RİNGER MƏHLULU
RİNGER MƏHLULU Eritrositlərin əvəz edilməsi vacib olmadıqda plazmaəvəzedici vasitə qismində, o cümlədən, şok, kollaps, yanıqlar, donma, uzun müddətli qusma, diareya zamanı istifadə olunur

RİNGER MƏHLULU Eyniləşdirmə və təsnifat
Dərman forması
Infuziya üçün məhlul
- RİNGER MƏHLULU Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- RİNGER MƏHLULU Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətlər
- İstifadəsinə göstərişlər
- RİNGER MƏHLULU Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- RİNGER MƏHLULU İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
Buraxılış forması
İnfuziya üçün məhlul.
500 ml məhlul, damcısalanın tutacağı olan, şkala ilə işarələnmiş, aşağı sıxlıqlı rezin və polietilen qapaqla bağlanmış, ilkin açılmaya nəzarət halqası olan aşağı sıxlıqlı polietilen flakonda. 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (stasionar üçün qablaşma).
RİNGER MƏHLULU Tərkibi
Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 8,60 q natrium xlorid, 0,33 q kalsium xlorid, 0,30 q kalium xlorid vardır.
Köməkçi maddələr: natrium hidroksid (pH 5,0-7,0), xlorid turşusu (pH 5,0-7,0), inyeksiya üçün su vardır ki, bu da, müvafiqdir: natrium (Na+) 147,00 mmol/l, kalium (K+) 4,00 mmol/l, kalsium (Ca2+) 2,25 mmol/l, xlorid (Cl-) 155,60 mmol/l.
Nəzəri osmolyarlıq: 309 mOsm/l.
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Elektrolit balansını bərpa edən vasitələr
Farmakoloji xüsusiyyətlər
Rehidratasiyaedici vasitədir, dezintoksikasiyaedici təsir göstərir, qanın su və elektrolit tərkibini stabilləşdirir. Dövr edən qanın həcminin bərpa edilməsi məqsədilə istifadəsi zamanı, qan dövranından ekstravazal boşluğa sürətli xaric olduğuna görə effekt, yalnız 30-40 dəqiqə ərzində saxlanır (bununla əlaqədar məhlul, dövr edən qanın həcminin, yalnız qısa müddətli bərpası üçün yararlıdır).
İstifadəsinə göstərişlər
Eritrositlərin əvəz edilməsi vacib olmadıqda plazmaəvəzedici vasitə qismində, o cümlədən, şok, kollaps, yanıqlar, donma, uzun müddətli qusma, diareya zamanı. Su və elektrolit balansın korreksiyası üçün kəskin yayılmış peritonit və bağırsaq keçməzliyi, bağırsaq fistulu zamanı; müxtəlif etiologiyalı dehidratasiya; maye itkisilə müşayiət edilən metabolik alkaloz.
RİNGER MƏHLULU Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hipernatriemiya, hiperxloremiya, asidoz, xroniki ürək çatışmazlığı, ağciyər ödemi, beyinin ödemi, xroniki böyrək çatışmazlığı, hipervolemiya, qlükokortikosteroidlərlə yanaşı terapiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Uzun müddət istifadəsi zamanı plazmada elektrolitlərin konsentrasiyasına və sutkalıq diurezə nəzarət etmək lazımdır.
- Xlorid ionlarının yüksək səviyyəsinə görə preparatın uzun müddət istifadəsi məsləhət görülmür. Preparatın artıq həcmdə sürətli yeridilməsi zamanı turşu-əsas vəziyyətinə və elektrolitlərin
- səviyyəsinə nəzarət etmək vacibdir. Qanın pH-nın dəyişməsi (turşulaşma) kalium ionlarının yenidən paylanmasına səbəb olur (pH-ən enməsi qan zərdabında kalium ionlarının miqdarının artmasına səbəb olur).
- Yalnız içərisində şəffaf məhlul olan zədələnməmiş flakonu istifadə etmək olar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə o zaman istifadə edilir ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Müvafiq klinik məlumatların olmadığı üçün preparatdan istifadə zamanı ana südü ilə qidalandırmadan çəkinmək lazımdır.
RİNGER MƏHLULU İstifadə qaydası və dozası
- Venadaxili, 60-80 damcı/dəqiqə sürətlə damcı və ya şırnaq üsulu ilə yeridilir.
- Böyüklər üçün sutkalıq doza 5-20 ml/kq təşkil edir, ehtiyac olduqda, 30-50 ml/kq-a qədər artırıla bilər.
- Uşaqlar üçün sutkalıq doza 5-10 ml/kq təşkil edir, yeridilmə sürəti 30-60 damcı/dəqiqədir, şok dehidratasiyası zamanı ilkin yeridilmə 20-30 ml/kq-dır.
- Müalicə kursu 3-5 gündür.
Əlavə təsirləri
Hiperhidratasiya, hipokaliemiya, allergik reaksiyalar.
Saxlanma şəraiti
15-25ºС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Yalnız tibb müəssisələrində istifadəsinə icazə verilir.
İstehsalçı
Hemofarm A.D., Serbiya.
26300, Vrşas ş., Beoqrad yolu bb, Serbiya.
Tel.: 13/803100.
Faks: 13/803424.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






