Simsed qiyməti və istifadə qaydası necədir?

Simsed - Sinir oyanıqlığında istifadə olunan preparatdır.

Nov 24, 2024 - 18:06
 0
Simsed qiyməti və istifadə qaydası necədir?
Simsed

Simsed haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Simsed qiyməti

Simsed tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Simsed qiyməti 25 azn - 28 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Simsed dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər kapsulda:
Dərman pişikotu ekstraktı (Valeriana officinalis)……………………. 70mq
Qonaqotu 0,5% ekstraktı (Passiflora)…………………………….…. 35mq
Dərman limonotu 1% ekstraktı (Melissa officinalis)………..…....…. 70mq
Enliyarpaq cökə ekstraktı (Tilia Cordata)……………….……………..... 20mq
Kaliforniya laləsi (Escholtzia Californica)………………..….…..…. 20mq
Adi dazıotu ekstraktı (St. John’s wort orHypericum perforatum)…….20mq
Vitamin B6 (Pyridoxin).…………………………………...............…10mq
Magnezium (Magnesium)..………………………………………...…60mq

Xüsusiyyətləri:

SİMSED təbii sakitləşdirici vasitə olub dozalanmadan asılı olaraq sakitləşdirici, anksiolitik və yuxugətirici təsirə malikdir. O, MSS-in gərginliyini aradan götürürək orqanizmin stressə davamlılığını artırır. Yuxuya getməni tezləşdirir və yuxunun normal fazalarını bərpa edir. Klimaks zamanı yuxusuzluğu, depressiyanı və sinir gərginliyini aradan qaldırır.
Dərman pişikotu sedativ və spazmolitik təsirlərinə görə təbabətdə geniş istifadə olunur. Yuxusuzluq, yüksək sinir oyanıqlığı, kardionevroz, miqren, isteriyalar və qan damarlarının spazmı zamanı yüksək effektivliyə malikdir.
Qonaqotu güclü sedativ, yuxugətirici və ağrıkəsici təsirlərə malikdir. İsterik nevrozlar, miqren, yuxusuzluq, epilepsiyalar zamanı effektivliyi kliniki cəhətdən sübut olunub. Stress və ya hər hansı bir qıcıq nəticəsində baş verən oyanıqlığı, gərginliyi, aqressiyanı aradan götürərək sakitləşdirici təsir yaradır.
Dərman limonotu sakitləşdirici, yuxugətirici və spazmolitik xüsusiyyətləri ilə tanınır. Xalq təbabətində vegetativ nevroz, depressiya, yuxusuzluq, baş gicələnmə, qulaqlarda küy və miqrenin müalicəsində istifadə olunur, maddələr mübadiləsini və həzmi yaxşılaşdıran vasitə kimi istifadə edilir.
Enliyarpaq cökə - təbii yolla sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır. Damarları genəldir və hipotenziv təsir göstərir. Yüksək sinir oyanıqlığı zamanı effektiv vasitə hesab olunur.
Kaliforniya laləsi (Eşşolsiya) – Tərkibindəki yüksək konsentrasiyalı alkaloidlər antidepressant, sedativ, spazmolitik və periferik ağrıkəsici kimi təsir göstərirlər. Eşşolsiya beyində oyanma və tormozlanma proseslərini normalaşdıraraq, yuxuya getməni asanlaşdırır və yuxunun normal fazalarını tənzimləyir. Kliniki araşdırmalar zamanı eşşolsiyanin yüksək anksiolitik effekti müşahidə olunmuşdur.
Adi dazıotu ekstaktı stimullaşdırıcı, tonuslaşdırıcı və sakitləşdirici vasitə kimi tanınır. Antidеprеssiv təsirə malikdir. Kliniki sınaqlar zamanı bəzi sintetik neyroleptiklərdən daha effektiv nəticə göstərməklə bərabər, eyni zamanda yan təsirlərinin olmaması baxımından da onları üstələmişdir.
B6 vitamini sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, sinir-əzələ keçiriciliyini və innervasiyanı yaxşılaşdırır. Asetilxolin, qamma amin yağ turşuları, melatonin və serotonin kimi neyromediatorların sintezində iştirak edir. Çatışmazlığı zamanı ortaya çıxan həyəcan, stress, depressiya və digər psixonevroloji vəziyyətlər B6 vitamininin məhz bu funksiyaları ilə izah olunur.
Maqnezium «oyadici» kalsiumun antoqonisti olaraq tormozlayıcı təsirə malikdir. Sinir sisteminin ifrat həssaslığını və gərginliyini azaldaraq sakitləşməyə yardım etdiyi üçün "anti-stress mineralı" olaraq tanınır. Əzələlərin tonusunu azaldır, hüceyrələrin energetik bərpasını sürətləndirir. Kalsiumun böyrəklərdə reabsorbsiyasını həyata keçirərək klimaks zamanı yüksələn kalsium itkisini əngəlləyir. Sinir sisteminin normal işini, bədən temperaturunun tarazlıqda saxlanılması kimi bir çox funksiyaları təmin edir.

İstifadəsinə göstərişlər:

• Yuxusuzluq, migren, nevrasteniya, nevroz, nevrozabənzər hallar
• Diqqət defisiti fonunda hiperaktivlik sindromu
• Həyəcan, gecə diksinmələri, stress, yorğunluq və fobiyalar
• Klimakterik dövrün pozğunluqları
• Vegetativ damar distoniyası, depressiya, qicolmalar
• Neyrodermit və digər bəzi dermatozlar
• Həzm traktının funksional pozğunluqları

İstifadə qaydası və dozalanması:

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsuldan gündə 1-2 dəfə.
Yuxu pozğunluğu zamanı preparat yatmazdan 1 saat əvvəl 2 kapsul qəbul olunmalıdır

Əlavə təsirləri:

Nadir hallarda fotosensibilizasiya, diqqət dağınıqlığı və halsızlıq müşahidə oluna bilər.

Əks göstərişləri :

Preparatın komponentlərinə qarşı fərdi həssaslığın olması

Buraxılış forması :

Hər biri 15 kapsuldan ibarət 2 blisterdə istifadə haqqında təlimat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.

Saxlanma şəraiti :

Preparat 250 C- dən yüksək olmayan temperaturda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Simsed nə üçündür?

Sinir oyanıqlığında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow