Tioqamma turbo nə üçündür? istifadə qaydası necədir?
Tioqamma turbo - Metabolik pozulmalar zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Tioqamma turbo haqqında məlumat
Tioqamma turbo qiyməti
Tioqamma turbo qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tioqamma turbo qiyməti 88 azn - 92 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tioqamma qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Möhkəm sinirlər üçün
- Diabetik polineyropatiya zamanı yüksək effektivlik və yaxşı keçiricilik
- Per os qəbulu zamanı optimal absorbsiya və dozalanma (600 mq)
- Polineyropatiyanın 4 əsas simptomu: sancma, yanğı, keyləşmə və ayaqlarda ağrını qısa zamanda nəzərə çarparaq dərəcədə azaldır
- Qanda qlükozanın səviyyəsini azaldır, qara ciyərdə qlikogen səviyyəsini artırır, insulinə rezistentliyi aradan qaldırır
- Hepatoprotektordur: qara ciyərin funksiyasını yaxşılaşdırır
- 3 həftəlik infuzion terapiyadan sonra simptomatikada əldə edilən effekt 6 ay sonra belə qorunub saxlanlır
Tətbiq sahələri
Diabetik polinevropatiyalarda hissiyat pozğunluğu.
Tərkibi
Təsiredici maddə: 50 ml-lik flakonda 1167,70 mq alfa-lipoy turşusunun meqlumin duzu (600 mq alfa-lipoy turşusuna ekvivalentdir) vardır.
Köməkçi maddələr: meqlumin, makroqol 300, inyeksiya üçün su.
Alfa-lipoy turşusu 600 mq
İstifadə qaydası və doza
Fərdi və gündəlik doza
Böyüklərdə aydın nəzərə çarpan diabetik polineyropatiyalarda gündə 600 mq alfa-lipoy turşusu vena daxilinə yeridilir (Tioqamma Turbo-nun 1 inyeksion flakona ekvivalentidir).
İstifadə qaydası və müddəti
İnyeksiya məhlulu müalicənin başlanğıc fazasında 2-4 həftə ərzində vena daxilinə yeridilir.
Məhlul ən azı 30 dəq ərzində qısa infuziya formasında yavaş-yavaş vena daxilinə yeridilməlidir. İnfuziya standart infuziya ləvazimatları və təchiz olunan işıq keçirməz torba vasitəsilə birbaşa şüşədən daxil edilməlidir. Təsiredici maddə işığa həssas olduğundan flakon saxlandığı qutudan istifadə olunmazdan bilavasitə əvvəl çıxarılmalıdır. İnfuziya müddətinin ən azı 30 dəq olmasına əmin olmaq lazımdır.
Növbəti müalicə alfa-lipoy turşusunun oral qəbul üçün münasib olan 300 mq və 600 mq-lıq formalarından istifadə olunmaqla aparılmalıdır.
Qablaşdırma
- İçərisində 50 ml infuziya üçün məhlulu olan 10 ədəd flakon və 10 ədəd işıqdan qorumaq üçün kisə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Infuziya üçün məhlul
İstehsalçı ölkə
Almaniya
Aptekdən buraxılma şərti
Reseptli
Tioqamma turbo nə üçündür?
- Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






