HARTMAN MƏHLULU
HARTMAN MƏHLULU hüceyrədənkənar mayenin və elektrolitlərin bərpası, eləcə də, turşu-qələvi balansının tənzimlənməsi üçün istifadə edilir.

HARTMAN MƏHLULU Eyniləşdirmə və təsnifat
Dərman forması
Infuziya üçün məhlul
- HARTMAN MƏHLULU Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- HARTMAN MƏHLULU Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətlər
- İstifadəsinə göstərişlər
- HARTMAN MƏHLULU Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- HARTMAN MƏHLULU İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
Buraxılış forması
İnfuziya üçün məhlul.
500 ml məhlul, damcısalanın tutacağı olan, şkala ilə işarələnmiş, aşağı sıxlıqlı rezin və plastmas qapaqla bağlanmış, ilkin açılmaya nəzarət halqası olan (aşağı sıxlıqlı polietilen) flakonda. 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (stasionar üçün qablaşdırma).
HARTMAN MƏHLULU Tərkibi
Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 6,020 q natrium xlorid, 0,373 q kalium xlorid, 0,294 q kalsium xlorid, 6,276 q natrium laktat vardır.
Köməkçi maddələr: xlorid turşusu (pH 5,5-6,3), inyeksiya üçün su vardır ki, bu da, müvafiqdir: natrium (Na+) 131,0 mmol/l, kalium (K+) 5,0 mmol/l, kalsium (Ca2+) 2,0 mmol/l, xloridlər (Cl-) 112,0 mmol/l, laktat 28,0 mmol/l.
Təsviri
Şəffaf rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Elektrolit balansını bərpa edən vasitə.
Farmakoloji xüsusiyyətlər
Hartman məhlulu tərkibinə və osmolyarlığına görə hüceyrədənkənar mayeyə uyğundur. Bu səbəbdən hüceyrədənkənar mayenin və elektrolitlərin bərpası, eləcə də, turşu-qələvi balansının tənzimlənməsi üçün istifadə edilir. Nəzəri cəhətdən Hartman məhlulu natrium xloridin izotonik infuzion məhlulundan üstündür, belə ki, hüceyrədənkənar mayedə üç vacib kationun (Na+, K+ və Ca2+) bərpasını təmin edir. Laktat orqanizmdə bikarbonata metabolizə olunur, bu səbəbdən məhlul qələviləşdirici təsirə malikdir.
İstifadəsinə göstərişlər
- Normal turşu-əsas balansında və ya zəif asidoz zamanı hipovolemiya və təzahürlü dehidratasiya, o cümlədən, ağır qusma və diareya, geniş yanıqlar, peritonit, ağır infeksiya nəticəsində su və elektrolit defisitinin bərpası məqsədilə.
- Cərrahi müdaxilə zamanı və ondan sonra hemotransfuziyanı müvəqqəti olaraq təxirə salmağa imkan verən ekstrasellülyar mayenin həcminin saxlanması.
- Əhəmiyyətli dərəcədə qan itkisinin, şokun, travmaların müalicəsinin başlanğıc mərhələsi.
HARTMAN MƏHLULU Əks göstərişlər
Hiperhəssaslıq, hipervolemiya, hipertonik dehidratasiya, hiperkaliemiya, hipernatriemiya, arterial hipertenziya, ürək və/və ya böyrək çatışmazlığı, ağciyər ödemi, hiperxloremiya, alkaloz, qaraciyər çatışmazlığı (laktatdan hidrokarbonatın yaranmasının azalması), hiperlaktasidemiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
- Tənəffüs çatışmazlığı, kəskin dehidratasiya, hipoproteinemiya, qlükokortikosteroidlərlə və kotikotropinlə eyni vaxtda istifadəsi.
- Təxirəsalınmaz vəziyyətlərdə plazma həcminin fizioloji hədlərdə saxlanılması üçün tətbiq edilir.
- Təzahürlü Na+, K+, Ca2+ çatışmazlığı zamanı istifadə etmək olmaz.
- Böyük həcmdə istifadəsi zamanı turşu-əsas balansına nəzarət etmək lazımdır.
- Doza həddinin aşılması zamanı adətən yeridilməni dayandırmaq kifayətdir.
- Böyrək çatışmazlığı zamanı fasiləsiz turşu-əsas vəziyyətinə nəzarət etməklə, hemodializdən istifadə etmək olar.
- Yalnız içərisində şəffaf məhlul olan zədələnməmiş flakonu istifadə etmək olar.
- Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə o zaman istifadə edilir ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Müvafiq klinik məlumatların olmadığı üçün preparatdan istifadə zamanı ana südü ilə qidalandırmadan çəkinmək lazımdır.
HARTMAN MƏHLULU İstifadə qaydası və dozası
Ümumi təyin edilən miqdar pasiyentin klinik vəziyyətindən asılıdır. Sutkada 2500 ml-ə qədər venadaxili infuziya şəklində dəqiqədə 60 damcı orta sürətlə, yəni 2,5 ml/kq bədən çəkisi/saat istifadə edilir, təxirəsalınmaz vəziyyətlərdə infuziya sürətini 100 damcı/dəqiqəyə qədər artırmaq olar.
İlk 24 saat ərzində mayeyə sutkalıq tələbatı, eləcə də, çatışmazlığın yarısını, növbəti 2 sutka ərzində isə hər gün maye defisitinin ¼ hissəsini təmin etmək lazımdır. Beləliklə, mayenin ümumi çatışmazlığı 72 saat ərzində bərpa edilir. Daha əvvəl itirilmiş mayenin bərpası zamanı davam edən itkini nəzərə almaq və onu bərpa etməyə davam etmək lazımdır.
Əlavə təsirləri
Hipervolemiya, hiperhidratasiya, hiperxloremiya, elektrolit balansının pozulması; tromboflebit; həyəcan; allergik reaksiyalar.
Saxlanma şəraiti
15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Yalnız tibb müəssisələrində istifadəsinə icazə verilir.
İstehsalçı
Hemofarm A.D., Serbiya.
26300 Vrşas ş., Beoqrad yolu bb, Serbiya.
Tel.: 13/803100.
Faks: 13/803424.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






