Ass 200 mq (Açç 200 mq) istifadə qaydası necədir?
Ass 200 - Öskürək zamanı, bronxit, pnevmoniya zamanı, aşağı tənəffüs yollarının digər xəstəliklərində, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Ass 200 haqqında məlumat
- Ass 200 qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Ass 200 nə üçündür?
Ass 200 qiyməti
Ass 200 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ass 200 qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ass 200 qranul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
ASS® 200 oral məhlul hazırlamaq üçün qranullar
ACC® 200
Tərkibi
Təsiredici maddə: kiçik paketdə oral məhlul hazırlamaq üçün tərkibində 200 mq asetilsistein olan 3 q qranullar vardır.
Köməkçi maddələr: askorbin turşusu (Vitamin C), saxarin, saxaroza, aromatik birləşmələr (portağal).
Təsviri
Aqlomerasiyaedici hissecikləri olmayan, portağal ətirli, ağ rəngli homogen qranullardır.
Farmakoterapevtik qrupu
Mukolitik dərman preparatı.
ATC kodu: R05CB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Asetilsistein amin turşusu sisteinin törəməsidir. Asetilsistein tənəffüs yollarında sekre-tolitik və sekretomotor təsir göstərir. Onun mukopolisaxarid zəncirlərinin arasında olan birləşmiş disulfid tellərini ayırdığı və DNT-zəncirlərinə depolyarizəedici təsir göstər-məsi ehtimal olunur (irinli bəlğəmdə). Bu təsir mexanizmləri nəticəsində bəlğəmin qa-tılığı azalır.
Asetilsisteinin alternativ mexanizmi onun SH qrupunun kimyəvi radikalları birləşdirmək və bu yolla onların toksik təsirini aradan qaldırma qabiliyyəti ilə bağlıdır.
Bundan əlavə, asetilsistein qlutationun sintezinin artmasında iştirak edir ki, bu da zərərsizləşdirmə üçün vacibdir. Bu, parasetamolla intoksikasiya zamanı onun antidot kimi istifadəsini əsaslandırır.
Xronik bronxiti/mukovissidozu olan pasiyentlərdə bakterial fəsadlaşmaların tezliyinə və ağırlığına təsir göstərmək üçün asetilsistein profilaktik məqsədlə təyin olunur.
Farmakokinetikası
Absorbsiya
Daxilə qəbul olunduqdan sonra asetilsistein sürətlə və demək olar ki, tam şəkildə qaraciyərdə absorbsiya olunur və farmakoloji aktiv olan metabolitinə, sisteinə və onunla yanaşı diasetilsisteinə, sistinə və daha sonra qarışıq disulfidlərə qədər metabolizə olunur.
Paylanması
Yüksək ilkin keçid effektinə görə daxilə qəbul olunan asetilsisteinin biomənim-sənilməsi çox aşağıdır (təxminən 10%). İnsanlarda maksimal plazma konsentrasiyaları 1-3 saatdan sonra əldə olunur, sistein metabolitinin maksimal plazma konsentrasiyası təxminən 2 µmol/l təşkil edir. Asetilsisteinin zülallarla birləşməsi təxminən 50% təşkil edir.
Biotransformasiyası
Asetilsistein və onun metabolitləri orqanizmdə üç formada olur: qismən sərbəst formada, qismən dəyişkən disulfid zəncirləri vasitəsilə zülallarla birləşmiş formada və qismən birləşmiş amin turşusu formasında. Asetilsistein demək olar ki, eksklüziv olaraq qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olunur (qeyri-üzvi sulfatlar, diasetilsistein). Plazmada asetilsisteinin yarımparçalanma dövrü təxminən 1 saat təşkil edir və əsasən sürətli qaraciyər transformasiyası ilə müəyyən edilir. Bu səbəbdən qaraciyər funksiyasının pozulması plazmada yarımparçalanma dövrünün 8 saata qədər uzanması ilə nəticələnir.
Xaricolma
Asetilsisteinin venadaxili istifadə olunması ilə aparılmış farmakokinetik tədqiqatlarda paylanma həcminin 0,47 l/kq (ümumi) və ya 0,59 l/kq (azalmış) olması aşkar edilmişdir; plazma klirensi 0,11 l/s/kq (ümumi) və 0,84 l/s/ (azalmış) təşkil etmişdir
Venadaxili istifadədən sonra yarımxaricolma dövrü 30-40 dəqiqə təşkil etmişdir, xaricolma 3 fazalı kinetikadan ibarət olmuşdur (alfa, beta və sonuncu qamma fazası).
Asetilsistein plasentadan keçir və plasentar qanda aşkarlanmışdır. Ana südünə nüfuz etməsi barədə məlumat yoxdur.
Asetilsisteinin insanlarda hematoensefalik baryerdən keçməsi barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
ASS® 200 preparatı yuxarı tənəffüs yollarında qatı özlü seliyin toplanması ilə müşayiət olunan xəstəliklərdə seliyi durulaşdırmaqla bəlğəmin xaric olmasını asanlaşdırmaq üçün istifadə olunur.
Əks göstərişlər
- Asetilsisteinə qarşı, yaxud ASS® 200 preparatının hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq.
- Stivens-Conson və Layell sindromu kimi ağır dəri reaksiyaları çox nadir hallarda asetilsisteinin istifadəsi ilə əlaqədar qeydə alınıb. Əgər dəridə və selikli qişalarda dəyişiklik yeni baş verərsə, təxirə salmadan asetilsisteinin istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
- Aktiv fazada olan mədə xorası (asetilsisteinin 100 mq-dan yüksək dozada olan bütün dərman formaları üçün)
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bronxial astma və anamnezində xorası olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır.
Asetilsistein, xüsusilə müalicənin erkən mərhələlərində durulaşmaya səbəb ola bilər və bunun nəticəsində bronxial ifrazatın həcminin artması müşahidə oluna bilər. Pasiyent bəlğəmi xaric edə bilmirsə (kifayət qədər), müvafiq tədbirlər görülməlidir (məs. drenaj, aspirasiya).
Asetilsisteindən istifadə zamanı Stivens-Conson və Layell sindromları kimi kəskin dəri reaksiyalarının baş verməsi barədə, çox nadir hallarda olsa da, məlumatlar verilib. Əgər dəri və selikli qişalarda dəyişikliklər yenicə baş verərsə, ləngimədən tibbi məsləhət üçün müraciət etmək və Asetilsisteinin istifadəsini dayandırmaq lazımdır.
Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Belə xəstələrdə asetilsisteinlə uzun müddətli müalicədən qaçınmaq lazımdır, belə ki, asetilsisteinin histamin metabolizminə təsiri nəticəsində dözümsüzlük simptomları ( məsələn, baş ağrısı, burundan selikli ifrazat, qaşınma) yarana bilər.
Şəkərli diabet xəstələri üçün məlumat
1 paketdə 0,23 çörək vahidi vardır.
ASS® 200 preparatının bəzi inqrediyentləri haqda vacib məlumatlar
Bu dərman preparatının tərkibində Saxaroza vardır. Əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı qeyri-tolerantlıq olması haqda Sizə xəbərdarlıq etmişdirsə, ASS® 200 preparatını qəbul etməzdən əvvəl onunla əlaqə saxlayın.
Bir paketdə 2,7 q Saxaroza (şəkər) vardır ki, bu da təxminən 0,23 çörək vahidinə ekvivalentdir. Əgər Siz şəkərli diabetlə əlaqədar pəhriz saxlamalısınızsa, o zaman bu məlumatı nəzərə alın.
ASS® 200 Sizin dişlərinizi zədələyə bilər (kariyes).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öskürək əleyhinə preparatlar
ASS® 200 preparatının öskürəyi azaldan preparatlarla birgə istifadəsi bəlğəmin toplanması hesabına təhlükəyə səbəb ola bilər, odur ki, belə kombinasiyada preparatların təyini üçün diaqnozun xüsusilə dəqiqləşdirilməsi tələb olunur. Belə kombinasiyaların tətbiqindən öncə həkiminizlə məsləhətləşməniz vacibdir.
Antibiotiklər
Antibiotiklərin təsirinin zəifləməsinə aid məlumatlar yalnız müvafiq maddələrin birbaşa qarışdırıldığı in vitro tədqiqatlarda müşahidə olunmuşdur.
Təhlükəsizlik məqsədilə antibiotiklər ayrı-ayrılıqda və azı 2 saat intervalla qəbul edilməlidir. Bu qeyd olunanlar aktiv tərkib hissəsi Sefiksim və ya Lorakarbef olan preparatlara aid edilmir.
Asetilsistein nitroqliserinin damargenişləndirici təsirini gücləndirə bilər. Ehtiyatlı olmaq tövsiyə olunur.
Qliseril trinitratın (nitroqliserin) asetilsistein ilə birgə tətbiq olunması trombositlərin aqreqasiyasına inhibə edici və vazodilyatator təsirinin gücləndirilməsi ilə nəticələnə bilər.
Əgər asetilsistein qliseril trinitrat ilə birgə tətbiq olunması zəruri hesab olunursa, xəstələr ağır dərəcəli ola bilən hipotenziyanın mümkün inkişafına görə nəzarət olunmalıdırlar və mümkün baş ağrıları haqqında məlumatlandırılmalıdırlar.
Yüksək dozalarda aktivləşdirilmiş kömürün ( antidot kimi) tətbiqi asetilsisteinin effektivliyini azalda bilər.
Laborator göstəricilərin təyin olunmasında dəyişikliklər
Asetilsistein salisilatların kolorimetrik üsulla təyin olunmasına təsir göstərə bilər. Sidik sınaqlarında, asetilsistein keton cisimlərin təyini nəticəsinə təsir göstərə bilər. Asetilsistein tərkibli maddələrin digər dərman vasitələri ilə birgə həll olunması tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınların asetilsisteinin təsirinə məruz qalmaları barədə məlumat məhduddur. Heyvanlar üzərində aparılmış tədqiqatlarda onun hamiləliyə, embrionun/dölün inki-şafına, doğuş və postnatal inkişafa təsir göstərəcəyini nümayiş etdirməmişdir.
Asetilsistein hamiləlik dövründə yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilmə-sindən sonra istifadə oluna bilər.
Laktasiya
Ana südünə nüfuz etməsi barədə məlumat yoxdur.
Asetilsistein laktasiya dövründə yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilmə-sindən sonra istifadə oluna bilər
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
ASS® 200 preparatını həmişə həkiminizin Sizə dediyi kimi dəqiqliklə qəbul edin. Əgər əmin deyilsinizsə, o zaman həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.
Həkiminiz başqa cür təyin etməmişdirsə, adətən aşağıdakı dozalarda istifadə olunur:
Yaş |
Ümumi gündəlik doza (paketdəki qranul) |
Uşaqlar və 6-14 yaşlı yeniyetmələrdə |
gündə iki dəfə 1 paket (gündə 400 mq Asetilsisteinə ekvivalentdir) |
Böyüklər və 14 yaşdan yuxarı yeniyet-mələrdə |
gündə 2-3 dəfə 1 paket (gündə 400-600 mq Asetilsisteinə ekvivalentdir) |
2-6 yaşlı uşaqlar |
gündə 2-3 dəfə 1/2 paket (gündə 200-300 mq Asetilsisteinə ekvivalentdir) |
Mukovissidoz hallarında
-6 yaşdan yuxarı uşaqlarda gündə 3 dəfə 1 paket (gündə 600 mq Asetilsisteinə ekvivalentdir).
-2-6 yaşlı uşaqlar gündə 4 dəfə 1/2 paket (gündə 400 mq Asetilsisteinə ekvivalentdir).
-çəkisi 30 kq-dan artiq olan mukovissidoz xəstələrə dozanı gündə 800 mg gədər çoxaltmaq olar.
İstifadə üsulu
ASS® 200 preparatını qida qəbulundan sonra qəbul edin.
Qranulu bir stəkan içməli suda və ya soyuq çayda həll edin və stəkanın içindəki məhlulu axıra qədər için.
İstifadə müddəti
İstifadə müddəti xəstəliyin tipi və kəskinliyi ilə bağlı olub, müalicə həkiminin qəra-rından asılıdır. Qısamüddətli xəstəliklərdə 5-7 qün kifayətdir.
Xronik bronxit və mukovissidoz uzun müddət müalicə olunmalıdır ki, infeksiyanın profilaktikasına nail olunsun.
ASS® 200 preparatının Sizə təsiri çox güclü və ya çox zəifdirsə, həkiminizlə və yaxud əczaçı ilə əlaqə saxlayın!
Əgər Siz ASS® 200 preparatını qəbul etməyi unutmusunuzsa
Əgər Siz ASS® 200 preparatını qəbul etməyi unutmusunuzsa və yaxud çox kiçik dozasını qəbul etmisinizsə, növbəti dozanı təlimatda yazıldığı kimi öz vaxtında qəbul edin.
Əgər Siz ASS® 200 preparatının qəbulunu dayandırmaq istəyirsinizsə
Həkiminizlə məsləhətləşməmiş bu preparatın qəbulunu dayandırmayın. Bu halda xəstəliyiniz kəskinləşə bilər.
Əgər bu preparatın qəbulu ilə əlaqədar hər hansı bir sualınız varsa, o zaman həkiminiz-dən və ya əczaçıdan soruşun.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez: (³ 1/10)
Tez-tez:(³ 1/100; < 1/10)
Bəzən:(³ 1/1000; < 1/100)
Nadir hallarda:(³ 1/10 000; < 1/1 000)
Çox nadir hallarda:(< 1/10 000)
Məlum deyil: (mövcud məlumatlara əsasən təyin etmək mümkün deyil)
İmmun sistemə
Bəzən: yüksək həssaslıq reaksiyaları.
Çox nadir hallarda:anafilaktik şok, anafilaktik/anafilaktoid reaksiyalar.
Sinir sisteminə
Bəzən: başağrısı.
Qulaq və labirint pozulmaları
Bəzən: qulaqlarda küy.
Ürək pozulmaları
Bəzən: taxikardiya.
Damar pozulmaları
Bəzən: hipotenziya.
Çox nadir hallarda: qanaxma.
Respirator, torakal və mediastinal pozulmalar
Nadir hallarda: dispnoe, bronxospazm.
Mədə-bağırsaq pozulmaları
Bəzən: ürəkbulanma, qusma, diareya, qarında ağrı, stomatit.
Nadir hallarda: dispepsiya.
Dəri və dərialtı toxumanın pozulmaları
Bəzən: urtikariya, səpgi, angioödem, qaşınma, ekzantema.
Ümumi vəziyyət və yeridilmə yolu ilə əlaqəli pozulmalar
Bəzən: qızdırma.
Məlum deyil: üzün şişkinliyi.
Müxtəlif tədqiqatlarda asetilsisteinin təsiri nəticəsində trombositlərin aqreqasiyasının azalması təsdiq olunmuşdur. Hazırda bu vəziyyətin klinik əhəmiyyəti müəyyən olunmamışdır.
Əgər yüksək həssaslığın ilk əlamətləri (yuxarıda təsvir olunub) baş verərsə ACC® preparatı təkrar qəbul olunmamalıdır. Bu halda həkiminizlə əlaqə saxlayın. Əgər əlavə təsirlərdən hər hansı biri daha ciddi şəkil alarsa, yaxud bu siyahıda təsvir olunmamış əlavə təsirlər Sizə rast gələrsə, həkiminizə, yaxud əczaçıya müraciət edin.
Çox nadir hallarda, Stivens-Jonson sindromu və toksik epidermal nekroliz kimi ağır dərəcəli dəri reaksiyaları asetilsisteindən müvəqqəti istifadə zamanı qeyd olunmuşdur. Qeyd olunan belə halların çoxunda, eyni vaztda ən azından bir əlavə dərman vasitəsinin qəbulu təsvir olunmuş selikli qişa-dəri təsirini gücləndirə bilər. Əgər dəri və ya selikli qişada qeyri-normal reaksiyalar baş verərsə, dərhal asetilsisteinin qəbulu dayandırılmalıdır və tibbi məsləhət tövsiyə olunmalıdır.
Doza həddinin aşılması
Asetilsisteinin daxilə qəbul olunan formaları ilə əlaqəli doza həddinin toksik aşılması barədə indiyə qədər məlumat daxil olmamışdır. Könüllülər 3 ay ərzində 11,6 q gündəlik doza ilə hər hansı ciddi əlavə təsir müşahidə olmadan müalicə almışdır. 500 mq/kq b.k. dozada daxilə qəbul olunan asetilsistein hər hansı intoksikasiya əlaməti olmadan qəbul olumuşdur.
İntoksikasiya əlamətləri
Doza həddinin aşılması nəticəsində ürəkbulanma, qusma və diareya kimi mədə-bağırsaq əlamətləri meydana çıxmışdır. Körpələrdə hipersekresiyanın yaranması təhlükəsi vardır.
İntoksikasiyanın müalicəsi: lazım gələrsə, simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
Hər birində oral məhlul hazırlamaq üçün 3 q qranul olan 20; 50 və ya 100 paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda,işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Salutas Pharma GmbH, Otto-von-Guericke-Allee 1, 39179. Barleben, Almaniya.
Lindofarm GmbH, Almaniya;Zambon Svitzerland Ltd, İsveçrə.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman
«Sandoz Farmasyutikals» şirkətinə müraciət etməyiniz xahiş olunur
Sandoz d.d.,
Baki şəhəri, AZ 1000.
Nazim Hikmət küçəsi, ev 30C.
Tel.: +994 12 434-28-59.
Faks: +994 12 434-29-52.
Ass 200 nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






