Mekolzin (Mecolzine) 500 mq istifadə qaydası necədir?

Mekolzin (Mecolzine) - Kolit zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Sep 27, 2024 - 11:08
 0
Mekolzin (Mecolzine) 500 mq istifadə qaydası necədir?
Mekolzin (Mecolzine)

Mekolzin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Mekolzin qiyməti

Mekolzin 500 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Mekolzin qiyməti 45 azn - 49 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Mecolzine qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq Mesalazin vardır.

Köməkçi maddələr: Anhidr sodium karbonat, qlisin, povidon, mikrokristallik sellüloza, karboksimetil sodium, nişasta, kolloid silisium oksid, kalsium stearat, metakril asid kopolimer, dibutil sebakat, mikronizə olunmuş talk, tiotanium dioksid (E-171), polietilenqlikol 6000, sarı dəmir oksidi (E-172), qırmızı dəmir oksidi (E-172) .

Təsviri

Uzunsov, qızılbalıq rəngli tablet (kapsul şəklində).

Farmakoterapevtik qrupu

QSİP. Aminosalisil turşusu qrupu.

 ATC kodu:N06BX06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Mesalazin, sulfasalazinin iki komponentindən biridir, digəri sulfapiridindir. Mesalazin aktiv fraksiya olduğu zaman, sulfapiridin sulfasalazinlə müalicə zamanı əksər əlavə təsirlərin   yaranmasına səbəb olur.

Təsir mexanizmi

5-AST-nun iltihabəleyhinə təsir mexanizmi məlum olmasada da, bir neçə variant nəzərdən keçirilir:

• prostaqlandin sintezinin ingibə olunması (siklooksigenazanı inhibə etməklə), iltihabı yaradan prostaqlandinlərin sintezini azaldır.

• leykotriyenlərin xemotaksis effektinin ingibə olunması (lipooksigenazanı inhibə etməklə), bu səbəbdən iltihabı azaldır.

• Tosqun hüceyrələrdə makrofaqların və neytrofillərin xemotaksisnin ingibə olunması.

Son məlumatlara görə, 5-AST-u bioloji antioksidant olub, fəaliyyəti sərbəst oksigen radikalların birləşməsi ilə bağlıdır. Bu xüsusiyyətinə görə 5-AST sulfasalazin, sulfapiridin, N-asetil-5-AST (Ac-5-AST) və digər salisilatlardan fərqlənir.

Farmakokinetikası

Absorbsiya

Gündə 3 dəfə 500 mq mesalazinin peroral qəbulundan sonra xoralı kolit və Kron xəstəliyi olan xəstələrdə 5-AST və Ac-5-AST-nın (əsas metabolit) orta plazma konsentrasiyası müvafiq olaraq 0.7µq / ml və 1.2 µq / ml təşkil edir. Retard formanın pik plazma səviyyəsi qəbuldan 5 saat sonra əldə olunur. Sidikdə (44%) və nəcisdə (35%) mövcudluğu (ən yüksək dozada) 5-AST-nun yerli və sistem təsirə malik olduğunu göstərir. Sağlam şəxslərdə acqarına qəbuldan 6 saat sonra 5-AST və Ac-5-AST-nın pik plazma konsentrasiyası 1.3 µq / ml və 2.3 µq / ml 5-ASA və Ac-5-ASA təşkil edir.

Asetilyasiya

Asetilasya səviyyəsindən asılı olmayaraq 5-AST-nun asetilasiyası qaraciyərdə və yoğun bağırsağın divarında baş verir. Asetilasiya prosesinin doymuş olduğu görünür; bununla belə terapevtik dozalarda (250-500 mq) nə pik plazma konsentrasiyası, nə də 5-AST plazma konsentrasiyası əyrisi altındakı sahəsi (AUC) üçün xətli dozanın sabit halında heç bir sübutu yoxdur.

Klirens

Peroral qəbuldan sonra, 5-AST-u yüksək faizlə Ac-5-AST şəklində həm sidik həmdə nəcislə xaric olunur. Sidikdə aşkar olunan preparatın  90%-dən artığı metabolit şəklindədir.

Rektal tətbiqdən sonra 5-AST əsasən dəyişilməmiş şəkildə nəcislə xaric olunur.

İstifadəsinə göstərişlər

  • Yüngül və ya orta dərəcəli xoralı kolitin kəskin mərhələsinin müalicəsi.
  • Xoralı kolitin remisiya dövründə saxlayıcı terapiyası  (salazosülfapiridini qəbul edə bilməyən xəstələr daxil olmaqla).
  • Kron xəstəliyinin kəskin mərhələsinin müalicəsi və Kron xəstəliyinin remisiya dövründə saxlayıcı terapiyası.

 Əks göstərişlər

  • Preparatın tərkibinə daxil olan təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq.
  • Anamnezdə salisilatlara qarşı yüksək həssaslıq.
  • Onikibarmaq bağırsaq və ya mədə xorası.
  • Hemorragik diatez.

 Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Aşağıdakı hallarda mekolzin ehtiyatla qəbul olunmalıdır:

  • Ağır qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələr. 5-AST əsasən asetilasiya yolu ilə və sonradan sidik ilə ifraz olunduğundan qaraciyər funksiyasının pozulması və ya böyrək çatışmazlığı ilə olan xəstələr ciddi nəzarət altında olmalıdırlar. Bu səbəbdən müalicəyə başlamazdan əvvəl və müalicə zamanı müttəmadi olaraq qaraciyər və böyrək funksional testlərinin aparılması tövsüyə olunur.
  • Anamnezdə sulfasalazinə qarşı yüksək həssaslıq; ümumiyyətlə mesalazinə qarşı yüksək həssaslıq reaksiyaları sulfasalazindən fərqli olaraq daha az hallarda rast gəlinir.
  • Mekolzin laktuloza və ya bu kimi laksativ vasitələrlə eyni vaxtda tətbiq olunmamalıdır, çünki bu, nəcis pH-nın enməsinə və dərman maddəsinin xaricinə  mane ola bilər.
  • Mesalazinin qəbulu zaman, 100% mesalazin tərkibli daşlar da daxil olmaqla nefrolitiaz halları haqqında məlumat vardır. Müalicə zamanı kifayət qədər maye qəbuluna diqqət yetirmək tövsiyə olunur.
  • Mesalazinlə müalicə zamanı Stevens-Conson sindromu (SJS) və toksiki epidermal nekroliz (TEN) daxil olmaqla ağır dəri reaksiyaların yaranması haqqında bildirilir. Dəri səpgisi, selikli qişaların zədələnməsi və ya hər hansı bir digər yüksək həssaslıq əlamətləri müşahidə olunarsa mesalazinin qəbulu dərhal dayandırılmalıdır.

Köməkçi maddələrlə bağlı ehtiyyat tədbirləri

Mekolzinin  hər tableti 2.13 mmol (49 mq) Na daxil edir ki, bu da Na-un miqdarı az olan xəstələrin müalicəsində nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər salisilatlar kimi mesalazin:

  • Kumarin antikoaqulyantların təsirini artırırlar.
  • Sülfonil sidik cövhərinin hipoqlikemik təsirini artırır.
  • Probenesid və sulfinpironun urikozurik təsirlərinə əks təsir göstərir.
  • Salisilatların adi dozadan fərqli olaraq daha kiçik dazalarda, furosemid ilə birgə təyini zamanı böyrək ekskresiyası üçün konkurensiya səbəbindən toksiki təsiri sübut olunmuşdur.
  • Spironolaktonun natriuretik təsirini azaldır.
  • Mesalazin metotreksatın xaric olunmasını ləngidə bilər.
  • Laktuloza və ona bənzər laksativlər, mesalazinin tabletdən xaric olunmasının qarşısını ala bilər və bununla da təsirini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə Mekolzinin istifadəsi barədə kifayət qədər məlumat yoxdur.

Mesalazin salisilat olduğundan, hamiləlik və ya laktasiya dövründə müalicənin faydası mümkün olan riskləri üstələmirsə istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitəslərini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mekolzin maşın və mexanizmlərlə istifadə etmə qabiliyyətinə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Kəskin iltihab mərhələsində və uzun müddətli saxlayıcı terapiya zamanı, xəstə istənilən terapevtik efekti əldə etmək üçün həkim tərəfindən təyin olunan müalicəyə dəqiq əməl etməlidir.

Doza xəstənin cavab reaksiyasına görə tənzimlənməlidir.

Aşağıdakı dozalanma tövsiyə olunur:

Böyüklər

• Xoralı kolit (kəskin mərhələ): 1,5 - 3,0 q/sut. gündə 3 dəfə

• Xoralı kolit (remisiya dövründə saxlayıcı terapiya): 1,5 q/sut. gündə 3 dəfə

• Kron xəstəliyi (kəskin mərhələ və remisiya dövründə saxlayıcı terapiya): 1,5 q/sut.

gündə 3 dəfə.

Yaşlılar

Yaşlılarda mekolzinin tətbiq edilməsi ehtiyatla aparılmalı və həmişə normal böyrək funksiyası olan xəstələrlə məhdudlaşdırılmalıdır.

Pediatriya

Uşaqlarda (6-18 yaş) istifadəsi haqqında məlumatlar məhduddur.

6 yaşdan yuxarı uşaqlar:

Xəstəliyin aktiv dövrü zamanı: individual olaraq müəyyənləşdirilir - 30-50 mq/kq dozadan başlayaraq gündə bir dəfə səhər və ya bir neçə qəbula bölünərək qəbul olunur. Maksimal doza: 75 mq/kq/sut. Ümumi doza böyüklər üçün nəzərdə tutulmuş maksimal dozadan artıq olmamalıdır.

Residivlərin profilaktikası məqsədilə: individual olaraq müəyyənləşdirilir -15-30 mq/kq/sut bir neçə qəbula bölünərək qəbul olunur. Ümumi doza böyüklər üçün tövsiyə olunan dozadan artıq olmamalıdır.

Adətən, bədən çəkisi 40 kq-a qədər olan uşaqlara böyüklər üçün nəzərdə tutulan dozanın yarısı (250 mq gündə 3 dəfə), çəkisi 40 kq-dan yuxarı olan uşaqlara isə böyüklər üçün nəzərdə tutulan tam dozanın (500 mq gündə 3 dəfə) təyini tövsiyə olunur.

İstifadə qaydası

Tabletlər yeməkdən əvvəl az miqdarda su ilə tam şəkildə qəbul olunmalıdır.

Əlavə təsirləri

Hər bir tezlik aralığında, əlavətəsirlər ağırlıq dərəcəsinin azalma sırası ilə sıralanır.

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir(CIOMS III):

çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥  1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).

Aşağıdakı mənfi reaksiyalar nadir hallarda (≥  1/10000 - < 1/1000) təsvir edilmişdir:

Mədə-bağırsaq sistemi pozğunluqları: ürək bulanma, qarın nahiyyəsində ağrı, ishal, pankreatit.

Mərkəzi sinir sistemi pozğunluqları: Baş ağrısı, neyropatiya.

Dəri və dərialtı toxuma xəstəlikləri: Qızartı (qaşınma və övrə daxil olmaqla),

fotosensibilizasiya *.

Naməlum tezlik ** ilə multiform eritema, Stivens Conson sindromu (SJS) və toksik epidermal nekroliz (TEN) təsvir edilmişdir.

Böyrək və sidik yolları pozğunluqları:Böyrək xəstəlikləri, kəskin və xroniki interstisial nefrit, böyrək çatışmazlığı.

Naməlum tezlik ilə: nefrolitiaz.

Hepatobiliar pozğunluqlar: qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, hepatit.

Qan və limfa sistemi pozğunluqları:leykopeniya, neytropeniya, trombositopeniya, aplastik anemiya.

İmmun sistemi pozğunluqları: ağciyər və ürək dəyişiklikləri də daxil olmaqla yüksək həssaslıq reaksiyaları: qızdırma, mialgiya, artralgiya, alveolit, miokardit, perikardit.

Kolitin simptomlarının kəskinləşməsi çox nadir halda müşahidə olunur.

* Fotohəssaslıq

Atopik dermatit və atopik ekzema kimi əvvəlcədən mövcud olan dəri xəstəlikləri olan xəstələrdə  ağır əlavə təsirlər haqqında məlumat vardır.

** Təhlükəsizlik profilinin xülasəsi:

Mesalazinlə müalicə ilə əlaqədar  Stivens-Conson sindromu (SJS) və toksiki epidermal nekroliz (TEN) daxil olmaqla dəri tərəfindən ağır əlavə təsirlərin (SCAR) yaranması bareədə bildirilir.

Yarana bilən əlavə təsirlər haqqında məlumat:

Preparata qarşı yarana biləcək hər hansı bir əlavə təsir haqqında həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı, qusmaya səbəb olmaqla mədə yuyulmalı və simptomatik müalicə aparılmalıdır. Xüsusi bir antidot yoxdur.

Buraxılış forması

100 tabletdən ibarət qızıl balıq rəngli, uzunsov kapsullar karton qutu qablaşmada.

Saxlanma şəraiti

Xüsusi saxlama şərtlərinə ehtiyac yoxdur.

Uşaqların əli çatmayan yerdə saxlayın.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şəraiti

Resept əsasında buraxılır.

İstehsalçı

FAES FARMA, S.A.

İstehsalçının ünvanı

C/ Máximo Aguirre, 14

48940 Leioa (Vizcaya) Spain

Mekolzin nə üçündür?

  1. Kolit zamanı istifadə olunan dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow