Ass 200 tablet (fışıldayan tablet) nə üçündür?
Ass 200 tablet - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, bronxit, pnevmoniya zamanı istifadə olunan preparatdır.

Ass 200 tablet haqqında məlumat
- Ass 200 tablet qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Ass 200 tablet nə üçündür?
Ass 200 tablet qiyməti
Ass 200 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ass 200 tablet qiyməti 8 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ass tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
ASS® 200 fışıldayan tabletlər
ACC® 200
Beynəlxalq patentləşdirilməmiş adı: Acetylcysteine
Tərkibi
Təsiredici maddə: 1 fışıldayan tabletin tərkibində 200 mq asetilsistein vardır.
Köməkçi maddələr: askorbin turşusu, susuz limon turşusu, susuz laktoza, mannitol, natrium sitrat, natrium hidrokarbonat, susuz natrium-karbonat, natrium saxarin, böyürtkən aromatizatoru “B”.
Təsviri
Ağ rəngli, yumru, hamar, bir tərəfində xətti olan, böyürtkən ətirli tabletlərdir.
Farmakoterapevtik qrupu
Mukolitiklər.
ATC kodu: R05CB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Asetilsistein amin turşusu sisteinin törəməsidir. Asetilsistein tənəffüs yollarında sekretolitik və sekretomotor təsir göstərir. Onun mukopolisaxarid zəncirlərinin arasında olan birləşmiş disulfid tellərini ayırdığı və DNT-zəncirlərinə depolyarizasiyaedici təsir göstərməsi ehtimal edilir (irinli bəlğəmdə). Bu təsir mexanizmlərinin nəticəsində bəlğəmin qatılığı azalır.
Asetilsisteinin alternativ mexanizmi onun SH qrupunun kimyəvi radikalları birləşdirmək və bu yolla onların toksikliyini aradan qaldırmaq qabiliyyəti ilə bağlıdır.
Bundan əlavə, asetilsistein qlutationun sintezinin artmasında iştirak edir ki, bu da zərərsizləşdirmə üçün vacibdir. Bu, parasetamol intoksikasiyası zamanı onun antidot kimi istifadəsini əsaslandırır.
Xronik bronxiti/mukovissidozu olan pasiyentlərdə bakterial fəsadlaşmaların tezliyinə və ağırlığına təsir göstərmək üçün asetilsistein profilaktik məqsədlə təyin olunur.
Farmakokinetikası
Absorbsiyası
Daxilə qəbul olunduqdan sonra asetilsistein sürətlə və demək olar ki, tam şəkildə qaraciyərdə absorbsiya olunur və farmakoloji aktiv olan metabolitinə, sisteinə və onunla yanaşı diasetilsisteinə, sistinə və daha sonra qarışıq disulfidlərə metabolizə olunur.
Paylanması
Yüksək ilkin keçid effektinə görə daxilə qəbul olunan asetilsisteinin biomənimsənilməsi çox aşağıdır (təxminən 10%). İnsanlarda maksimal plazma konsentrasiyaları 1-3 saatdan sonra yaranır, sistein metabolitinin maksimal plazma konsentrasiyası təxminən 2 µmol/l təşkil edir. Asetilsisteinin zülallarla birləşməsi təxminən 50% təşkil edir.
Biotransformasiyası
Asetilsistein və onun metabolitləri orqanizmdə üç formada olur: qismən sərbəst formada, qismən dəyişkən disulfid zəncirləri vasitəsilə zülallarla birləşmiş formada və qismən birləşmiş amin turşusu formasında. Asetilsistein demək olar ki, eksklüziv olaraq qeyri-aktiv metabolitlər formasında böyrəklər vasitəsilə xaric olunur (qeyri-üzvi sulfatlar, diasetilsistein). Plazmada asetilsisteinin yarımparçalanma dövrü təxminən 1 saat təşkil edir və əsasən sürətli qaraciyər transformasiyası ilə müəyyən edilir. Bu səbəbdən qaraciyər funksiyasının zəifləməsi plazmada yarımparçalanma dövrü-nün 8 saata qədər uzanması ilə nəticələnir.
Xaric olması
Asetilsisteinin venadaxili təyin olunması ilə aparılmış farmakokinetik tədqiqatlarda paylanma həcminin 0,47 l/kq (ümumi) və ya 0,59 l/kq (azalmış) olması müəyyən edilmişdir; plazma klirensi 0,11 l/s/kq (ümumi) və 0,84 l/s/ (azalmış) təşkil etmişdir
Venadaxili təyinindən sonra yarımxaricolma dövrü 30-40 dəqiqə təşkil etmişdir, xaricolma 3 fazalı kinetikadan ibarət olmuşdur (alfa, beta və sonuncu qamma fazası).
Asetilsistein plasentadan keçir və plasentar qanda aşkar edilmişdir. Ana südünə nüfuz etməsi barədə məlumat yoxdur.
Asetilsisteinin insanlarda hematoensefalik baryerdən keçməsi barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Qatı, çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri, məsələn: kəskin və xroniki bronxit, obstruktiv bronxit, pnevmoniya, bronxoektaziya, bronxial astma, bronxiolit, həmçinin mukovissidoz, kəskin və xroniki sinusit, orta qulağın iltihabı (orta otit) zamanı sekretolitik terapiya.
Əks göstərişlər
Asetilsisteinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq .
Aktiv peptik xora
2 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bronxial astma və anamnezində xorası olan pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Asetilsistein, xüsusən müalicənin erkən mərhələlərində durulaşmaya səbəb ola bilər və bunun nəticəsində bronxial ifrazın həcminin artması müşahidə oluna bilər. Pasiyent bəlğəmi xaric edə bilmirsə (kifayət qədər), müvafiq tədbirlər görülməlidir (məs. drenaj, aspirasiya).
Asetilsisteindən istifadə zamanı Stivens-Conson və Layell sindromları kimi ağır dəri reaksiyalarının baş verməsi barədə, çox nadir hallarda olsa da, məlumatlar verilib. Əgər dəri və selikli qişalarda dəyişikliklər baş verdikdə, Asetilsisteinin istifadəsini dayandırmaq və ləngimədən tibbi yardım üçün müraciət etmək lazımdır.
Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Belə xəstələrdə asetilsisteinlə uzun müddətli müalicədən qaçınmaq lazımdır, belə ki asetilsisteinin histamin metabolizminə təsiri nəticəsində dözümsüzlük simptomları ( məsələn, baş ağrısı, burundan selikli ifrazat, qaşınma) yarana bilər.
Bir fışıldayan tabletin tərkibində təxminən 4,3 mmol (98,8 mq) natrium var. Natriumun miqdarı nəzarət olunan pəhrizdə olan (az miqdarda duz) xəstələrdə preparatın istifadəsi zamanı bunu nəzərə almaq lazımdır.
Tərkibində laktoza olduğu üçün ASS 200 qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi patologiyaları olan pasiyentlərdə istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Asetilsisteinin və öskürəkəleyhinə preparatların kombinəolunmuş istifadəsi zamanı öskürək refleksinin ləngiməsi nəticəsində sekretin təhlükəli durğunluğu yarana bilər. Bu səbəbdən, belə kombinəolunmuş terapiyanın təyini üçün xüsusi diqqətlə diaqnozun qoyulması tələb olunur.
Asetilsistein tərəfindən antibiotiklərin inaktivləşməsi barədə indiyə qədər əldə olunmuş məlumatlar yalnız in vitro təcrübələrə əsaslanmışdır ki, burada müvafiq maddələr bir-biri ilə bilavasitə qarışmışdır. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə peroral antibiotikləri asetilsisteindən ayrı, minimum iki-saatlıq interval saxlamaqla qəbul etmək lazımdır. Bu, sefiksimə və lorakarbefə şamil edilmir.
Asetilsistein nitroqliserinin damargenişləndirici effektini gücləndirə bilər.
Ehtiyatlı olmaq tövsiyyə edilir.
Qliseril trinitratın (nitroqliserin) asetilsistein ilə birgə tətbiq olunması trombositlərin aqreqasiyasına inhibə edici və vazodilyatator təsirinin gücləndirilməsi ilə nəticələnə bilər.
Əgər asetilsistein qliseril trinitrat ilə birgə tətbiq olunması zəruri hesab olunursa, xəstələr ağır dərəcəli ola bilən hipotenziyanın mümkün inkişafına görə nəzarət olunmalıdırlar və mümkün baş ağrıları haqqında məlumatlandırılmalıdırlar.
Yüksək dozalarda aktivləşdirilmiş kömürün ( antidot kimi) tətbiqi asetilsisteinin effektivliyini azalda bilər.
Laborator göstəricilərin təyin olunmasında dəyişikliklər
Asetilsistein salisilatların kolorimetrik üsulla təyin olunmasına təsir göstərə bilər. Sidik sınaqlarında, asetilsistein keton cisimlərin təyini nəticəsinə təsir göstərə bilər. Asetilsistein tərkibli maddələrin digər dərman vasitələri ilə birgə həll olunması tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınların asetilsisteinin təsirinə məruz qalmaları barədə məlumat məhduddur. Heyvanlar üzərində aparılmış tədqiqatlar onun hamiləliyə, embrionun/dölün inkişafına, doğuş və ya postnatal inkişafa təsir göstərəcəyini nümayiş etdirməmişdir. Asetilsistein hamiləlik dövründə yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra istifadə oluna bilər.
Laktasiya
Preparatın ana südünə keçməsi barədə məlumat yoxdur.
Asetilsistein laktasiya dövründə yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra istifadə oluna bilər
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Qeyd olunmayıb.
İstifadə qaydası və dozası
Başqa cür təyin olunmadığı halda ASS 200 aşağıdakı dozalarda qəbul edilməsi məsləhət görülür:
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr
Gündə 2-3 dəfə 1 fışıldayan tablet (gündə 400-600 mq asetilsisteinə ekvivalentdir)
Yeniyetmələr və 6 yaşdan 14 yaşa qədər uşaqlar
Gündə iki dəfə 1 fışıldayan tablet (gündə 400 mq asetilsisteinə ekvivalentdir)
2 yaşdan 5 yaşa qədər uşaqlar
Gündə 2-3 dəfə ½ fışıldayan tablet (gündə 200-300 mq asetilsisteinə ekvivalentdir)
Mukovissidoz
Yeniyetmələr və 6 yaşdan yuxarı uşaqlar
Gündə 3 dəfə 1 fışıldayan tablet (gündə 600 mq asetilsisteinə ekvivalentdir)
2 yaşdan 6 yaşa qədər uşaqlar
Gündə 4 dəfə ½ fışıldayan tablet (gündə 400 mq asetilsisteinə ekvivalentdir)
İstifadə qaydası
Həll edildikdən sonra daxilə qəbul olunur.
Fışıldayan tablet bir stəkan içməli suda həll edilir və yeməkdən sonra qəbul olunur.
Maye qəbulu asetilsisteinin mukolitik effektini gücləndirir.
İstifadə müddəti
Qısamüddətli kəskin soyuqdəymə xəstəlikləri zamanı qəbul müddəti 5-7 gün təşkil edir.
Xronik bronxit və mukovissidoz zamanı preparatı daha uzun müddət qəbul etmək lazımdır ki, infeksiyanın profilaktikasına nail olunsun.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez: (³ 1/10)
Tez-tez: (³ 1/100; < 1/10)
Bəzən: (³ 1/1 000; < 1/100)
Nadir hallarda: (³ 1/10 000; < 1/1 000)
Çox nadir hallarda: (< 1/10 000)
Məlum deyil: (mövcud məlumatlara əsasən təyin etmək mümkün deyil)
İmmun sistemdə baş verən pozğunluqlar
Bəzən: hiperhəssaslıq reaksiyaları
Çox nadir hallarda: anafilaktik şok, anafilaktik/anafilaktoid reaksiyalar
Sinir sistemində baş verən pozğunluqlar
Bəzən: başağrısı
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar
Bəzən: qulaqlarda cingilti
Ürəkdə baş verən pozğunluqlar
Bəzən: taxikardiya
Damarlarda baş verən pozğunluqlar
Bəzən: hipotenziya
Çox nadir hallarda: qanaxma
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar
Nadir hallarda: təngnəfəslik, bronxospazm
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Bəzən: ürəkbulanma, qusma, diareya, qarında ağrı, stomatit
Nadir hallarda: dispepsiya
Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar
Bəzən: övrə, səpgi, angionevrotik ödem, qaşınma, ekzantema
Ümumi pozulmalar və yeridilmə yerində dəyişikliklər
Bəzən: qızdırma
Məlum deyil: üzün şişkinliyi
Müxtəlif tədqiqatlarda asetilsisteinin təsiri nəticəsində trombositlərin aqreqasiyasının azalması təsdiq olunmuşdur. Hazırda bu vəziyyətin klinik dəyəri müəyyən olunmayıb.
Çox nadir hallarda, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi ağır dərəcəli dəri reaksiyaları asetilsisteindən müvəqqəti istifadə zamanı qeyd olunmuşdur. Qeyd olunan belə halların çoxunda, eyni vaztda ən azından bir əlavə dərman vasitəsinin qəbulu təsvir olunmuş selikli qişa-dəri təsirini gücləndirə bilər. Əgər dəri və ya selikli qişada qeyri-normal reaksiyalar baş verərsə, dərhal asetilsisteinin qəbulu dayandırılmalıdır və tibbi məsləhət tövsiyə olunmalıdır.
Doza həddinin aşılması
Asetilsisteinin daxilə qəbul olunan formaları ilə əlaqəli doza həddinin toksik aşılması barədə indiyə qədər məlumat daxil olmamışdır. Könüllülər 3 ay ərzində 11,6 q gündəlik doza ilə hər hansı ciddi əlavə təsir müşahidə olunmadan müalicə almışdır. 500 mq/kq bəd.küt.-ə qədər dozada daxilə qəbul olunan asetilsistein hər hansı intoksikasiya əlaməti törətməmişdir.
İntoksikasiya əlamətləri
Doza həddinin aşılması nəticəsində ürəkbulanma, qusma və diareya kimi mədə-bağırsaq əlamətləri yarana bilər. Körpələrdə hipersekresiyanın yaranması təhlükəsi vardır.
İntoksikasiyanın müalicəsi
Ehtiyac olduqda simptomatik müalicə aparılır.
Buraxılış forması
20 ədəd ACCÒ 200 fışıldayan tablet, tubda. 1 tub içlik vərəqə ilə birgə kartоn qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C0-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saхlamaq lazımdır. Rütubətdən qorumaq üçün, tubu kip bağlı şəkildə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Salutas Farma GmbH, Otto-von-Guericke-Allee, 139179 Barleben, Almaniya,
Hermes Farma Ges.m.b.H.1, Allgäu 36, A-9400 Wolfsberg, Avstriya.
Hermes Arzneimittel GmbH, Hans-Urmiler Ring 52, Wolfratshausen, Almaniya.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman
aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur.
Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75
Winter Park Plaza business center, mərt.3
Tel.: +994 12 599-83-89
+994 12 599-83-90
Ass 200 tablet nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






