Venosmil gel qiyməti və istifadə qaydası necədir?

Venosmil gel - Tromboflebit zamanı, babasil zamanı, qan dövranının digər xəstəliklərində, venaların varikoz genişlənməsi zamanı istifadə olunan preparatdır.

Sep 27, 2024 - 12:13
 0
Venosmil gel qiyməti və istifadə qaydası necədir?
Venosmil gel

Venosmil gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Venosmil gel qiyməti

Venosmil qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Venosmil gel qiyməti 13 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Venosmil qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Hidrosmin

Tərkibi:

Təsiredici maddə:  100 q gelin tərkibində 2 q hidrosmin vardır.
Köməkçi maddələr: karbopol, trietanolamin, metilparaben, propilparaben, distillə suyu.

Farmakoterapevtik qrupu

Flebotonik dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri

Venosmil flebotonik dərman vasitəsi olub, qan dövranına aktivləşdirici təsir göstərir. Preparatın təsiredici maddəsi sadə kimyəvi quruluşa malik olub, FAES FARMA, S.A. tərəfindən sintez edilmiş və onun venoz hemodinamikanı yaxşılaşdırdığı, kapillyarların müqavimət qabiliyyətini artırdığı sübut  edilmişdir. Venosmil vaskulyar homeostazı yaxşılaşdırır, kapillyar keçiriciliyi azaltmaqla hemorragik (qansızma) riski azaldır. 

İstifadəsinə göstərişlər

Təzahür edən venoz çatışmazlığın yerli müalicəsi.

Əks göstərişlər

Məlum deyil və ya göstərilməmişdir.

Ehtiyat tədbirləri

Məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Məlumat yoxdur.

İstifadə qaydası və doza

Gel, gündə 3 dəfə nazik təbəqə şəklində yüngül əl hərəkətləri ilə xəstə nahiyəyə sürtülür.

Əlavə təsirləri

Məlumat yoxdur.
Preparatdan istifadə edərkən hər hansı lokal reaksiya müşahidə edilərsə bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Preparatdan istifadə zamanı doza həddinin aşılması əlamətləri müşahidə edilməmişdir. Əgər belə hal müşahidə eilərsə Toksikoloji Məlumat Xidmətinə məlumat vermək lazımdır.

Buraxılış forması

60 q gel alüminium tublarda, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

30 C-dən yuxarı olmayan temperaturda, havası təmiz olan, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti tubun  və yerləşdirildiyi qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim reseptilə buraxılır.

İstehsalçı

FAES FARMA, S.A.
C/Mbximo Aguirre, 14
48940 Leioa (Espasa-Espagne-Spain).

Venosmil gel nə üçündür?

  1. Venaların varikoz genişlənməsi zamanı istifadə olunan dərmanlar
  2. Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
  3. Tromboflebit zamanı istifadə olunan dərmanlar
  4. Babasil zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow