Viskotein (Viscoteina) 200 ml məhlul haqqında məlumat

Viskotein (Viscoteina) - Öskürək zamanı, bronxit, pnevmoniya zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 27, 2024 - 11:30
 0
Viskotein (Viscoteina) 200 ml məhlul haqqında məlumat
Viskotein (Viscoteina)

Viskotein haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Viskotein qiyməti

Viskotein 200 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Viskotein qiyməti 8 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Viscoteina qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Carbocysteine

Tərkibi:

Təsiredici maddə: 1 ml-in tərkibində 50 mq Karbosistein (B.P.A.)  vardır.
Köməkçi maddələr: su, saxaroza, natrium-hidroksid, natrium metilparaben (E219), natrium propilparaben (E217), natrium saxarin, karamel boya (E217).

Farmakoloji xüsusiyyətləri

VİSKOTEİNA-nın tərkibində təsiredici maddə kimi yalnız karbosistein (S-karboksi-metil-L-sistein) vardır. Karbosistein selik ifrazını tənzimləməklə bəlğəmgətirici təsir göstərir və eyni zamanda müəyyən dərəcədə yerli iltihabəleyhinə təsirə malikdir.
Karbosisteinlə müalicədən sonra bronxial seliyin reoloji xassələrinin normallaşması mukosiliar sistemlə və öskürək mexanizmi ilə birlikdə seliyin asan xaric olmasına səbəb olur. Digər tərəfdən, bəzi əlamətlərə görə güman etmək olar ki, karbosistein mukosiliar funksiyaya müsbət təsir göstərərək, aşağı səviyyədə olduğu halda, onu yüksəldir.
Bu mexanizmlər vasitəsilə VİSKOTEİNA seliyin xüsusiyyətlərini dəyişdirir, bəlğəmin və digər selik sekretlərinin miqdarını artırır, onların axıcılığını yaxşılaşdırır, nəfəs yollarını açır, nəfəsalmada olan çətinliyi azaldır, öskürək tezliyini azaldır.

İstifadəsinə göstərişlər

VİSKOTEİNA yuxarı tənəffüs yollarında, bronxial ağacda və orta qulaqda selik sekretinin həcminin və özlülüyünün artmasına səbəb olan xəstəliklərin müalicəsi üçün təyin olunur.
Bu xəstəliklərə - sinusit, rinit, faringit, laringit, traxeit, bronxoreya, kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, bronxoektaziya, emfizema, kista-fibroz, orta qulaq otiti və ototubarit aiddir. Müalicə olunan xəstəliyin infeksion təbiətli olması imkanı nəzərə alınmalıdır, belə olduqa paralel baş verən bakterial infeksiya müvafiq antibiotiklə müalicə olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Simetidin karbosisteinin metabolik yollarından birini (sulfoksidləşmə) tormozlayır ki, nəticədə karbosisteinin zərdab konsentrasiyasının bir qədər yüksəlməsi mümkündür. Lakin bu, heç bir klinik əhəmiyyət daşımır. VİSKOTEİNA ilə öskürək əleyhinə və/və ya şirə ifrazını azaldan dərman vasitələrinin (məs., atropin tipli preparatlar) eyni zamanda istifadəsi tövsiyə olunmur, belə ki, bu zaman onların təsiri zəifləyə bilər. Həddindən artıq turş və ya qələvi mühitlə və ağır metallarla birlikdə istifadə edilməməlidir.

Əks göstərişlər

Dərmana və ya onun hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Xroniki qlomerulonefritin kəskinləşmə mərhələsi və sistit
Aktiv peptik xora.
Hamiləliyin I trimestri.

Digər dərman vasitiləri ilə qarşılıqlı təsiri

Simetidin karbosisteinin metabolik yollarından birini (sulfoksidləşmə) tormozlayır ki, nəticədə karbosisteinin zərdab konsentrasiyasının bir qədər yüksəlməsi mümkündür. Lakin bu heç bir klinik əhəmiyyət daşımır. VISKOTEINA ilə öskürək əleyhinə və/və ya şirə ifrazını azaldan dərman vasitələrinin (məs., atropin tipli preparatlar) eyni zamanda istifadəsi tövsiyə olunmur, belə ki, bu zaman onların təsiri zəifliyə bilər. Həddindən artıq turş və ya qələvi mühitlə və ağır metallarla birlikdə istifadə edilməməlidir.

Ehtiyat tədbirləri

Mədə-onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Əlavə təsirləri

Ümumiyyətlə, bu dərman orqanizm tərəfindən yaxşı qəbul olunur və əhəmiyyətli sistem təsirlərə malik deyildir. Çox nadir hallarda həzm pozğunluqları, mədə ağrısı, ürəkbulanma, diareya, başağrısı və səpgi meydana çıxa bilər ki, bunlar da adətən az əhəmiyyətlidir və qısamüddətlidir. Dərman vasitəsinin qəbulunu dayandırdıqda bu təsirlər aradan qalxır.

XƏBƏRDARLIQ

QADINLAR ÜÇÜN VACİBDİR
Əgər siz hamiləsinizsə və ya buna şübhəniz varsa, o zaman bu dərman vasitəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Bu dərman vasitəsinin hamiləlik dövründə istifadəsi embrion və ya döl üçün təhlükəli ola bilər və bu vəziyyət həkim nəzarəti tələb edir.
Köməkçi maddələr barədə xəbərdarlıq
Bu dərman vasitəsinin hər 15 ml-in tərkibində 4,5 q, hər 5 ml-in tərkibində 1,5 q, hər 2,5 ml-in tərkibində 0,75 q saxaroza vardır. Fruktozaya dözümsüzlüyü olan, qlükoza/qalaktoza malabsorbsiyası olan, saxaroza-izomaltaza çatışmazlığı olan və şəkərli diabeti olan pasiyentlər bunu nəzərə almalıdırlar.
Bu dərman vasitəsinin hər 15 ml-də 133,983 mq, hər 5 ml-də 44,661 mq, hər 2,5 ml-də 22,3305 mq natrium olduğundan, o, tərkibində az natrium olmaqla pəhriz saxlayanlar üçün zərərli ola bilər.

Göstərişlər:

Yuxarı tənəffüs yollarında, bronxial ağacda və orta qulaqda selik sekretinin həcminin və özlülüyünün artmasına səbəb olan xəstəliklərin müalicəsi:
sinusit, rinit, faringit, laringit, traxeit, bronxoreya, kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, bronxoektaziya, emfizema, kista-fibroz, orta qulaq otiti və ototubarit.

İstifadə qaydası və dozası

15 yaşdan yuxarı şəxslərə gündə 3 dəfə 15 ml (750 mq).

Doza ddinin aşılması

VİSKOTEİNA preparatına qarşı yüksək tolerantlıq olduğundan onunla intoksikasiya hallarının baş verməsi ehtimalı demək olar ki, sıfır dərəcəsindədir. Karbosisteinin yüksək dozalarda istifadə edilməsi mədə ağrısına, ürəkbulanmaya, qusmaya və ishala səbəb ola bilər. Mədə-bağırsağın selikli qişasının zədələnməsi baş verə bilər. Doza həddinin aşılması zamanı və ya təsadüfən artıq dozada qəbul etdikdə Toksikoloji Məlumat xidməti ilə məsləhətləşin.

Buraxılış forması

200 ml oral məhlul, flakonlarda. 1 flakon içlik vərəqə ilə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Birbaşa işıq şüaları düşməyən və uşaqlarin əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

FAES FARMA, S.A. Máximo Aguirre 14-48940 Leioa (Vizcaya) Spain.

Viskotein nə üçündür?

  1. Öskürək əleyhinə dərmanlar
  2. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  3. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  4. Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow