Aseffekt (Aceffect) sirop istifadə qaydası necədir?

Aseffekt (Aceffect) sirop - Öskürək zamanı, bronxit, pnevmoniya zamanı, allergik boğulmalar və bronxial astmada, aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 28, 2024 - 19:03
 0
Aseffekt (Aceffect) sirop istifadə qaydası necədir?
Aseffekt (Aceffect) sirop

Aseffekt sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Aseffekt sirop qiyməti

Aseffekt qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aseffekt sirop qiyməti 21 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aceffect sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Hər 10  ml siropun tərkibində:

N-Asetilsistein – 200 mq
Vitamin C 50% - 40 mq

Kəklikotu (Thymus vulgaris L.) – 67 mq
Dərman bəlğəmotu (Altea officinalis L.) – 67 mq
Şehçiçəyi (Drosera) – 67 mq
Daşsarmaşığı (Hedera helix) – 67 mq

Xüsusiyyətləri

N-Asetilsistein amin turşusu olub, güclü mukolitik, detoksikant, bəlğəmgətirici təsirlərə malikdir. Mukopolisaxaridlərin bisulfid  rabitələrini dağıtmaqla, özüllü bəlğəmlə müşahidə olunan infeksion xəstəliklər zamanı bəlğəmi sürətli durulaşdırma xüsusiyyətinə malikdir. 

Vit C - oksidləşmə-bərpa proseslərini, birləşdirici toxuma metobolizmini, karbohidrat mübadiləsini, steroid hormonların sintezini, qanın laxtalanmasını və toxuma regenerasiyasını, kapilyar keçiriciliyini requlə edir. Vitamin C  orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, iltihabi reaksiyanı azaldır.

Kəklikotu (Thymus vulgaris L.) ekstraktının əsas komponenti olan timol antiseptik, dezinfeksiya edici və bakterisid təsirlərə malikdir, eləcə də patogen kokklara və göbələklərə qarşı bakterisid təsir göstərir. Bəlğəmgətirici, quru öskürəyi sakitləşdirici, bakterisid, mikrobəleyhinə xüsusiyyətlərə malikdir.

Şehçiçəyi (Drosera ramentacae Burch ex DC) spazmalitik, bəlğəmgətirici təsir göstərir, yuxarı tənəffüs yollarının iltihabı, bronxial astma zamanı istifadə olunur. Uşaqlarda reflektor öskürək və göy öskurək zamanı kliniki effektivliyinin yüksək olması sübut olunub.

Hedera (Hedera helix L.) - yarpaqlarında olan bioloji aktiv maddələr bəlğəmgətirici, spazmolitik, iltihabəleyhinə, mikrobəleyhinə, göbələkəleyhinə təsir göstərirlər.

Dərman bəlğəmotu (Altea officinalis L.) tərkibindəki aktiv maddələrin hesabına kiprikli epitelin aktivliyini və tənəffüs bronxiolların peristaltikasını və  bronxial vəzlərin sekresiyasını artırır, bəlğəmgətirici, iltihabəleyhinə təsir göstərir və toxuma regenerasiyasını gücləndirir.

Göstərişlər

Tənəffüs orqanlarının kəskin və xroniki xəstəlikləri:

·         Bronxit, traxeobronxit, bronxial astma

·         Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri

·         Bronxektaziya xəstəliyi

·         Pnevmoniya

·         Mukovissidoz

İstifadə qaydası və dozalanma

Təmiz və ya az miqdarda suda həll olunmuş halda içilir.

18 yaşdan yuxarı – 5 ml gündə 1 dəfə.

Göstərilən dozalara müvafiq  gündə  2-3 dəfə  yeməkdən 20 dəqiqə sonra təyin edilir.

Müalicə müddəti 1- 4 həftədir. Təmiz halda və ya su ilə qarışdırılaraq qəbul oluna bilər.

Ehtiyyat tədbirləri                                                                                                                                            

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.              

Əlavə təsirlər

Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.

Əks göstərişlər

Hiperhəssaslıq, mədə və 12- barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmiş dövrü.

Doza həddinin aşılması

Halsızlıq, ürəkbulanma, qusma.

Buraxılış forması

Flakon150 ml, içlik vərəqi ilə birgə.

Dərman vasitəsi deyil.

Məhsulun və əmtəə nişaninin sahibi

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya

Aseffekt sirop nə üçündür?

  1. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
  3. Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
  4. Öskürək əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow