Asformin 850 mg

Asformin 850 mg Biquanid qrupu peroral hipoqlikemik dərman vasitəsidir

Jun 22, 2024 - 06:45
Jun 22, 2024 - 10:50
 0
Asformin 850 mg
Asformin 850 mg

2-ci tipşəkərli diabetin, xüsusilə artıq bədən çəkisi olan xəstələrdə müalicəsi zamanıqanda qlükozanın səviyyəsinəadekvat nəzarətindəpəhriz və fiziki hərəkət (idman) effektiv olmadıqda Asformin göstərişdir.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax
Buraxılış : Reseptli
İxtisas :  Endokrinologiya
Beynəlxalq patentləşdirilməmiş adı: Metformin hydrochloride

Tərkibi

Təsiredici maddə: 1tabletin tərkibində 850mq metformin hidroxlorid vardır
Köməkçi maddələr: polivinilpirrolidon(PVP K30), mikrokristallik sellüloza (AVICEL PH 102), maqnezium stearat, Opadry II white 85F181422.

Təsviri

Ağ rəngli, uzunsov, bir tərəfində"850"basma yazılı örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Biquanidqrupu peroral hipoqlikemik dərman vasitəsi.
ATC kodu: А10ВА02

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Asformin 850 mg nə üçündür?

Metformin – hipoqlikemik təsirə malik biquanid olub, plazmada qlükozanın həm bazal (acqarına), həm də postprandial (qida qəbulundan 2 saat sonra) konsentrasiyalarını azaldır. İnsulinin sekresiyasını stimullaşdırmır və beləliklə hipoqlikemiya törətmir.
Metformin hidroxlorid 3 yolla təsir göstərə bilər:
-qaraciyərdəqlükoneogenezi və qlikogenolizi inhibə edərək qlükozanın hasil edilməsini azaldır
-əzələlərdə insulinəqarşıhəssaslığı artıraraq qlükozanın periferik hüceyrələr tərəfindən tutulmasını və istifadəsini yaxşılaşdırır
-qlükozanın bağırsaqda sorulmasını ləngidir.
Metformin qlikogensintazaya təsir göstərməklə hüceyrədaxili qlikogenin sintezini stimullaşdırır.
Metforminqlükozanınindiyə kimi məlum olanbütün tip membran daşıyıcılarının daşıyıcılıq həcmini artırır.
Metformin lipid metabolizminə müsbət təsir göstərir. Nəzarətli, orta və ya uzun müddətli klinik tədqiqatlarda metforminin terapevtik dozalarda istifadəsi zamanı göstərilmişdir ki, metformin ümumi xolesterolun (xolesterinin), ASLP xolesterolun və triqliseridlərin səviyyələrini azaldır.

Farmakokinetikası

Paylanması
Metforminin plazma proteinləri ilə birləşməsi cüzidir. Metformin eritrositlərə nüfuz edir. Gözlənilən orta paylanma həcmi 63-276l təşkil edir.
Metabolizmi
Metformin böyrək vasitəsilə dəyişilməmiş halda xaric olunur.
Xaricolması
Daxilə qəbuldan sonra terminal yarımxaricolma dövrü təqribən 6,5 saat təşkil edir.

İstifadəsinə göstərişlər

  • 2-ci tipşəkərli diabetin, xüsusilə artıq bədən çəkisi olan xəstələrdə müalicəsi zamanıqanda qlükozanın səviyyəsinəadekvat nəzarətindəpəhriz və fiziki hərəkət (idman) effektiv olmadıqda Asformin göstərişdir.
  • Böyüklərdə monoterapiya və ya digər peroral antidiabetik dərman vasitələrilə yaxud insulinlə kombinəolunmuş şəkildə isifadə oluna bilər.
  • 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə monoterapiya və ya insulinlə kombinəolunmuş şəkildə isifadə oluna bilər.
  • 2-ci tipşəkərli diabeti olan xəstələrdə pəhrizlə müalicəsi effektiv olmadıqda metforminlə müalicəsi
  • şəkərli diabetinfəsadlarının azalmasını və beləlikləmetformininilk seçim dərman vasitəsi olduğunu göstərmişdir.

Əks göstərişlər

Metforminə və ya preparatıntərkibindəkikomponentlərdən hər hansı birinəqarşı yüksək həssaslıq.
Diabetikketoasidoz,diabetikprekoma.
Böyrək çatışmazlığı və ya böyrək funksiyasının pozulması (kreatinin klirensi 60ml/dəq-dən az, zərdab kreatininin səviyyəsi kişilərdə 1,5mq/dl-dən çox, qadınlarda 1,4mq/dl-dən çox).
Dehidratasiya, ağır infeksion xəstəlikləri, şok, yod tərkibli rentgenkontrast maddələrin damardaxili yeridilməsi kimi böyrək funksiyasının pozulmasının yaranmasına səbəb ola bilən kəskin vəziyyətlər.
Ürək və ya tənəffüs çatışmazlığı, yaxınlarda keçirilmiş miokard infarktı, şok kimi toxuma hipoksiyasının yaranmasına səbəb ola bilən kəskin və ya xronik xəstəliklər.
Qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, xroniki alkoqolizm.
Metabolik asidoz (laktoasidoz, diabetik ketoasidoz kimi).
Ağır böyrək çatışmazlığı (yumaqcıqların filtrasiya sürəti(YFS)30ml/dəq-dən az).

Xüsusi göstərişlərvə ehtiyat tədbirləri

Laktoasidoz

Laktoasidoz – metformin hidroxloridin toplanması ilə bağlı,nadir hallarda müşahidə oluna bilən, lakin ciddi (müalicə olunmadıqda - ölüm hallarının yüksək rastgəlmə tezliyi)bir metabolik fəsaddır.Mövcud məlumata görəlaktoasidoz ilk növbədə şəkərli diabet ilə yanaşı ağır böyrək çatışmazlığı olan xəstələrdəmüşahidə olunur.
Adekvat nəzarət olunmayan diabet, ketoz, uzunmüddətli acqalma, hədsiz alkoqol qəbulu, qaraciyər çatışmazlığı və hipoksiya ilə bağlı vəziyyətlər kimidigər risk amillərininəzərə almaqla laktoasidozun yaranma tezliyini azaltmaq olar.

Diaqnostika:

Əzələlərdə qıcolmalar, dispeptik pozulmalar (abdominal ağrılar və ağır asteniya kimi) qeyri-spesifik əlamətlər meydana çıxdıqda laktoasidozun yaranma ehtimalı nəzərə alınmalıdır. Laktoasidoz koma ilə nəticələnən asidotik təngnəfəslik, abdominal ağrı və hipotermiya ilə səciyyələnir. Laborator göstəriciləri: qanın pH-ın azalması, qan plazmasında süd turşusunun konsentrasiyasının 5mmol/l-dən yüksək olması, laktat/piruvat nisbətinin yüksək olması. Metabolik asidoza şübhə olduqda metformin hidroxloridin qəbulu dayandırılmalı və xəstə dərhal xəstəxanaya yerləşdirilməlidir.
Böyrək funksiyası
Metformin böyrəklər vasitəsilə xaric olduğundan müalicəyə başlamazdan əvvəl və müalicə zamanı plazma kreatininin səviyyəsi müntəzəm olaraq təyin olunmalıdır:
-normal böyrək funksiyası olan xəstələrdə - ən azı ildə 1 dəfə
-plazma kreatininin səviyyəsi normanın aşağı sərhədində olan xəstələrdə və yaşlı xəstələrdə - ən azı ildə 2-4 dəfə.
Böyrək funksiyasının ağırlaşması yaşlı xəstələrdə adətən asimptomatik keçir.
Antihipertenziv vasitələr, diuretiklər və ya QSİƏP-lər ilə birgə istifadəsi zamanı böyrək funksiyasının pozulması olduğu hallarda ehtiyatlı olmaq lazımdır.
Yod tərkibli rentgenkontrast maddənin yeridilməsi
Radioloji müayinə zamanı yod tərkibli rentgenkontrast maddənin venadaxili yeridilməsi böyrək funksiyasının pozulmasına səbəb ola bilər. Buna görə müayinə başlamazdan əvvəl və ya müayinə zamanı metforminin qəbulu dayandırılmalı və böyrək funksiyası normal olduqda preparatın təkrar qəbuluna müayinədən ən azı 48 saat sonra başlanılmalıdır.

Cərrahiyyədə tətbiqi

Ümumi, spinal və ya peridural anesteziya ilə cərrahi əməliyyat zamanı Asformin preparatının qəbulu dayandırılmalıdır. Böyrək funksiyasının qiymətləndirilməsi və normallaşması şərti ilə əməliyyatdan və ya peroral qida qəbulundan ən azı 48 saat sonra müalicə təkrar başlanıla bilər.

Pediatrik xəstələr

Metforminlə müalicəyə başlamazdan əvvəl2-ci tipşəkərli diabet diaqnozu təsdiqlənməlidir. Bir il müddətində aparılan nəzarətli klinik tədqiqatlarda metforminin boy artmasına vəcinsiyetişkənliyə heç bir təsiri aşkar olunmamışdır, həmin parametrlərə dair uzunmüddətli tədqiqatlar isə mövcud deyil. Buna görə xüsusilə dəprepubertat yaşda olan uşaqlarda metforminlə müalicə zamanı ehtiyatlı olmaq tövsiyə olunur.

10-12 yaşda olan uşaqlar

Uşaqlarda və yeniyetmələrdə aparılan nəzarətli klinik tədqiqatlara 10-12 yaşda olanyalnız 15 uşaq daxil olunmuşdur. Həmin uşaqlarda metforminin effektivliyin və təhlükəsizliyin daha böyük uşaqlardan və yeniyetmələrdən fərq olmamasına baxmayaraq,10-12 yaşda olan uşaqlarda preparatın ehtiyatla təyin olunmasıtövsiyə olunur.

Digər ehtiyat tədbirləri

Bütün xəstələr gün ərzində karbohidratların müntəzəm qəbulunu nəzərdə tutan pəhrizi davam etdirilməlidirlər. Artıqçəkilixəstələr özlərinin az kalorili pəhrizlərini davam etdirilməlidirlər.
Şəkərli diabeti nəzarət altında saxlamaq məqsədilə müntəzəmlaborator müayinələr aparılmalıdır.
Tək metforminin qəbulu zamanı hipoqlikemiya yaranmır. Buna baxmayaraq, insulinlə və yasulfanil sidikturşusu preparatlarıilə kombinəolunmuş şəkildə istifadə zamanıehtiyatlı olmaq tövsiyə edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İstifadəsi tövsiyə olunmayan kombinasiyalar
Alkoqol
Laktoasidozun yaranma ehtimalı kəskin alkoqol intoksikasiya zamanı, xüsusilə aşağıdakı hallarda artır:
- acqarına qəbulu və yakifayət qədər qidalanmaması
-qaraciyər çatışmazlığı zamanı.
Alkoqol və alkoqol tərkibli tibbi vasitələrin qəbulundan çəkinmək lazımdır.
Yod tərkibli rentgenkontrastmaddələr
Yod tərkibli rentgenkontrastmaddələrin venadaxili yeridilməsi metformin hidroxloridin toplanması vəlaktoasidozun yaranma ehtimalının artması ilənəticələnənböyrək funksiyasının ağırlaşmasına səbəb ola bilər.
Prosedur başlamazdan əvvəl və ya prosedur zamanı metforminin qəbulu dayandırılmalıdır və böyrək funksiyası qiymətləndirilməsindən və normallaşmasından ən azı 48 saat sonra preparatın təkrar qəbulu başlanmalıdır.
Ehtiyatla istifadə olunmasını tələb olunan kombinasiyalar
Qlükokortikoidlər (sistem və lokal yerli istifadə üçün), beta-2-aqonistlər, diuretiklər
Qlükokortikoidlər (sistem və lokal yerli istifadə üçün), beta-2-aqonistlər, diuretiklər hiperqlikemik təsirə malikdir. Xəstə həmin xüsusiyyətdən məlumatlandırılmalıdır və xüsusilə müalicəyə başlamazdan əvvəl qanda qlükoza səviyyəsinə daha sıx nəzarət edilməlidir. Belə dərman vasitələrlə birgə istifadə etdikdə və onların qəbulunun dayandırılmasından sonra antidiabetik preparatın doza tənzimlənməsinə ehtiyac ola bilər.
AÇF inhibitorları
AÇF inhibitorları qanda qlükozanın səviyyəsini azalda bilər. Buna görə belə dərman vasitələrlə birgə istifadə etdikdə və onların qəbulu dayandırıldıqda metforminin doza tənzimlənməsinə ehtiyac ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə şəkərli diabet metforminlə müalicə olunmamalıdır. Qanda qlükozanın konsentrasiyasını normaya ən yaxın səviyyəsində saxlamaq üçün və beləliklə döldə qüsurların yaranma ehtimalını azaltmaq üçün insulin təyin olunmalıdır. Metforminin ana südünə keçib-keçməməsi məlum deyil. Ana südü ilə qidalandırılmanın faydası/ana üçün metforminlə müalicəsinin faydası nisbəti qiymətləndirilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Asformin preparatı ilə monoterapiya hipoqlikemiyanı törətmir. Bu səbəbdən nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Buna baxmayaraq metformin ilə birlikdə digər antidiabetik dərman vasitələri (sulfonilamidlər, insulin, repaqlinid kimi) istifadə edən xəstələr hipoqlikemiya ehtimalı olduğundan diqqətli olmalıdırlar.

İstifadə qaydası və dozası

Asformin tabletləri qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir.
Böyüklərdə
Monoterapiya və digər peroral antidiabetik vasitələrləkombinəolunmuşşəkildə istifadəsi
Standart başlanğıc dozası gündə 2-3 dəfə 500mq və ya 850mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir.
10-15 gün sonra qanda qlükoza göstəriciləri nəzərə alaraq doza tənzimlənməlidir.
Dozanın tədricən artması qastrointestinal tolerantlığının yaxşılaşmasına səbəb ola bilər.
Asformin preparatının tövsiyə olunan maksimal gündəlik dozası 3q təşkil edir və 3 bərabər dozalara bölünür.
Digər peroral antidiabetik vasitə Asformin preparatı ilə əvəz edildikdə həmin vasitənin istifadəsi dayandırılmalı və Asformin preparatının qəbulu yuxarıda göstərilən dozalarla başlanılmalıdır.
Digər peroral antidiabetik vasitə metformin hidroxloridlə əvəz edildikdə həmin vasitə kəsilməli və metforminin qəbulu yuxarıda göstərilən dozalarla başlanılmalıdır.
İnsulinləkombinəolunmuşşəkildəistifadəsi
Qanda qlükoza səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün metformin insulinlə birlikdəkombinəolunmuşşəkildəistifadə oluna bilər. Metformin gündə 2-3 dəfə standart başlanğıc dozada verilərkən insulinin dozası qanda qlükoza səviyyəsinə müvafiq tənzimlənir.
Xüsusiqrup xəstələrə dairəlavə məlumat
Böyrək/Qaraciyər çatışmazlığı
Kişi xəstələrdə zərdab kreatininin göstəriciləri 1,5mq/dl-dən yüksək olduqda və qadın xəstələrdə zərdab kreatininin göstəriciləri 1,4mq/dl olduqda Asformin istifadə olunmamalıdır. Kreatinin klirensi 60ml/dəq-dən az olduqda Asformin istifadə olunmamalıdır.
Asformin ilə müalicə zamanı qaraciyər xəstəliyi laktoasidoz yaranmasının risk amili olduğu üçün qaraciyər çatışmazlığı olan xəstələrdə preparat istifadə olunmamalıdır.
Uşaqlarda istifadəsi
Asformin tabletləri 10 yaşdan yuxarıuşaqlarda və yeniyetmələrdə istifadə oluna bilər.
Monoterapiya və insulin iləkombinəolunmuşşəkildəistifadəsi
Standart başlanğıc dozası gündə 1 dəfə 500mq və ya 850mq olaraq qida qəbulu ilə birlikdə və ya qida qəbulundan sonra verilir.
10-15 gün sonra qanda qlükoza göstəricilərini nəzərə alaraq doza tənzimlənməlidir.
Dozanın tədricən artırılması mədə-bağırsaq tolerantlığını yaxşılaşdıra bilər.
Asformin preparatının tövsiyə olunan maksimal gündəlik dozası 2q təşkil edir və 2 və ya 3 dəfəyə bölünərək qəbul edilir.
Yaşlı xəstələrdə istifadəsi
Yaşlı xəstələrdə böyrək funksiyasının zəifləmə ehtimalı olduğuna görə mertformin hidroxloridin dozası böyrək funksiyasına görə tənzimlənməlidir. Böyrək funksiyasının müntəzəm nəzarət edilməsi vacibdir.

Əlavə təsirləri

Rastgəlmətezliyi:çox tez-tez(≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000);məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
  • Maddələr mübadiləsinə və qidalanmaya
  • Çox nadir: Laktoasidoz; metforminin uzunmüddətli istifadəsi zamanı - B12vitaminininsorulmasının və plazma konsentrasiyasının azalması ola bilər ki, bu da meqaloblasitik anemiya olan xəstələrdə nəzərə alınmalıdır.
  • Sinir sisteminə
  • Tez-tez: Dadbilməqabiliyyətinin pozulması (ağızda metallik dad).
  • Həzm sisteminə
  • Çox tez-tez:Ürəkbulanma, qusma, diareya, qarın ağrısı və iştahasızlıq. Bu əlavə təsirlər müalicənin başlanğıcında meydana çıxa bilər və əksər hallarda keçib gedir.Belə halların qarşısını almaq üçünmetforminhidroxloridiqida ilə və ya qida qəbulundan sonra gündə 2 və ya 3 dozaya bölünmüş şəkildə qəbul etmək tövsiyə olunur.Dozanın tədricən artırılması mədə-bağırsaq tolerantlığını yaxşılaşdıra bilər.
  • Hepatobiliar sistemə
  • Məlum olmayan tezlikdə: Müalicənin dayandırılmasından sonra qaraciyərin funksional testləri bərpa olunur.Dəri və dərialtı piy toxumasına
  • Çox nadir: Eritema, qaşınma, övrə.
  • Pediatrik qrupu
  • Postmarketinq tədqiqatlarda və nəzarətli klinik tədqiqatlarda bir il müddətində müalicə olunan 10-16 yaşlı məhdud pediatrik qrupunda müşahidə olunan əlavə təsirlər böyüklərdəki kimi olmuşdur.

Doza həddinin aşılması

Metformin hidroxlorid85q-a qədərdozadaqəbuluzamanı hipoqlikemiya yaranmamışdır, baxmayaraq ki, belə hallarda laktoasidoz müşahidə olunmuşdur. Lakin artıq dozalanma zamanı laktoasidoz törənə bilər. Metformin hidroxloridin yüksək dozada qəbulu və ya yanaşı riskin olması laktoasidozun yaranmasına səbəb ola bilər. Laktoasidoz xəstəxanada müalicə olunmalıdır. Laktatın və metformin hidroxloridin xaricolunmasının ən effektiv üsulu hemodializdir.

Buraxılış forması

AsforminТМ850mqörtüklü tabletlər. 10 tablet blisterdə.10 blister (100 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış forması
AsforminТМ1000mqörtüklü tabletlər.

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Asformin 850 mg Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Ali Raif İlaç San. A.Ş.
İkitelli OSB Mahallesi
10. Cadde №3/1А
Başakşehir/İstanbul/Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow