Qliserin şam (uşaq üçün) nə üçündür? istifadə qaydası necədir?
Qliserin şam (uşaq üçün) nə üçündür? istifadə qaydası necədir? Qliserin şam İşlədici vasitədir, bərkimiş nəcis kütlələrini yumşaldır və sürüşkən edir, onların yoğun bağırsaq-dan keçməsini asanlaşdırır,

Qliserin şam haqqında məlumat
- Qliserin şam qiyməti
- Qliserin şam eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- Qliserin şam tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri.
- İstifadəsinə göstərişlər
- QLİSERİN Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Qliserin şam istifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Qliserin şam nə üçündür?
Qliserin şam qiyməti
Qliserin şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qliserin şam qiyməti 3 azn - 5 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Qliserin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Qliserin şamı uşaq üçün istifadə edilən bir müalicə vasitəsidir və əsasən qəbizliyin aradan qaldırılması üçün nəzərdə tutulur. Bu şamlar anal yolla (rektal) istifadə olunur və qliserinin yumşaldıcı və nəmləndirici xüsusiyyətləri sayəsində nəcisin asanlıqla keçməsinə kömək edir. Qliserin şamları ümumiyyətlə birbaşa təsir göstərir və istifadədən qısa müddət sonra (15-30 dəqiqə ərzində) təsirini göstərir.
İstifadə qaydası:
-
Hazırlıq: Əllərinizi yaxşıca yuyun və uşağın şamın qoyulacağı yeri rahat olması üçün bir yerə yerləşdirin.
-
Şamın qoyulması: Şamı qabından çıxarın və uşaq arxası üstə uzandıqdan sonra, ayaqlarını dizlərindən bükərək qarına doğru yavaşca çəkin. Şamı yumşaq şəkildə anusa daxil edin.
-
Saxlanması: Şamın təsir etməsi üçün uşağı ən azı 15 dəqiqə boyunca tualetə getmədən saxlamağa çalışın. Bu müddət ərzində şam əriməyə başlayır və təsirini göstərir.
-
Təmizlik: Uşağın tualetə getdikdən sonra anal bölgəsini təmiz su ilə yumaq tövsiyə olunur.
Qeyd: Qliserin şamları uşaqda qəbizliyi aradan qaldırmaq üçün müvəqqəti bir vasitədir və davamlı qəbizlik hallarında həkimə müraciət etmək vacibdir. Şamların istifadəsi tez-tez olmamalıdır, çünki uşağın öz təbii bağırsaq funksiyası zəifləyə bilər.
Qliserin şam eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
Buraxılış forması
Qliserin şam 1,24 q və ya 2,11 q-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Qliserin şam tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 1,24 q və ya 2,11 q qliserol (qliserin) vardır.
Köməkçi maddələr: makroqol 400, stearin turşusu 95, natrium karbonat dekahidrat.
Təsviri
Şəffaf və ya yarımşəffaf, demək olar ki, rəngsiz və ya sarımtıl -qəhvəyi çalarlı, səthinin rəngi çıxan, hiqroskopik, torpedaşəkilli suppozitoriyadır. Əhəmiyyətsiz miqdarda hava qabar-cıqları ilə qıfabənzər dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
İşlədici vasitə
Farmakoloji xüsusiyyətləri.
Farmakodinamikası
Qliserin şam işlədici vasitədir, bərkimiş nəcis kütlələrini yumşaldır və sürüşkən edir, onların yoğun bağırsaqdan keçməsini asanlaşdırır, bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərməklə, bağırsa-ğın hərəki fəaliyyətini reflektor olaraq stimullaşdırır.
Farmakokinetikası
Rektal istifadə zamanı praktiki olaraq sorulmur.
İstifadəsinə göstərişlər
- Müxtəlif etiologiyalı qəbizliyin simptomatik müalicəsi (o cümlədən, hamiləlik və laktasiya dövründə).
- Defekasiya zamanı güc verə bilməyən pasiyentlərdə qəbizliyin profilaktikası.
QLİSERİN Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, kəskinləşmə mərhələsində babasil, düz bağırsağın iltihabi xəstəlikləri və şişi, qarın nahiyəsində müəyyən edilməmiş ağrı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı.
Sistematik qəbul məsləhət görülmür. Bağırsağın normal peristaltikası bərpa olunduqdan sonra müalicə dayandırılır. Şamlara mineral maye və ya bərk yağlar sürtmək olmaz. Suppozitoriyanın qalığı bağırsaqdan nəcislə xaric olur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
Qliserin şam istifadə qaydası və dozası
- Yeməkdən 15-20 dəqiqə sonra rektal yolla istifadə edilir.
- 2,11 q-lıq suppozitoriyalar: böyüklər və 7 yaşdan yuxarı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.
- 1,24 q-lıq suppozitoriyalar: istifadəsinə həyatın ilk günlərindən icazə verilir. 3 yaşa qədər uşaqlara 1/2 şam, 3-7 yaşlı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir.
- Ehtiyac olduqda, dozanı sutkada 2 suppozitoriyaya qədər artırmaq olar.
Əlavə təsirləri
Allergik reaksiyalar, yerli reaksiyalar (dəri qaşınması və yanması). Uzunmüddətli istifadə zamanı fizioloji defekasiya prosesinin zəifləməsi.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Qliserin şam reseptsiz buraxılır.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Qliserin şam nə üçündür?
Qəbzlik zamanı istifadə olunan vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






