Fe-Lip toz nə üçündür? istifadə qaydası necədir?

Fe-Lip - Anemiya zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Nov 20, 2024 - 13:12
 0
Fe-Lip toz nə üçündür? istifadə qaydası necədir?
Fe-Lip toz

Fe-Lip haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Fe-Lip qiyməti

Fe-Lip qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fe-Lip toz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Dəmir defisitli anemiya (DDA) nədir?

 Orqanizmdə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması və ya patoloji itirilməsi nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji vəziyyətdir. DDA daha çox əhalinin ətlə normal qidalanma imkanı olmayan zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. DDA-nın müalicəsi dəmir defisitinin aradan qalıdırılması və orqanizmdə dəmir ehtiyatlarının yaradılmasından ibarətdir. Bunun üçün DDA-nı yaradan səbəblər aradan götürülməli və orqanizmə dəmir daxil edilməlidir.

Tərkibi

1 saşenin tərkibində 20mq Dəmir (dəmir ammonium sitrat) vardır

FE-LIP - patentli LIPOSHELL® texnologiyası əsasında istehsal edilən, liposomlara daxil edilmiş dəmir tərkibli preparatdır. 

LIPOSHELL texnologiyasının istifadəsi liposomlarda olan dəmirin yüksək effektivliyinə imkan verir və bu da onun stabilliyinə və bioyararlığına birbaşa təsir edir. 

 

LIPOSHELL liposomları insan orqanizmindəki hüceyrə membranlarına bənzəyir, bu da onları təhlükəsiz və biouyğun edir.

 

FE-LİP liposomal formasına görə bağırsaqlardan sorulan dəmir mədə-bağırsaq traktına qıcaqlındırıcı təsir göstərmir və metal dadı vermir. Dəmir qırmızı qan hüceyrələrinin və hemoqlobinin sintez olunmasına, həmçinin orqanizmdə oksigenin normal daşınmasına kömək edir. Bu da normal koqnitiv funksiyasının artmasına və yorğunluğun azalmasına kömək edir. 

 

FE-LİP ənənəvi dəmir preparatlardan fərqli olaraq iki müstəqil yol ilə sorulur: qan dövranı sistemi ilə və limfa sistemi ilə. Limfa sistemi ilə sorulma mexanizmi yalnız liposomal preparatlarla mümkündür.

 

Şəkərsiz , qlütensiz , GMO-suz , vegeterian və veqanlara uyğun qida əlavəsidir.

 

İstifadəsinə aid göstərişlər

Məhsul dəmirə artan təlabə olan böyüklər üçün tövsiyyə olunan BFMQƏ. Dəmirə artan təlabət hamiləlik , predmenstrual dövründə baş verir, həmçinin , donorlar, vegeterianlar və veqanlarda müşahidə olunur.

İstifadə qaydası

1 saşedən böyüklər gündə 1-2 dəfə. 

Saşenin içindəkini birbaşa ağızdan və ya az miqdarda qazsız suda həll edib qəbul edilə bilər. 

Fe-Lip nə üçündür?

  1. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow