Bestberry qiyməti və istifadə qaydası necədir?
Bestberry - Sidik ifrazatı xəstəliklərində istifadə olunan preparatdır.

Bestberry haqqında məlumat
Bestberry qiyməti
Bestberry tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bestberry qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bestberry dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Quşüzümü qurudulmuş ekstraktı.....200 mq
Kalium bikarbonat...........................200 mq
Ayıqulağı ekstraktı..........................50 mq
D-mannosa.....................................500 mq
Vitamin C........................................120 mq
Bromelayin.......................................20 mq
L.Acidophilus..................................0.75 mld
İnqredientlər: mikrokristallik selluloza, proantosianidlər, kalium bikarbonat, vitamin C, D-mannosa, ayıqulağı ekstraktı, arbutin, kolloid silisium, maqnezium stearat
Xüsusiyyətləri:
Preparatın təsiri tərkibində olan bitkilərin sinergist təsiri ilə izah olunur.
Quşüzümu ekstraktı sidik ifrazat sisteminin bir çox xəstəliklərinin müalicəsində istifadə olunur. Sonuncu tədqiqatlar göstərir ki,quşüzümünün tərkibində olan xüsusi maddələr bakteriyalarla sidik yolları və sidik kisəsi hüceyrələri ilə kontaktın qarşısını alır. Quşüzümü sidiyin turşuluğunu artıraraq bakteriyalarla mübarizədə kömək edir. Tərkibində olan proantosianidlər sayəsində quşüzümü bakteriyaların sidik çıxarıcı yolların daxili səthinə nüfuz etməsinin qarşısını alır və beləliklə də patogenlər sidiklə yuyulub orqanizmdən çıxarılır. Uroloji xəstəliklərin əsas səbəbkarı olan E.Coli-yə qarşı xüsusi aktivdir. Ayıqulağı ektrakstı iltihabəleyhinə, dezinfeksiyaedici və büzücü xüsusiyyəti sayəsində sistitlərin müalicəsində öz yerini tutub. Tərkibində olan arbutin maddəsi mikrob əleyhinə təsir göstərərək mikoplazmaların inkişafını dayandırır. Diurezi artıraraq Na və Cl ionlarını orqanizmdən çıxarır. Başqa bitkilərlə kombinasiyada prostat vəzin adenoması zamanı yüksək müalicəvi effekt verir. D-mannosa E.Coli bakteriyalarının böyrək və sidik ifrazat sistemi orqanlarının divarına fiksasiya olunmasının qarşısını alır. Nəticədə bakteriyalar sidiklə yuyulub çıxarılır. Uroloji infeksiyalarda antibiotiklərə təbii alternativ hesab olunur. Həmçinin orqanizmin normal mikroflorasını pozmur.
Bitkilərin tərkibində olan efir yağları və digər komponentlər iltihabi prosesin yaranmasında iştirak edən lipooksigenaza fermentinin, həmçinin leykotrienlərin sintezini inhibə edir.
Bromelayn-Aterogen lipopreoteinlerin (orqanizm üçün ziyanlı olan ASLP)qaraciyərdə metabolizmə uğramasını sürətləndirir və aterosklerozun qarşısını alır. C-vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir.
BestBerry sidikdə kalsiumun, hidroksiprolinin və oksalat turşusunun miqdarını azaldaraq daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Sidik traktı əzələlərinin tonusunu azaldaraq daşların xaric olmasını rahatlaşdırır.
İstifadəsinə göstərişlər:
Sistit, Uretrit, Pielonefrit, Nefrit, Nefrolitiaz
Kristalluriya (sidik turşulu diatez)
Urolitiaz
Böyrək daşı xəstəliyinin profilaktikası, əməliyyatdan sonrakı dövr
Prostatit (kompleks müalicə), Prostat vəzin xoşxassəli hiperplaziyası (adenoma);
Diabetik nefropatiya
Hamiləlik zamanı sidik yollarının infeksiyası
Zöhrəvi xəstəliklərin kompleks müalicəsi
Böyrək mənşəli hipertenziya
Əks göstərişləri:
Preparatın tərkibinə qarşı hiperhəssaslıq, 18 yaşa qədər uşaqlar
İstifadə qaydası:
Müalicə məqsədi ilə preparat gündə 2 dəfə, profilaktika məqsədi ilə isə preparat gündə 1 dəfə qəbul olunur.
Buraxılış forması:
Kapsul №20
İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.
Bestberry nə üçündür?
Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






