Trausan damcı nə üçündür?
Trausan damcı - Kəllə-beyin və digər travmalar zamanı, beyin qan dövranı pozğunluğunda istifadə olunan preparatdır.

Trausan damcı haqqında məlumat
- Trausan damcı qiyməti
- Əks göstərişlər
- Ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Trausan damcı nə üçündür?
Trausan damcı qiyməti
Trausan qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Trausan damcı qiyməti 18 azn - 21 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Trausan damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Citicholine
Tərkibi
Təsiredici maddə: məhlulun 100 ml-də 10 q,1 ml-də isə 100 mq xolin sitidil-difosfat (sitixolin) vardır.
Köməkçi maddələr: natrium-saxarinat, karamel ətiri, propil p-hidroksibenzoat (nipazol), metil p-hidroksibenzoat (nipagin), kalium sorbat, propilenqlikol, təmiz alkoqol, xlorid turşusu, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Beyin metobolizmini yaxşılaşdıran dərman vasitəsi.
Fakmakoloji xüsusiyyətləri
Sitixolin neyron membranının əsas struktur elementləri olan lesitinin və digər fosfolipidlərin (digər maddələr arasında) sintezinə təsir göstərən koenzimdir.
Sitixolinin biokimyəvi aktivliyi özünü əsasən fosfolipid sintezinin (xüsusilə lesitin) çatışmazlığı, müxtəlif hadisələr nəticəsində baş verən beyin zədələnmələri və şüur dolaşıqlığı fonunda beynin ikincili funksional pozğunluğu zamanı göstərir. Bu kimi hallarda sitixolin selektiv keçiriciliyi tənzimləyir, ion balansını yenidən bərpa edir, mitoxondrial və hüceyrə enzim sisteminin fəaliyyətini aktivləşdirir.
İstifadəsinə göstərişlər
TRAUSAN fosfolipid metabolizminin çatışmazlığı fonunda beynin ikincili funksional pozğunluğunun bütün hallarında təyin olunur: serebral ateroskleroz, qocalıqla bağlı həyacanlı-depressiv vəziyyətlər, nitq pozğunluqları, serebrovaskulyar pozğunluqlar, başgicəllənmə.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Hemorragik mənşəli serebrovaskulyar zədələnmələr.
Ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Meklofenoksat və L-dopa ilə birlikdə istifadə olunmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, yenidoğulmuşlarda, körpə uşaqlarda, qocalarda və orqanizimdə xüsusi çatışmazlıqlar olan şəxslərdə istifadə olunduğu zaman sitixolinin təhlükəsizliyi barədə məlumatlar olmadığından belə hallarda onun təyin olunması tövsiyə olunmur.
İstifadə qaydası və dozası
İstifadə qaydası, dozası və müalicə müddəti həkimin göstərişinə əsasən həyata keçirilməlidir.
Ümumiyyətlə aşağıdakı dozalar tövsiyə olunur:
Böyüklərə: gündə 2-3 dəfə 100-200 mq (1-2 ml).
Uşaqlara: gündə 2-3 dəfə 100 mq (1 ml)
Tövsiyə olunan dozada (1-2 ml) preparat az miqdarda su ilə qarışdırılaraq qəbul edilir.
Müalicə müddəti və maksimal doza klinik mənzərəyə əsasən müəyyən edilir.
Əlavə təsirləri
Nadir hallarda həzm prosesində dəyişikliklər və qan təzyiqini azacıq aşağı salması barədə məlumatlar vardır.
Preparatın qəbulunun dayandırılmasına və ya bir, yaxud bir neçə doza gəbulundan imtinaya səbəb ola biləcək əlavə təsirlər barədə məlumat yoxdur.
Doza həddinin aşılması
Preparat toksiki təsirə malik olmadığı üçün ciddi nəticələrə səbəb ola biləcək doza həddinin aşılması gözlənilmir.
Buraxılış forması
Preparatın oral qəbul üçün məhlul 50 ml-lik flakonlara qablaşdırılır. Flakonlar dozalayıcı şpris və içlik vərəqə ilə birlikdə qutulara yerləşdirilir.
Saxlanma şəraiti
25 Co- dən aşağı temperaturda, işıq düşməyən, təmiz, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilir.
Yararlıq müddəti bidtikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboiratorios Vitoria S.A (GRUPO FAES)
Rua Elias Garcia, 28
Venda Nova - 2700-327-Amadora
PORTUGAL
Trausan damcı nə üçündür?
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Kəllə-beyin və digər travmalar
- Neyrosirkulyator distoniya (NSD)
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






