Tioqamma nə üçündür? istifadə qaydası necədir?

Tioqamma (Thioqamma) - Metabolik pozulmalar zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oct 2, 2024 - 12:47
Oct 2, 2024 - 12:51
 0
Tioqamma nə üçündür? istifadə qaydası necədir?
Tioqamma (Thioqamma)

Tioqamma haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Tioqamma qiyməti

Tioqamma 600 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tioqamma qiyməti 31 azn - 35 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Thioqamma qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tətbiq sahələri

TİOQAMMA 600 sinirlərin diabetik zədələnməsi (polineyropatiyalar) zamanı ağrı və paresteziyaları (yanğı, qaşınma, iynəbatma hissi kimi dəri hissiyyatları) müalicə etmək üçün istifadə olunur.

Tərkibi

Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 600 mq alfa-lipoy turşusu vardır.
Köməkçi maddələr: hipromelloza, natrium-karmelloza, dimetikon, laktoza monohidrat, maqnezium-stearat (Ph. Eur.), makroqol 6000, talk, natrium laurilsulfat, mikrokristallik sellüloza, kolloidal silisium dioksid.
Şəkərli diabeti olan xəstələr üçün qeyd:
1 örtüklü tabletin tərkibində 0,0041-dən də az ÇV (çörək vahidi) vardır.

Alfa-lipoy turşusu 600 mq

İstifadə qaydası və dozası

Adi gündəlik doza 1 örtüklü TİOQAMMA® 600 tabletidir (600 mq alfa-lipoy turşusuna ekviva-lentdir). İlk qida qəbulundan təxminən 30 dəq əvvəl qəbul edilir. Əgər preparatı qida ilə eyni vaxtda qəbul etsəniz, alfa-lipoy turşusunun qana keçməsi pozulur və preparat lazımi effekti göstərə bilmir.
TİOQAMMA 600 örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir. Tabletləri çeynəmək olmaz.
Müalicə müddəti
Diabetik neyropatiya xroniki pozğunluq olduğundan TİOQAMMA 600 örtüklü tabletləri ilə müalicə uzun müddət davam edə bilər. Tabletlərin nə qədər müddətə qəbul edilməsi barədə qərarı həkiminiz verəcəkdir.
TİOQAMMA 600 tabletlərinin qida və ya mayelərlə qəbulu
Tabletləri günün ilk qida qəbulu zamanı yeməkdən təxminən 30 dəq əvvəl qəbul edin. TİOQAMMA 600 örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir (“İstifadə qaydası və dozası” bölməsinə bax).
TİOQAMMA 600 tabletləri ilə müalicə alarkən alkoqol qəbul etməyin. Alkoqol sinirlərin zədələnməsini törədən xəstəliklərin inkişafı və ya proqressivləşməsi riskini artırır və buna görə də TİOQAMMA 600 tabletləri ilə müalicəni poza bilər. Bu, həmçinin müalicələr arası intervala da aiddir.
Əgər TİOQAMMA 600 örtüklü tabletlərini qəbul etməyi unutmusunuzsa
Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək məqsədilə TİOQAMMA 600 örtüklü tabletlərinin ikiqat dozasını qəbul etməyin.
Preparatın istifadəsinə aid hər hansı suallar meydana çıxarsa, həkiminizə müraciət edin.

İstehsalçı ölkə

Almaniya

Aptekdən buraxılma şərti

Reseptli

Tioqamma nə üçündür?

  1. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  2. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow