Psilo balzam gel
Psilo balzam qiyməti neçiyədir? nə üçündür? Balzamı haradan almaq olar? Psilo balzam gel istifadə qaydası, instruksiyası kimi suallarınıza cavab axtarırsınızsa yazını sona qədər oxuyun.

Psilo balzam gel preparatının allergiya əleyhinə təsiri onun tərkibində H1-histamin reseptorlarının blokatoru olan difenhidramin hidroxloridin olması ilə bağlıdır.
- PSİLO-BALZAM Gel Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- Psilo balzam gel Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Psilo balzam gel nə üçündür?
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- Psilo balzam gel əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Psilo balzam gel istifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Psilo balzam gel qiyməti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
- Psilo balzam gelin aid olduğu kateqoriyalar
PSİLO-BALZAM Gel Eyniləşdirmə və təsnifat
Dərman forması
1% xaricə istifadə üçün gel
Buraxılış forması
Xarici istifadə üçün gel 1%.
20 q və ya 50 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Psilo balzam gel Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq difenhidramin hidroxlorid vardır.
Köməkçi maddələr: setilpiridin xlorid, makroqol qliserilkaprilokaprat, karbomer, trometamol, təmizlənmiş su.
Təsviri
Rəngsiz, şəffaf bircinsli geldir.
Farmakoterapevtik qrupu
Allergiyaəleyhinə vasitə - H1-histamin reseptorlarının blokatoru.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Psilo balzam gel nə üçündür?
Psilo-Balzam preparatının allergiyaəleyhinə təsiri onun tərkibində H1-histamin reseptorlarının blokatoru olan difenhidramin hidroxloridin olması ilə bağlıdır və bunun nəticəsində qaşınmanı tezliklə azaldır, ağrını, hiperemiyanı azaldır, kapilyarların yüksəlmiş keçiriciliyini, toxumaların ödemini azaldır; yerli anesteziyaya səbəb olur ki, bunun sayəsində Psilo-Balzam xoş sərinləşdirici təsirə malikdir. Xüsusi gel əsası dərini qoruyur və gözə görünən iz saxlamır. psilo balzam gel
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Yerli istifadə zamanı absorbsiyası əhəmiyyətsizdir, dəri örtüklərinin tamlığının pozulması preparatın sorulmasını artırır.
İstifadəsinə göstərişlər
- Günəş yanıqları və I dərəcəli yanıqlar;
- həşərat sancmaları;
- övrə;
- müxtəlif mənşəli dəri qaşınmaları (xolestaz zamanı olan qaşınma istisna olmaqla):
- qaşınan dermatozlar, ekzema, suçiçəyi, dərinin allergik qıcıqlanmaları, bitkilərlə təmas səbəbindən yaranan kontakt dermatitlər.
Psilo balzam gel əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; tərkibində difenhidramin olan istənilən preparatlarla eyni zamanda istifadə; dərinin geniş səthlərində istifadə; 2 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Psilo-Balzamı yaxdıqdan dərhal sonra (1-2 saat ərzində) fotodermatozların inkişafı riskinə yol verməmək üçün günəşdə uzun müddət qalmaqdan çəkinmək lazımdır. Psilo-Balzam preparatı ilə müalicə zamanı alkoqol qəbulundan çəkinmək lazımdır.
Ehtiyatla
İstifadə nahiyəsində dəri örtüklərinin zədələnməsi, selikli qişalarda istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi, ana üçün gözlənilən potensial faydanın dölə və ya körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.
Psilo balzam gel istifadə qaydası və dozası
Xaricə istifadə edilir. Böyüklər və 2 yaşdan böyük uşaqlara Psilo-Balzam dərinin zədələnmiş nahiyəsinə (ovuc boyda zədələnmiş sahəyə gelin 3-5 sm uzunluğunda zolağı) gündə 3-4 dəfə yaxılır və yüngül masaj hərəkətləri ilə yayılır.
Əlavə təsirləri
- Nadir hallarda-dərinin hiperhəssaslıq reaksiyaları (ekzema, kontakt dermatit).
- Preparatın xaricə istifadəsi zamanı sistem xarakterli əlavə təsirlər qeyd edilməyib.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Psilo balzam gel qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Psilo balzam gel qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Psilo balzam gelin aid olduğu kateqoriyalar
- Uşaq dərisinə qulluq vasitələri
- Yanıq zamanı istifadə olunan dərmanlar
- Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






