Venosmil kapsul istifadə qaydası necədir?
Venosmil kapsul - Babasil zamanı, tromboflebit zamanı, venaların varikoz genişlənməsi zamanı, qan dövranının digər xəstəliklərində istifadə olunan preparatdır.

Venosmil kapsul haqqında məlumat
Venosmil kapsul qiyməti
Venosmil kapsul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Venosmil kapsul qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Venosmil qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Hidrosmin
Tərkibi:
Təsiredici maddə: 200mq hidrosmin vardır
Köməkçi maddələr: maqnezium-stearat, jelatin, eritrozin (E127), narıncı sarı S (E110), sarı xinolin (E104) və titan 40 oksid (E171).
Farmakoloji xüsusiyyətləri
Hidrosmin flavonoidlər qrupuna aid olub venaların varikoz genişlənməsinin və trombozun nəticəsi kimi meydana çıxan aşağı ətraflarda venoz durğunluğu aradan qaldırır.
İstifadəsinə göstərişlər
Venosmil xroniki venoz durğunluqla əlaqəli simptom (ağrı, şişkinlik, ayaqların ağırlaşması hissi) və ödəmlərin qısa müddətli yüngülləşdirilməsi məqsədi ilə (2-3 ay) istifadə edilir.
Əks göstəririşlər
Venosmil aşağıdakı hallarda yüksək ehtiyatla və həkimlə məsləhətləşdikdən sonra təyin edilməlidir:
Əgər dərman vasitəsinə və ya onun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq reaksiyası müşahidə olunarsa;
Bronxial astma xəstələrində və aspirinə qarşı allergik reaksiya müşahidə olunan şəxslərdə.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın keçmişdə qəbul etdiyiniz bütün dərman vasitələri barədə, hətta həkiminiz tərəfindən təyin edilməsə də belə, müalicə həkiminizi və ya əczaçını xəbərdar edin.
Venosmilin qida maddələri və digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat olmasa da, digər dərmanlar həkim məsləhəti olmadan qəbul edilə bilməz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya hamilə olmaq ehtimalınız varsa bu dərman vasitəsini qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.
Venosmil dərman vasitəsinin hamiləlik zamanı qəbulu ilə əlaqədar əsaslandırılmış məlumatların olmaması ilə əlaqədar preparatın hamiləlik zamanı istifadəsi arzuolunmazdır. Hidrosminin ana südünə keçməsi ilə əlaqədar əsaslı məlumatlar olmadığı üçün laktasiya dövründə istifadəsi məsləhət deyildir.
İstifadə qaydası və doza
Dərman vasitəsinin istifadəsi qaydası həkim tərəfindən müəyyənləşdirilir.
Daxilə qəbulu
Böyüklərdə:
Venosmil 1 ədəd 200 mq-lıq kapsul gündə 3 dəfə daxilə təyin edilir.
Blisterdən xaric edilmiş tablet dərhal, su və ya hər hansı bir maye ilə daxilə qəbul edilir.
Doza həddinin aşılması
Bu zaman müalicə həkiminizlə məsləhətləşin.
Əlavə təsirləri:
Bu dərman vasitəsi adətən orqanizm tərəfindən yaxşı qəbul edilir.
Ən çox rast gəlinən əlavə təsirlər həzm pozğunluqları (mədə ağrıları, ürəkbulanma), dəri zədələnməsi (səpgi və qaşınma) və sinir sistemi pozğunluqları şəklində müşahidə olunur.
Hər hansı bir əlavə təsirlər müşahidə olunarsa müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin.
Köməkçi maddələr barədə xəbərdarlıq:
Bu dərman vasitəsinin tərkibində bronxial astma və aspirinə qarşı həssas insanlarda allergiya törədə bilən narıncı sarı S (E 10) maddə mövcuddur.
Buraxılış forması
Blister 20, 60 ədəd kapsul, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Digər buraxılış forması
VENOSMİL gel, 60 q tübikdə, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
Qutunun üzərində göstərilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Həkim resepti ilə buraxılır.
İstehsalçı
FAES FARMA, S.A.
C/Mbximo Aguirre, 14
48940 Leioa (Espasa-Espagne-Spain)
Venosmil kapsul nə üçündür?
- Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Venaların varikoz genişlənməsi zamanı istifadə olunan dərmanlar
- Tromboflebit zamanı istifadə olunan dərmanlar
- Babasil zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






