsində tutmalar şəklində proqressivləşən və ağır sinir xəstəliyi (yayılmış skleroz) tutmalarının müalicəsi;
  • Vərəmə görə beynin selikli qişasının iltihabı, parzitlərin törətdiyi ağır və ölümcül xəstəliklərin (trixinellyoz) müalicəsində istifadə olunur.

Əks göstərişləri

  • Hidrokortizona və ya GENKORT-un tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa,
  • Orqanizminizdə sistem (daxili orqanlar daxil olmaqla) göbələk xəstəliyiniz varsa,
  • Sizə canlı və ya zəiflədilmiş canlı vaksin istifadə edilmişdirsə, GENKORT istifadə etməyin.

İstifadə qaydası və dozası

Böyüklər:
Müalicə ediləcək xəstəlikdən asılı olaraq hidrokortizonun başlanğıc dozası gündə 20 mq-dan  240 mq-a qədər olmalıdır. Doza xəstənin müalicəyə verdiyi cavaba görə təyin olunmalıdır.

Tabletləri yeməklə və ya yeməklər arası daxilə qəbul edilə bilər. Yaxşı olar ki, günün eyni vaxtında qəbul edilsin.

Saxlanma şəraiti:

25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Farmakoloji təsiri

Genkort nə üçündür?

Qlükokortikosteroid

Aptekdən buraxılma şərti

Reseptli

İstehsalşı ölkə

Türkiyə

Genkort nə üçündür?

  1. Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
  2. Allergik reaksiya zamanı istifadə olunan dərmanlar
  3. Artrit zamanı istifadə olunan dərmanlar
  4. Digər hormonal xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  5. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  6. Dəmrov zamanı istifadə olunan dərmanlar
  7. Ürək revmatizmi zamanı istifadə olunan dərmanlar
  8. Gözün allergik xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow