Relif maz nə üçündür? istifadə qaydası necədir?

Relif maz - Babasil (hemorroy) zamanı istifadə olunan preparatdır.

Sep 2, 2024 - 10:19
Sep 2, 2024 - 10:25
 0
Relif maz nə üçündür? istifadə qaydası necədir?
Relif maz

Relif maz haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Relif maz qiyməti

Relif məlhəm qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Relif maz qiyməti 11 azn - 13 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Relif qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynalxalq patentləşdirilməmiş adı

Benzocaine.

 

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq benzokain vardır.

Köməkçi maddələr: açıq rəngli mineral yağ, ağ vazelin, propilenqlikol, metilparahidroksibenzoat (Е218), propilparahidroksibenzoat (Е216), sorbitan stearat.

 

Təsviri

Kənar qarışıqsız ağ və ya sarımtıl məlhəmdir.

 

Farmakoterapevtik qrupu

Babasilin və anal çatların müalicəsində yerli istifadə üçün vasitə. Yerli anestetiklər.

ATC kodu: C05AD03.

 

Farmakoloji xüsusiyyətləri

Benzokain – yerli anestetikdir, yerli ağrıkəsici təsir göstərir. Rezorbtiv təsirə malik deyil, vərdişolma törətmir.

 

İstifadəsinə göstərişlər

Babasil zamanı, anal çatlarda, proktoloji əməliyyatlardan sonrakı dövrdə; diaqnostik manipulyasiyalar zamanı yerli ağrıkəsici vasitə kimi.

 

Əks göstərişlər

Preparatın inqredientlərinə, həmçinin diqər amid tipli anestetik vasitələrə qarşı yüksək həssaslıq, tromboemboliya (həmçinin keçirilmiş), qranulositopeniya.

 

Xüsusi ğöstərişlər və ehtiyat tədbirləri

Arterial hipertenziyalı, ürək ritminin pozulmaları, hipertireoz, sidik ifrazatı pozulmaları (məs, prostat vəzinin hiperplaziyası) olan pasiyentlərdə dərman vasitəsini yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək lazımdır.

Anal keçiddən cox miqdarda qanlı ifrazat olarsa və ya terapevtik effekt yoxdursa, həmçinin vəziyyət pisləşərsə və ya 7 gündən sonra yaxşılaşma olmazsa, həkimə muraciət etmək lazımdır.

Benzokain tərkibli dərman vasitələrinin istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı haqqında məlumat var (dəri, dodaq və dırnaqların sianozu, baş ağrıları, başgicəllənmə, tənəffüsün pozulması, ümumi zəiflik, taxikardiya), hansılar ki, ölümə səbəb ola bilər və təxirə salınmaz tibbi yardım tələb edir. Methemoqlobinemiyanın inkişafı zamanı agırlaşmaların yaranma riski azyaşlı uşaqlarda, ahıl yaşlı insanlarda, irsi pozulmaları olan pasiyentlərdə (glukoza-6-fosfodiesteraza, piruvat-kinaza, NADH-methemoqlobin reduktaza (diaforaza 1) fermentlərinin çatışmazlığı), M-hemoqlobinopatiyalar), ürək xəstəlikləri, tənəffüs yollarının xəstəlikləri (bronxial astma, bronxit, ağ ciyər emfizeması) və ya siqaret çəkmə zamanı artır.

Əgər həkim digər doza təyin etməyibsə, sistem əlavə təsirlərin yaranmasını minimallaşdırmaq üçün tövsiyə olunmuş sutkalıq dozanı aşılmamalıdır.

Tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat oldugundan ləng tipli daxil olmaqla, allergik reaksiyalar ola bilər, propilenqlikol dərini qıcıqlandıra bilər.

Köməkçi vasıtə parafin lateks qoruyucuların möhkəmliyini və effektivliyini azalda bilər (hamiləliyin qarşısını almaq və/və ya cinsi yolla ötürülən infeksiyaların, və ya QİÇS – infeksiyasının qarşısını almaq qabiliyyətini).

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı MAO inhibitorları ilə, antidepressantlarla və hipotenziv preparatlarla birgə istifadə etmək tövsiyə olunmur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

 

İstifadə qaydası və dozası

Preparat gigiyenik prosedurlardan sonra istifadə etdilməlidir. Applikatorun qoruyucu başlığı çıxardılır. Applikator tuba goşulur və applikatoru yağlamaq üçün bir qədər məlhəm çıxardılır. Məlhəm gündə 4 dəfəyə qədər (səhər, gecə və hər bağırsaq boşalmasından sonra) zədələnmiş nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür. Hər istifadədən sonra applikatoru yumaq və qoruyucu başlığa yerləşdirmək lazımdır. 12 yaşa qədər uşaqlarda istifadəsi həkimin göstərişi ilə olmalıdır.

 

Əlavə təsirləri

Aşağıdaki əlavə təsirlər baş verə bilər: kontakt dermatit, dərinin allergik reaksiyaları (hiperemiya, dəri səpkiləri, qaşınma), dərman vasitəsinin istifadə yerində yerli reaksiyalar.

Dərman vasitəsinin istifadəsi zamanı methemoqlobinemiya inkişaf edə bilər (dəri, dodaq və dırnaqların sianozu, baş ağrıları, başgicəllənmə, tənəffüsün pozulması, ümumi zəiflik, taxikardiya).

 

Əlavə təsirlər barədə məlumatların verilməsi

Əgər əlavə təsirlır meydana çıxarsa, həkiminizlə məsləhətləşin. Bu tövsiyə, içlik vərəqədə göstərilməyənlər də daxil olmaqla, hər hansı bir əlavə təsirə aiddir. Əlavə təsirlər barədə məlumatları, siz dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla, əlavə təsirlər haqqında məlumat bazasına bildirə bilərsiniz. Əlavə təsirlər haqqında məlumat verməklə, siz preparatım təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Doza həddinin aşılma simptomları benzokainin farmakoloji effektləri ikə baglıdır. Dozadan artıq istifadə olunan zaman onun sistem absorbsiyası özünü yuxululuq, narahatlıq, oyanma, qeyri-müntəzəm ürək ritmi, agır hallarda – qıcolma, koma kimi göstərir. Nadir hallarda benzokainin yüksək dozaları methemoqlobinemiya yarada bilər, hansıkı özünü tənəffüs pozulmaları və sianoz (bax: “Xüsusi ğöstərişlər və ehtiyat tədbirləri”) şəklində göstərir.

Doza həddinin aşılması və methemoqlobinemiya zamanı təzirəsalınmaz yardım venadaxili metilen göyünün yeridilməsidir. Doza həddi aşılmasının digər simptomları preparatın istifadəsinin ləğvini və simptomatik müalicə tələb edir.

 

Buraxılış forması

28,4 q məlhəm tubda. 1 tub applikatorla və içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25 ºC-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

Ərizəci/İstehsalçı, ünvanı

Bayer Konsumer Keya AG,

Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.

Famar S.A.,

63, Ag. Dimitrou str., 17456 Alimos, Athens, Yunanıstan.

Relif maz nə üçündür?

Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow