Serimaq (Cerimag) sirop nə üçündür? istifadə qaydası necədir?
Serimaq (Cerimag) sirop - Kəllə-beyin və digər travmalar zamanı, nevralgiyalarda, epilepsiyada, beyin qan dövranı pozğunluğunda, sinir oyanıqlığında, yuxu pozğunluğu zamanı istifadə olunan preparatdır.

Serimaq sirop haqqında məlumat
Serimaq sirop qiyməti
Serimaq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Serimaq sirop qiyməti 24 azn - 27 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Cerimag qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ
QAYT - 250 mq
Qlutamin-150 mq
İnozitol - 40 mq
L-karnitin - 27 mq
Maqnezium - 56 mq
XÜSUSİYYƏTLƏR
Baş beyində metabolizm proseslərini bərpa edir, beyin tərəfindən qlukozanın mənimsənilməsini və mübadilə prosesləri zamanı əmələ gələn toksiki maddələrin xaric olmasını təmin edir. Sinir sisteminin oyanıqlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir göstərir; yaddaşı yaxşılaşdırır, beyin qan dövranının pozulması nəticəsində əmələ gələn hərəki və nitq qüsurlarının aradan qaldırılmasına müsbət təsir göstərir. Antihipoksik və qıcolmaəleyhinə təsirə malikdir. Uşaqlarda (həmçinin, əqli inkişafdan geri qalanlarda) yaddaş və təhsilə mənfi təsir göstərən faktorları (baş beynin degenerativ zədələnmələri, hipoksiya, travmalar və s.) aradan qaldırır.
GÖSTƏRİŞLƏR
· Psixi aktivliyin azalması ilə müşahidə olunan əqli inkişafdan geri qalma
· Sinir gərginliyi, nevrozlar, sayrışan hallar, yuxusuzluq
· Nitq pozğunluqları
· Epilepsiya
· Diqqət defisiti və/və yaxud hiperaktivlik
· Uşaq serebral iflici
İSTİFADƏ QAYDASI
5 yaşdan yuxarı uşaqlara - 10 ml gündə 2 dəfə (sutkalıq doza 20 ml).
Preparat təmiz halda və ya az miqdarda suda həll olunmuş halda içilir.
ƏLAVƏ TƏSİRLƏR
Ağızda quruluq hissi, ağızın selikli qişasının qıcıqlanması, allergik reaksiyalar, ürəkbulanma, qusma.
ƏKS GÖSTƏRİŞLƏR
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
BURAXILIŞ FORMASI
Sirop 150 ml.
DƏRMAN VASİTƏSİ DEYİL.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya
Serimaq sirop nə üçündür?
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Epilepsiyada istifadə olunan dərmanlar
- Nevralgiyalarda istifadə olunan dərmanlar
- Kəllə-beyin və digər travmalar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






