Tensikey tablet haqqında məlumat

Tensikey - Hipertoniya zamanı, miokard infarktı zamanı, ürək çatışmamazlığı zamanı, diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 27, 2024 - 13:31
 0
Tensikey tablet haqqında məlumat
Tensikey

Tensikey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Tensikey qiyməti

Tensikey 20 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tensikey qiyməti 9 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tensikey tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: hər tabletin tərkibində 20 mq lizinopril vardır (lizinopril dihidrat şəklində).
Köməkçi maddələr: mannitol, kalsium-fosfat, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium-stearat.

Təsviri

Girdə, üstündə kəsiyi olan ağ tabletlərdir.

Farmakoterapevtik qrupu

Angiotenzinçevirici fermentin (AÇF) inhibitoru.

ATC kodu: C09AA

İstifadəsinə göstərişlər

  • Hipertenziya (yüksək qan təzyiqi).
  • Simptomatik ürək çatışmazlığı.
  • Kəskin miokard infarktının qısamüddətli müalicəsi.
  • Hipertenziyah xəstələrdə II tip şəkərli diabet nəticəsində yaranan böyrək çatışmazlığı.

Əks göstərişlər

  • Lizinopril, onunla eyni qrupdan olan dərman vasitələrinə (AÇF-in inhibitorları) və preparatın tərkibində olan hər hansı komponentə qarşı allergiya.
  • Əvvəllər lizinoprillə eyni qrupdan olan preparatların (AÇF-in inhibitorları) qəbulu zamanı əllərin, ayaqların,o vucun, sifətin, dodaqların,dilin və/və ya udlağın şişməsinə, udqunmanın və tənəffüsün çətinləşməsinə səbəb olan allergik reaksiyalar baş vermişsə və ya oxşar reaksiyalar ailə üzvlərindən hər hansı birində meydana çıxmışsa.
  • Hamiləlik

Ehtiyat tədbirləri

Aşağıdakı hallarda Tensikey-lə xüsusilə ehtiyatlı olmaq lazımdır:
-Aortanın (aortanın stenozu), böyrək arteriyalarının (böyrək arteriyalarının stenozu) və ya ürək qapaqlarının (mitral qapağın stenozu) koarktasiyası olduqda və ya ürək əzələsinin qalınlaşmasında (hipertrofik miokardiopatiya).
-Miokard infarktı keçirmiş şəxslər.
-Böyrək çatışmazlığı olan və ya dializ olunan xəstələr.
-Qaraciyər çatışmazhğından əziyyət çəkmiş xəstələr.
-Qan-damar xəstəliyindən (kollagen vaskulyar xəstəlik) əziyyət çəkmiş və/və ya allopurinolla (podaqranın müalicəsi üçün), prokainamidlə (aritmiyanın müalicəsi üçün), immunosupressorlarla (orqanizmin immunoloji cavab reaksiyalarını zəiflədən dərman vasitələri) müalicə olunan xəstələr.
-Diabetli xəstələr.
-Duzsuz dieta saxlayan, əvəzedici müalicə vasitəsi kimi kalium qəbul edən, kaliumqoruyucu diuretiklərdən istifadə edən və ya yaxın vaxtlarda həddindən artıq qusmadan və ya diareyadan əziyyət çəkən xəstələr.
-Öskürəkli xəstələr.
-Aşağı sıxlıqlı lipoproteinlərin miqdarının yüksəlməsinə qarşı və ya allergik reksiyaları zəiflətmək üçün və ya an sancması nəticəsində yaranan qaşınmanı aradan qaldırmaq üçün müalicə alan xəstələr.
-Qan təzyiqi aşağı olan xəstələr (bu özünü,xususilə başlanğıc dozalarda və ayağa qalxan zaman bayılma və ya başgicəllənmə şəklində göstərə bilər.Belə hallarda uzanmaqla vəziyyətdən çıxmaq olar).
Bütün bu hallarda dozanın tənzimlənməsi və ya tenzikeylə müalicənin dayandırılmasına ehtiyac olduğunu aydınlaşdırmaq üçün həkimlə məsləhstləşmək lazımdır.
Əgər Tensike-lə müalicə zamanı tənəffus çətinləşərsə,sifət,dodaqlar dil və/və ya udlaq şi-şərsə tenzikeylə müalicəni dayandırmaq və dərhal tibbi yardım çağırmaq lazımdır.
Əgər cərrahi müdaxilə üçün xəstəxanaya müraciət olunubsa bu barədə həkimə xəbərdarlıq edilməlidir. Ümumi və ya yerli anesteziyadan əvvəl həkimə və ya stomatoloqa Tensikey-dən istifadə olunduğu barədə məlumat verilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Tensikey-lə müalicədən əvvəl hər hansı dərman vasitəsi qəbul edilmişsə və ya hazırda qəbul edilirsə (hətta reseptsiz buraxılan dərman maddəsi olsa belə) bu barədə həkimə məlumat verilməlidir. Nəzərə almaq lazımdır ki, bu tələb həmçinin əvvəllər qəbul edilmiş və ya sonralar qəbul ediləcək dərman maddələrinə də aiddir.
Müəyyən dərman maddələri Tensikey-lə qarşılıqlı təsirə girə bilər; belə hallarda ya dozada dəyişiklik etmək, ya da preparatlardan birinin qəbulunu dayandırmaq lazım gələ bilər. Əgər aşağıdakı dərman vasitələrindən hər hansı biri qəbul edilirsə və ya əvvəllər qəbul edilmişsə, bu barədə həkimə mütləq məlumat verilməlidir:
•Diuretiklər (sidikqovucu dərman vasitələri).   
•Kalium əlavələri və ya tərkibində kalium olan duzlar.
•Psixi pozğunluqlarda istifadə olunan dərman maddələri, o cümlədən litium,antipsixotik maddələr və ya trisiklik antidepressantlar.
•Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələri, o cümlədən artritərin və ya əzələ ağrılarının müalicəsi üçün istifadə olunan indometasin və aspirinin yüksək dozaları (gündə 3 q-dan çox).
•Antihipertenziv maddələr (yüksək qan təzyiqini aşağı salan dərman vasitələri).                             
•Simpatomimetik dərman vasitələri (mərkəzi sisteminə stimullaşdırıcı təsir göstərən dərman vasitələri).
•Şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərman vasitələri (insulin və ya oral antidiabetik maddələr).
•Trombolitik dərman vasitələri (qan laxtaları yaranmasının qarşısını alan dərman vasitələri).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tensikeyi qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Angiotenzinçevirici fermentin inhibitorları (lizinoprilin mənsub olduğu qrup) hamiləliyin 1-ci və 3-cü trimestrlərində qəbul olunarsa bu, dölün zədələnməsinə və ya tələf olmasına səbəb ola bilər. Əgər hamiləlik aşkar edilərsə bu preparatların qəbulu dərhal dayandırılmalıdır.

Uşaqlar tərəfindən istifadəsi

Uşaqlar üçün təhlükəsizliyini və səmərəliliyini sübut edən kifayət qədər dəlil olmadığından Tensikey-in uşaqlara təyin olunması məsləhət görülmür.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin, buna baxmayaraq Tensikey tabletlərinin qəbulu zamanı əzginlik və ya yorğunluq hiss olunarsa orqanizmin müalicəyə qarşı dözümlülüyü aydınlaşdırana qədər xüsusi diqqət tələb edən işlərdən imtina etmək lazımdır.

İstifadə qaydası və dozası

Həkim tərəfındən başqa göstərişlər olmazsa, Tensikey-in qəbulu zamanı aşağıdakı göstərişlərə əməl etmək lazımdır. Preparatın vaxtında qəbul edilməsi yaddan çıxmamalıdır. Həkim preparatın gündə neçə tablet və hansı müddətə qəbul olunması barədə göstəriş verəcəkdir. Müalicəni həkimin müəyyən etdiyi vaxtdan əvvəl dayandırmaq olmaz.
Böyüklər üçün: Arterial hipertenziya:
Tövsiyə olunan adi başlanğıc doza gündə 1 dəfə 10 mq təşkil edir. Adi uzunmüddətli doza gündə 1 dəfə 20 mq.
Simptomatik ürək çatışmazlığı:
Tövsiyə olunan adi başlanğıc doza gündə 1 dəfə 2,5mq təşkil edir. Adi uzunmüddətli doza gündə 1 dəfə 5 mq ,maksimum 35 mq.
Kəskin miokard infarktı:
Tövsiyə olunan adi başlanğıc doza infarktdan sonrakı birinci və ikinci gün, gürtdə 1 dəfə 5 mq, sonrakı günlər 10 mq təşkil edir.
Diabet nəticəsində böyrəklərdə fəsadlar baş verdikdə:
Adi doza gündə 1 dəfə 10 mq və ya 20 mq-dır.
Böyrək pozğunluğu olan xəstələr üçün doza həkim tərəfmdən tənzimlənir.

Qəbul qaydası:

Tabletlər su il udulur.
Tabletləri hər gün eyni vaxtda qəbul etmək tövsiyə olunur. Tensikey-in yeməkdən əvvəl və ya sonra qəbul edilməsi əhəmiyyət daşımır.
Xəstə özünü yaxşı hiss etsə də həkimin göstərişi olmadan müalicəni dayandırmaq lazım deyil.
Yadda saxlamaq lazımdır: Tensikey qan təzyiqini o qədər çox aşağı sala bilər ki,bu,müalicənin davam etdiriləcəyi təqdirdə ölümə səbəb ola bilər. Bu effekt özünü başgicəllənmə şəklində göstərə bilər. Belə olduqda, uzanmaq xəstəyə kömək edər.
Əgər Tenzikey-in təsirinin həddindən artıq güclü və ya zəif olduğu barədə şübhə yaranarsa həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün digər preparatlar kimi Tensikey-də əlavə effektlər törədə bilər. Preparatın əlavə təsirləri başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir:
Tez-tez: l%-10% arasında.
Bəzi hallarda: 0,1% - 1% arasında.
Nadir hallarda: 0,01%-0,l% arasında.
Çox nadir hallarda: 0,01%-dən aşağı.
Qan və limfa sisteminin pozğunluqları:
Nadir hallarda: hemoqlobinin (qan proteini) azalması, hematokritin (qan hüceyrələrinin nisbəti) azalması
Çox nadir hallarda: sümük iliyi funksiyalarının zəifləməsi, anemiya, trombositopeniya (hematoma üçün əlverişli şərait, bəzi qan hüceyrələrinin və komponentlərinin dəyişikliyə uğraması)
Metabolizmin və qidalanmanın pozulması:
Çox nadir hallarda: qanda qlükozanın səviyyəsinin yüksəlməsi.
Sinir sistemində və psixikada baş verən pozğunluqlar;
Tez-tez: başgicəllənmə, baş ağrısı.
Bəzi hallarda: əhval-ruhiyyənin dəyişməsi, qulaqlarda küy və/və ya müəyyən orqanlarda hissiyyatın itməsi. Başgicələnmə, dadın dəyişilməsi, yuxu pozğunluğu.
Nadir hallarda: əqli çaşqınlıq.
Ürək-qandamar pozğunluqları:
Tez-tez: cəld ayağa qalxdıqda başgicəlbnmə və ya şüurun dumanlanması.
Bəzi hallarda: miokard infarktı və ya serebrovaskulyar pozğunluq, nəbzin tezliyinin artması, ürək döyüntülərinin sürətlənməsi, barmaqlarda keyləşmə və spazm nəticəsində yaranan istilik hissi və ağrı (Raynaud fenomeni).
Respirator pozğunluqlar:
Tez-tez: öskürək.
Bəzi hallarda: rinit.
Çox nadir hallarda: təngnəfəslik,sinusit,ağ ciyərbrin iltihabı.
Həzm pozğunluqları:
Tez-tez: diarreya, qusma.
Bəzi hallarda: ürəkbulanma, abdominal ağrı, dispepsiya.
Nadir hallarda: ağızda quruluq.
Çox nadir hallarda: qaraciyərin və mədəaltı vəzin iltihabı, sarılıq (dərinin və/və ya ğözlər-in saralması).
Dəridə baş verən pozğunluqlar:
Bəzi hallarda: səpgi və qaşınma.
Nadir hallarda: güclü dəri qaşınması, tüklərin tökülməsi, psoriaz, sifətin, ətrafların, dodaqların, dilin və ya udlağın şişməsi angioödem.
Çox nadir hallarda: güclü tərləmə, ağır dəri pozğunluqları (bu əlamətlərə qızartı və qaşınma da daxil ola bilər).
Arabir udlaqda yara əmələ gələ bilər ki, bu da temperaturun yüksəlməsinə səbəb ola bilər.
Böyrəklərdə və sidik kisəsində baş verən pozğunluqlar:
Tez-tez: böyrəkbrdə funksional dəyişiklik.
Nadir hallarda: sidikdə karbamidin (sidik cövhəri) miqdarının yüksəlməsi.
Çox nadir hallarda: sidiyəgetmənin ağrılı olması və çətinləşməsi.
Reproduktiv sistemdə və döşdə baş verən pozgunluqlar:
Bəzi hallarda: impotensiya.
Nadir hallarda: kişibrdə döş nahiyəsinin böyüməsi.
Ümumi pozgunluqlar:
Bəzi hallarda: əzginlik,yorğunluq.
Laborator göstəriciləri:
Bəzi hallarda: qanda sidik cövhərinin, kreatininin,qaraciyər fermentlərinin və kaliumun səviyyəsinin yüksəlməsi. Nadir hallarda: qanda bilirubinin səviyyəsinin yüksəlməsi,natriumun azalması.
Preparatla müalicə zamanı yuxarıda qeyd olunmayan hər hansı əlavə təsir baş verərsə bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Tensikey lazım olduğundan yüksək dozada qəbul olunarsa dərhal həkimə və ya əczaçıya müraciət olunmalıdır. Doza həddi aşıldıqda ən çox rast gələn əlamətlər: hipotenziya, şok, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, güclü ürək döyüntüsü, bradikardiya, başgicəllənmə, həyacan, öskürək. Doza həddi aşıldıqda və ya preparat təsadüfən udulduqda toksikoloji Mərkəzə müraciətetmək lazımdır.
Əgər preparatın bir dozasını qəbul etmək yaddan çıxarsa onu kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir.Növbəti dozanı vaxtında qəbul etmək lazımdır.

Buraxılış forması

Hər qutuya 28 tablet qablaşdırılır.

Saxlanma şəraiti

Hər hansı xüsusi saxlanma şəraitinə ehtiyac yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilir.Yararlılıq müddəti qurtardıqdan sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Generfarma S.L.
C/İsaac Peral 6, Parque Tecnologico,
46980 Paterna (Valensia).
Lisenziya sahibi
Pharminicio S.L.
С/Aribau 168-170 08036 Barselona (Spain).

Tensikey nə üçündür?

  1. Hipertoniya zamanı istifadə olunan dərmanlar
  2. Miokard infarktı zamanı istifadə olunan dərmanlar
  3. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  4. Ürək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow