Bakı və Sumqayıtda apteklərə keyfiyyətsiz dərmanlar paylanmasının qarşısı alındı FOTO

Nov 26, 2024 - 18:47
 0
Bakı və Sumqayıtda apteklərə keyfiyyətsiz dərmanlar paylanmasının qarşısı alındı FOTO
Bakı və Sumqayıtda apteklərə keyfiyyətsiz dərmanlar paylanmasının qarşısı alındı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda - ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

Lent.az-a bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

    Bildirilib ki, həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bu yazını dostlarınla paylaş

    saytların hazırlanması Pin up casino giriş

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow