Rectovenal gel (Rektovenal gel) nə üçündür?
Rectovenal gel (Rektovenal gel) - Babasil (hemorroy) zamanı istifadə olunan preparatdır.

Rectovenal gel haqqında məlumat
Rectovenal gel qiyməti
Rektovenal gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Rectovenal gel qiyməti 19 azn - 22 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Rectovenal maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Babasil nədir?
Babasil xəstəliyi geniş yayılmış bir tibbi-sosial problemdir və son illər bütün dünyada geniş yayılmaqdadır. Babasil (digər adı hemorroy) düz bağırsaq damarlarının varikoz genişlənməsidir.
Tərkibi
Diosmin+hesperedin, palıd qabığı ekstraktı
REKTOVENAL gel tərkibinə əsasən dünyada analoqu olmuyan babasil üçün anorektal geldir. Tərkibi diosmin və hesperidin, palıd qabığı ekstraktıdır.
Diosmin və hesperidin flavonoidləri venotonik, angioprotektiv təsir göstərə bilən bir maddədir. Bu maddəllər sayəsində genişlənmiş damarları əhəmiyyətli dərəcədə azaltmaq, tonusu artırmaq, damarlarda qan durğunluğunu azaltmaq, kapilyarların vəziyyətini normallaşdırmaq, bununla da onların kövrəkliyini və keçiriciliyini azaltmaq, limfa axını və mikrosirkulyasiyanı normallaşdırmaq mümkündür.
Palıd qabığı ekstraktındaki kversetin iltihabəleyhinə,ödəmleyhinə,regenarativ və angioprotektor rolunu oynayır. Taninlər büzüşdürücü və sakitləşdirici effektləri ilə dəri və selikli qişalarda iltihabi aradan qaldırır, yaraları sağaldır və babasil simptomlarının aradan qalxmasına yardım edir. Qoruyucu baryer yaratmaq ilə taninlər anal nahiyənin həssas dəri və selikli qişasını mümkün infeksiyalardan qoruyur və bərpasını təmin edir.
REKTOVENAL antibakterial, hemostatik, iltihabəleyhinə, ödəm əleyhinə, qoruyucu xüsüsiyətləri sayəsində şişkinliyi aradan qaldırır, qanaxmanı dayandırır, infeksiyadan qoruyur, sağalmanı sürətləndirir, dəri və selikli qişaların bərpasını dəstəkləyir.
Tətbiqdən sonra ilk 15 dəq ərzində anal nahiyyədə qaşınma, sulanma, ağrı və qanaxma kimi simptomlar azalır. 1 saatdan sonra yox olur.
REKTOVENAL gel şəklindədir, qoxusuz və rəngləyəcisizdir.
İstifadəsinə aid göstərişlər:
- Daxili və xarici babasil
- Anal və perianal ekzema
- Düz bağırsağın çatları
- Proktit və paraproktit
- Babasil əməliyyatından sonra
- Doğuşdan sonra yaranan babasil
İstifadə qaydası
Gündə 2-3 dəfə , səhər və axşam ucluq applikator vasitəsi ilə anal nahiyyəyə tədbiq edilə bilər. Tövsiyyə olunan tədbiq 5-7 gün olmaqla, daha sonra simptomların aradan qalxmasına qədər həftədə 2-3 dəfə istifadə edilə bilər.
Gelin istifadə müddəti 30 günü keçməməlidir.
Rectovenal gel nə üçündür?
Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






