Privituss sirop haqqında məlumat

Privituss sirop - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 7, 2024 - 19:14
Sep 7, 2024 - 19:20
 0
Privituss sirop haqqında məlumat
Privituss sirop

Privituss sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Privituss sirop qiyməti

Privituss qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Privituss sirop qiyməti 12 azn - 14 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Privituss sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Levocloperastine

Tərkibi:

Təsiredici maddə: 100 ml suspenziyanın tərkibində 708 mq L-kloperastin (400 mq kloperastin hidroxloridə bərabər) vardır.
Köməkci maddələr: ksanten qatranı, polioksil stearat, ksilitol, metil p-hidroksibenzoat, proril phidroksibenzoat, banan ətirli aromatizator, ionsuzlaşdırılmış su.

Farmakoterapevtik qrupu:

Öskürək əleyhinə preparat

ATC kodu: R05DB21

Farmakoloji xüsusiyyətləri.

Farmakodinamika:
L-kloperastin (levokloperastin) kloperastinin sol fırlanan enantimeridir. L-kloperastin mərkəzi sinir sistemi səviyyəsində təsir edərək bulbar öskürək mərkəzini inhibə edir. Bununla yanaşı, L-kloperastinin periferik təsiri onun antihistamin, antiserotonin və miorelaksant xüsusiyyətləri ilə bağlıdır ki, bu da Lkloperastinin öskürək və bronxospazmın müalicəsində yüksək effektivliyini təmin edir. Başqa opiat öskürək əleyhinə vasitələrdən (kodein) fərqli olaraq L-kloperastin məhz öskürək mərkəzinə yüksək selektivliyi sayəsində mərkəzi sinir sisteminə (MSS) sedativ effekt kimi mənfi təsir göstərmir.
Gəmiricilərdə, Dl-kloperastin və dekstokloperastinin peroral və intraperitoneal istifadə zamanı, testlər əsasında, müəyyən olunmuşdur ki, bu vasitələrin MSS sedativ və qıcıqlandırıcı təsiri daha güclüdür (təxminən 50%). Göstərilən vasitələrdən fərqli olaraq, L-kloperastinin MSS mənfi təsirinin zəif olması onun xüsusi xassəsi, spesifik stereoizomerinin xüsusiyyəti ilə bağlıdır. Antihistaminlərlə (difenhidramin) eyni kimyəvi quruluşa malik olmasına baxmayaraq, L-kloperastinin terapevtik dozasının hətta 450 dəfə aşması kliniki olaraq sedativ təsir göstərmir. L-kloperastin arterial təzyiqə,
EKQ-yə və ya ürək ritminə təsir etmir.

Farmakokinetikası:
Peroral qəbuldan sonra L-kloperastin mədə-bağırsaq traktından sorulur, birincili metabolizmə uğrayır və 90-120 dəqiqədən sonra ən yüksək plazma konsentrasiyasına (C ) çatır. Peroral qəbuldan sonra max biomənimsənilməsi > 40 %. L-kloperastin biotransformasiyaya uğrayır və orqanizmdə geniş paylanır, oral qəbuldan sonra paylanma həcmi 150 l/kq olur. Hədəf orqanlarda, əsasən də, ağ ciyərlərdə plazma konsentrasiyası ilə müqayisədə yüksək konsentrasiya toplayır. Plazmada mövcud olan fraksiyanın 97% - dən çoxu zülallar ilə birləşir. L-kloperastin plasentar baryeri keçir (orta dərəcədə), ancaq burada akkumulyasiya haqqında heç bir məlumat yoxdur. Orqanizmdən əsasən metabolit şəklində bağırsaq yolu ilə (2/3 hissəsi), sidiklə (1/3 hissəsi) xaric olunur.

İstifadəsinə göstərişlər:

Müxtəlif etiologiyalı öskürəyin simptomatik müalicəsi.

Əks göstərişlər:

Preparatın tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Kiçik yaşlı uşaqlarda (0-2 yaş) istifadəsi ilə bağlı tam məlumat olmadığından preparatın təyin edilməsi məsləhət görülmür.

Xüsusi göstərişlər:

Preparatın terapevtik dozalarda qəbulu sedativ təsir göstərmir və nəqliyyat vasitələri, avtomaşın idarə etməsinə maneçilik törətmir. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Heyvanlarda aparılan tədqiqatlarda L-kloperastinin embriotoksik və teratogen təsiri aşkar olunmamışdır. Lakin buna baxmayaraq, praktikada hamiləliyin ilk aylarında preparatın təyinatı məsləhət görülmür. L-kloperastinin hamiləliyin son aylarında istifadəsi zərurəti meydana çıxarsa həkimin bir başa nəzarəti altında təyin oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Preparatla depressantlar və sinir sistemini qıcıqlandıran maddələrlə qarşılıqlı təsir edir.
Antihistamin/antiserotonin vasitələrin və az dərəcədə miorelaksantlar (papaverin) ilə birgə istifadəsi zamanı onların təsirini gücləndirdiyi üçün bunların birgə istifadəsi nəzərə alınmalıdır.

İstifadə qaydası və dozası:

  • Daxilə qəbul edilir.
  • Böyüklərdə: gündə 3 dəfə 5ml.
  • Uşaqlarda: 2-4 yaş: gündə 2 dəfə 2ml;
  • 4-7 yaş: gündə 2 dəfə 3ml;
  • 7-15 yaş: gündə 2 dəfə 5 ml.

Hər istifadədən əvvəl flakonu çalxalayın. Qablamada, dozalanmanı ölcmək üçün 2, 3, 5 ml qeydləri olan ölçü qaşığı var.

Flakonu açmaq və bağlamaq üçün təlimat

Açılması:
Flakonun qapağını aşagı sıxın və sol istiqamətdə burun.
Bağlanması:
Flakonun qapağını sağ istiqamətdə axıra kimi burun.

Əlavə təsirləri:

Klinik tədqiqatların məlumatlarına əsasən, nadir hallarda yüngül formada tranzitor mədə-bağırsaq pozğunluqları müşahidə olunur. L-kloperastinin terapevtik dozalarda istifadəsi zamanı, onun mərkəzi təsiri ilə bağlı heç bir sedativ yaxud qıcıqlandırıcı əlamət aşkar olunmamışdır.
Allergik reaksiyalar, hətta ləng allergik reaksiyalar müşahidə oluna bilər.
Preparatın istifadə göstərişlərinə uyğun qəbulu zamanı əlavə təsirlərin yaranma riski azalır. Yaranan hər hansı bir əlavə təsirlər adətən müvəqqətidir.
İçlik vərəqdə qeyd olunmayan əlavə təsirlər müşahidə olunarsa, müalicə həkiminizə müraciət edin

Doza həddinin aşılması:

Dozanın artıq miqdarda qəbulu zamanı müəyyən tədbirlər aparılmalıdır (mədənin yuyulması, aktivləşdirilmiş kömürün istifadəsi) və xəstədə hədsiz həyəcan əlamətləri yoxlanılmalıdır.

Buraxılış forması:

100 ml, PRİVİTUSS oral suspenziya, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti:

PRİVİTUSS xüsusi saxlanma şəraiti tələb etmir.
Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti:

5 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlıq müddəti preparatın açılmamış qablamada və düzgün şəraitdə saxlanılması halında etibarlıdır.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı:

MITIM S.r.l. Via Cacciamali 34-36-38 - 25125 BRESCIA/ ITALİYA.
Lisenziya sahibi:
AESCULAPIUS FARMACEUTICI S.r.l. – Via Cozzaglio, 24-25125 BRESCIA/ITALİYA. 

Privituss sirop nə üçündür?

  1. Öskürək əleyhinə dərmanlar
  2. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow