Keratodrop nə üçündür? istifadə qaydası necədir?
Keratodrop - Gözün allergik xəstəliklərində, gözün iltihabi xəstəliklərində istifadə olunan preparatdır.

Keratodrop haqqında məlumat
Keratodrop qiyməti
Keratodrop damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Keratodrop qiyməti 16 azn - 18 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Keratodrop damla qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Hidroksipropilsellüloza 0.3%, setrimid 0.01%, dekspantenol 5%, dinatrium edetat, birəsaslı kalium fosfat, ikiesaslı natrium fosfat, təmizlənmiş su.
Tibbi vasitə haqqında məlumat: Keratodrop nəmləndirici, regenerasiyaedici və qıcıqlanmanı aradan qaldıran göz damcısıdır. Buynuz qişanı qoruyur və buynuz qişanın regenerasiya proseslərini stimulə edir. Nəmləndirici təsir göstərərək quruluğu və qıcıqlanmanı aradan qaldırır. Tibbi vasitənin pH-i göz toxuması və göz mayesinin pH-ina tamamilə uyğun gəldiyindən xəstələr tərəfindən yaxşı keçirilir.
İstifadəsinə göstərişlər:
Keratodrop aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicəsi və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:
Buynuz qişanın eroziyası;
Buynuz qişanın degenerativ xəstəlikləri;
Gözdə qıcıqlanma və yanğı hissi;
Kontakt linzaların istifadəsi nəticəsində buynuz qişanın zədələnmələri (eroziya, distrofiya, keratit)
İstifadə qaydası və dozalanması:
Keratodrop gündə 1 dəfə 1-2 damcı olmaqla gözün aşağı konyuktival kisəciyinə flakonu yüngülcə sıxaraq damızdırmaq lazımdır. Həkim məsləhətinə əsasən dozanı 2-3 dəfəyə qədər artırmaq olar.
Dərman vasitəsi deyildir, tibbi vasitədir. Steril.
Xəbərdarlıq: İstifadə zamanı yumşaq kontakt linzaların istifadəsi məsləhət görülmür. İstifadə etməzdən qabaq yumşaq kontakt linzaları çıxartmaq və 15 dəqiqə sonra yenidən taxmaq lazımdır. Tibbi vasitənin ucluğunu gözə toxundurmaq olmaz. Açıldıqdan 30 gün sonra tibbi vasitəni istifadə etməyin.
Buraxılış forması:
Keratodrop göz damcısı. İçərisində 10 ml məhlul olan flakon təlimat vərəqə ilə birgə karton qutuda qablaşdırlır.
Saxlanma şəraiti:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti:
3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.
İstehsalçı:
Bruschettini s.r.l.-Via Isonzo 6, 16147, Genova, Italiya
"Rinara farma" MMC üçün / Azerbaycan.
Keratodrop nə üçündür?
- Gözün allergik xəstəliklərində istifadə olunan dərmanlar
- Gözün iltihabi xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






