Bone baby sirop nə üçündür?

Bone baby sirop - Raxit zamanı, sınıqlar zamanı, kalsium defisitli xəstəliklər zamanı, artrit zamanı istifadə olunan preparatdır.

Sep 25, 2024 - 14:03
 0
Bone baby sirop nə üçündür?
Bone baby sirop

Bone baby sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bone baby sirop qiyməti

Bone baby qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bone baby sirop qiyməti 25 azn - 28 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bone sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 10 ml siropun tərkibində:

  • Kalsium sitrat                           300 mq
  • Maqnezium oksid                    150 mq
  • Sink qlükonat                               6 mq
  • D3 vitamini  (xolekalsiferol)     3.6 mkq

 

Farmakaloji təsiri:

Bone baby-nin tərkibinə daxil olan dörd maddənin birləşməsi kalsium və D3 çatışmamazlığını aradan qaldırır, kalsium mübadiləsini tənzimləyir, sümük toxumasının sıxlığını artırır, maqnezium və sinkə olan gündəlik tələbatı ödəyir. D vitamini kalsiumun utilizasiyası və absorbsiyası üçün zəruridir, osteoklatlarda DNT-nin sintezini sürətləndirir, sümük toxumasının rezorbsiyasını ləngidir. Kalsium dişlərin minerallaşması üçün vacibdir, orqanizmdə sinir keçiriciliyinin requlyasiyasında, əzələ yığılmalarında iştirak edir, qan laxtalanma sisteminin komponentlərinə aiddir. İnsulin sintezində və immun sistemin cavab reaksiyasında iştirak edir.

Bone baby sümük toxumasının minerallaşmasını və sınıqların tez bərpa olunmasını sürətləndirir, sümüklərin, dişlərin, əzələ və sinirlərin normal funksiyasını təmin edir.

 

Göstərişləri:

  • Raxit xəstəliyinin profilaktikası və müalicəsi;
  • Ca çatışmamazlığı zamanı;
  • Uşaqlarda sürətli inkişaf dövründə;
  • Sınıq və çıxıqların profilaktikası və müalicəsi;
  • Sümük skletinin formalaşması zamanı funksional pozğunluqlarda
  • Allergik xəstəliklərin kompleks müalicəsi
  • Müxtəlif mənşəli dəri xəstəlikləri .

 

Əks göstərişlərı:

Hiperkalsemiya

 

Istifadəsi və dozalanması:

1 yaşa qədər: 2.5 ml - 2 dəfə

              1-2 yaş: 5 ml - 2 dəfə

            2 -3 yaş: 10 ml - 2dəfə

İstifadədən əvvəl flakon çalxalanmalıdır.

 

Buraxılış forması:

Sirop 150 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Bone baby sirop nə üçündür?

  1. Raxit zamanı istifadə olunan dərmanlar
  2. Artrit zamanı istifadə olunan dərmanlar
  3. Kalsium defisitli xəstəliklər
  4. Sınıqlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow