Ardeysedon tablet nədir? nə üçündür?

Ardeysedon tablet - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Sep 7, 2024 - 18:47
Sep 8, 2024 - 09:14
 0
Ardeysedon tablet nədir? nə üçündür?
Ardeysedon tablet

Ardeysedon tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ardeysedon tablet qiyməti

Ardeysedon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ardeysedon tablet qiyməti 15 azn - 17 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ardeysedon nacht qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 200 mq pişikotu kökünün quru ekstraktı (həcm hesabı ilə 70%-li etanol ilə ekstrasiya nəticəsində alınan xammal/quru ekstraksiya nisbəti 4-7:1) və 68 mq mayaotu qozalarının quru ekstraktı (həcm hesabı ilə 40%-li etanol ilə ekstrasiya nəticəsində alınan xammal/quru ekstraksiya nisbəti 4-8:1) vardır.

Köməkçi maddələr: laktoza monohidrat, dekstrin, kolloidal silisium, mikrokristallik sellüloza, sellüloza tozu, natrium karboksimetilnişasta (A tipli), stearin turşusu, maqnezium stearat, poli (butil metakrilat-ko-(2-dimetil–aminoetil) metakrilat-ko metil metakrilat 1:2:1), saxaroza, talk, kalsium karbonat (E170), ərəbistan kitrəsi, traqakant, poli-(Oasetil)-nişasta, montanqlikol mumu, titan dioksid (E171).

Təsviri

Pişikotu kökü. Pişikotu bitkisinin (Valeriana officinalis) kökləri və köklərin zoğları (stolonları) ilə əhatə olunmuş kökümsov gövdəsi daxil olmaqla rəngini sarı-bozumtuldan solğun qəhvəyi-bozumtula qədər dəyişən bütöv yeraltı hissələri və ya onların fraqmentləri. Tərkibinə quru çəkisinə əsasən hesablanmış həcmi 0,5%-dən az olmayaraq efir yağları və 0,05%-dən az olmayaraq valerian turşusu daxildir. Qapağı kip bağlı konteynerdə, işıqdan qorunaraq saxlanılmalıdır.
Mayaotu qozaları. Mayaotu bitkisinin (Humulus lupulus) quru, adətən bütöv şəkildə olan dişi hamaşçiçəkləri (qozaları).
Özünə məxsus ətri mövcuddur. İşıqdan qorunaraq saxlanılmalıdır.

Farmakoterapevtik qrupu

Sinir sistemi; Psixoleptiklər; Digər yuxugətirici və sedativ vasitələr.

ATC kodu : N05CM.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Pişikotu kökü və mayaotu qozaları preparatlarının sedativ effekti empirik yolla müşahidə olunmuşdur, lakin bu tərkibin təhlükəsizliyi haqda məlumat təqdim edilməmişdir. Sabit kombinasiya ilə keçirilmiş farmakoloji tədqiqatların nəticələri onun sedativ və yuxu yaxşılaşdıran effektlərini dəstəkləmişdir.
Farmakokinetikası
Preparatın farmakokinetik xüsusiyyətləri haqda məlumat təqdim edilməmişdir.

İstifadəsinə göstərişlər

  • Narahatlıq.
  • Əsəbilik nəticəsində yaranmış yuxu pozğunluğu.

Əks göstərişlər

Dərman preparatının tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əsəbilik və narahatlıq nəticəsində yaranan yuxu pozğunluğu 2 həftədən artıq davam etdikdə və ya ağırlaşdıqda həkimə müraciət edilməlidir.
Ardeysedon Naxt tabletlərinin uşaqlarda tətbiqi haqda yetərli qədər məlumat mövcud deyil. Bu səbəbdən 12 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. İrsi qalaktoza dözümsüzlüyü, laktoza çatışmazlığı və ya qalaktoza sorulmasının pozğunluğuna bənzər nadir hallarda rast gəlinən patologiyaları olan şəxslərdə Ardeysedon Naxt preparatı istifadə edilməməlidir. İrsi fruktoza dözümsüzlüyü, izomaltaza çatışmazlığı və ya qlükoza-qalaktoza sorulmasının pozğunluğuna bənzər nadir hallarda rast gəlinən patologiyaları olan şəxslərdə Ardeysedon Naxt preparatı istifadə edilməməlidir. Ardeysedon Naxt tabletləri eyni vaxtda qəbul olunan alkoqolun təsirini gücləndirə bilər. Diabet olan şəxslərin nəzərinə: 1 örtüklü tablet Ardeysedon Naxt 0,02 çörək vahidinə müvafiqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil. Eyni vaxtda digər dərman preparatları ilə qəbul edildikdə məsləhət üçün həkimə və ya əczaçıya müraciət edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə bu tip preparatların qəbulunun hər hansı bir təhlükə yaratması barədə məlumat verilməmişdir. Bununla belə, hamilə və südəmər uşağı olan qadınlar üzərində preparatın riskinin qiymətləndirilməsi üçün tədqiqatlar aparılmadığından, bu tip xəstələrdə Ardeysedon Naxt tabletləri istifadə edilməməlidir.

Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sinir sisteminin reaksiya müddətinin gecikdirilməməsi məqsədilə nəqliyyat vasitələri idarə edən, həmçinin müxtəlif mexanizmlərlə işləyən şəxslər Ardeysedon Naxt tabletlərini aktiv iş fəaliyyətinə başlamazdan əvvəl 2 saatdan az olmamaq şərti ilə qəbul etməlidir.

İstifadə qaydası və dozası

Böyüklərdə və 12 yaşdan yuxarı olan yeniyetmələrdə narahatlıq və əsəbilik simptomlarının aradan qaldırılması üçün gündə 1-3 dəfə 1 örtüklü tablet qəbul edilməlidir.
Böyüklərdə və 12 yaşdan yuxarı olan yeniyetmələrdə əsəbilik və narahatlıq nəticəsində yaranmış yuxu pozğunluğunun müalicəsi üçün yatmazdan 0,5-1 saat öncə 1 tablet qəbul edilməlidir. Zəruri hallarda 1 tablet də əlavə olaraq axşam vaxtı qəbul edilə bilər

Əlavə təsirləri

Tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq. Çox nadir hallarda dəri reaksiyaları və
qastrointestinal şikayətlər (ürəkbulanma, abdominal spazm) müşahidə oluna bilər. Adətən dərman preparatının
qəbulunun dayandırılması meydana çıxan əlavə təsirlərin aradan qalxması ilə nəticələnir.

Doza həddinin aşılması

Pişikotu kökünün 20 qr (Ardeysedon Naxt tabletlərin tərkibində olan miqdardan 25 dəfə yüksək) dozadan yüksək miqdarda qəbulu zamanı yorğunluq, qarın nahiyəsində sancılar, döşdə sıxışma hissi, süstlük, əllərin əsməsi və göz bəbəyin genişlənməsi kimi simptomlar müşahidə oluna bilər. Bu ağırlaşmalar adətən başlandıqdan sonra 24 saat ərzində itir. Pişikotu kökü preparatının dozanın həddinin aşılması ilə əlaqədar həkimə müraciət edilməsi barədə cəmi bir məlumat olmuşdur. Xüsusi tədbirlər haqda məlumat yoxdur, dəstəkləyici və simptomatik müalicə tövsiyə olunur.

Buraxılış forması

20 tablet, blisterdə. 2 bilister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti

3 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

ARDEYPHARM GmbH
Loerfeldstraße 20
58313 Herdecke
ALMANİYA

Ardeysedon tablet nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow