Antixol çay qiyməti və istifadə qaydası necədir?

Antixol çay - Piylənmə zamanı, ateroskleroz zamanı istifadə olunan preparatdır.

Nov 26, 2024 - 17:30
Nov 26, 2024 - 17:34
 0
Antixol çay qiyməti və istifadə qaydası necədir?
Antixol çay

Antixol çay haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Antixol çay qiyməti

Antixol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Antixol çay qiyməti 4 azn - 6 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Antixol çay qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Zeytun yarpağı, darçın qabığı, məkkəgülü çiçəyi, sarıkök, üzüm tumu, gilas saplağı, əməköməci otu.

 

Kimyəvi tərkibi

Zeytun yarpağının tərkibində fitosterinlər, oleuropein qlikozidi, rutozitin, elenol turşusu, efir yağları, taninlər və s. vardır. Darçın qabığının tərkibində sinnamaldehid, oleorezin, evgenol, efir yağları, aşı maddələri və s. vardır. Məkkəgülü çiçəyinin tərkibində antioksidantlar, antosianlar, C vitamini, pektin maddələr və s. vardır. Sarıkökün tərkibində kurkumin boyaq maddəsi, efir yağları, singiberen, borneol, fellandren və s. vardır. Üzüm tumunun tərkibində proanto­sianidlər, fitoestrogenlər, E vitamini, rezveratol və s. maddələr vardır. Gilas saplağının tərkibində 246 mg% C vitamini vardır. Əməköməci otunun tərkibində C vitamini, karotin, şəkərlər, flavono­idlər, antosian qlikozidi malvin və s. vardır.

 

Farmakoloji təsiri

Tərkibində olan antioksidant birləşmələr sərbəst radikalları, mübadilənin artıq məhsullarını, toksik maddələri zərərsizləşdirərək orqanizmdən xaric edir. Şiş hüceyrələrinin inkişafını ləngidir. Toxumaların oksigenlə təchizatını artırır, vitaminlərlə zəngin olduğu üçün immun sistemi gücləndirir və orqanizmi tonuslandırır. Həzmi, yağ və xolesterin mübadiləsini tənzimləyir, antiaterosklerotik təsir göstərir, piy toxumasını əridir, antisellülit effekt verir. Orqanizmin hüceyrələrini qoruyur və erkən yaşlanmanın qarşısını alır (anti-aging effekt). Sidikqovucudur, örqanizmdə top­lanan artıq mayeni xaric edir və ödemləri azaldır. Qan təzyiqini və qanda şəkərin miqdarını normallaşdırır. Antimikrob, antivirus və göbələk əleyhinə təsirləri var.

 

İstifadəsinə göstəriş

  • Hiperxolesterinemiya və aterosklerozun profilaktika və müalicəsi
  • Xronik intoksikasiyaların müalicəsi
  • Ürək-damar sistemi xəstəliklərinin profilaktika və müalicəsi
  • Şəkərli diabetin profilaktika və müalicəsi
  • İmmundefisit halların profilaktika və müalicəsi
  • Onkoloji xəstəliklərin profilaktikası
  • Müxtəlif mənşəli ödemlərin müalicəsi
  • Erkən yaşlanmanın profilaktikası.

 

Əks göstəriş

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası

Bir-iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 10-15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. sonra ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti: 45 gün. 10 günlük fasilədən sonra kurs təkrar edilə bilər. İl ərzində 5-6 kurs keçmək məsləhətdir.

 

Reseptsiz buraxılır.

Buraxılış forması: 

25 filtr-bağlama, karton qutuda.

Saxlanma şəraiti

Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

İstehsalçı:

“Herba Flora” MMC

Antixol çay nə üçündür?

  1. Piylənmədə istifadə olunan vasitələr
  2. Ateroskleroz zamanı istifadə olunan vasitələr
  3. Bitki çayları

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow